17.05.2012

Bu toy, bu toy, bu toyda…

гиф анимация,гифки - ПРИКОЛЬНЫЕ анимированные gif (гиф анимация, анимашки),фокус,песочница,баян,мотоцикл,трюк Ülvi Məmmədli      
Professional Oxucu Liqası

Niyə bəs böylə bərəldirsən a qare, gözünü, yoxsa...

  Dünya dağılmaq üzrədir. Bir yandan təbiət, digər yandan cəmiyyət çox sürətlə özünün sonuna doğru marafon yürüşünə çıxıb. Allahın da səbri qurtarıb, bəndə də daha dünyadan əlini üzüb. Deyir Yaponiyada baş verən dəhşətli zəlzələ nəticəsində Yer kürəsi az qala məhvərindən çıxırmış. Hadisədən sonra planetin oxu yerini 17 santimetr dəyişib. Nəticədə sutkanın uzunluğu 1,8 mikrosaniyə qısalıb. Yaxşı ki hamımız bunun nə demək olduğunu bilmirik. Yoxsa panikadan canını tapşıranlar olardı.

Misirdə, Liviyada olanlar da dünyanın sonuna birbaşa işarələrdir. Eh, Yaponiyadan, Liviyadan danışırıq, heç özümüzdən xəbərimiz varmı? Eşitdinizmi ki, Qobustanda vulkan püskürdü? Alovu, tüstüsü, partlayışı ilə. Lap dünyada olan bütün vulkanlar kimi...
 Mətbuat bir müddət hay vurdu ki, Norveç və Fransa yaxın saatlarda Liviyanı bombalayacaq. Norveçin niyə qızışdığını bilmirəm, amma Fransanın qəzəbi məlumdur. Qəddafinin oğlu müsahibə verəndə dedi ki, qoy Sarkozi prezident seçkiləri zamanı ona verdiyimiz pulları geri qaytarsın. Əlimizdə dediyimi təsdiqləyən bütün sənədlər var, bank hesabları, pulun alınması haqda sənədlər. Biz ona pul verdik ki, Liviyanı müdafiə eləsin, amma bu kloun bizə qarşı çıxır. Düzdür, Sarkozinin adamları pul məsələsini qəti təkzib eləyirlər və deyirlər ki, sənədləri varsa qoysunlar ortalığa. Amma hər halda Fransanın Liviyaya hücum eləmək planı adam mat qalır. Yaxşı, soğan yeməmisənsə, için niyə göynəyirdi?
 Həftə sonudur, çox ciddi məsələlərlə sizi yormayım. Guya ki, bir az qeyri-ciddi işdən söhbət salacaqdım, amma belə baxanda elə ən ciddilərdən biri də budur. Xəbəriniz var da, İngiltərənin şahzadəsi Uilyamın fıştırınqulu toyu oldu. Düzdür, Obamanı bu toya çağırmadılar, amma dünyanın çox yerindən çox pullu kişilər bu toyda (bu toy, bu toy, bu toyda)... iştirak elədilər. Şahzadənin xanımı Keyt Middletondur. Bu günlərdə xanımın geyindiyi paltarlardan biri hərraca çıxarılıb. Paltarın özəlliyi ondadır ki, Siyavuş Aslan demiş, "platyanın burdan yuxarısı y..yo..yoxdur, Yəni paltar tam şəffafdır. Xanım bu paltarı xeyriyyə məqsədilə keçirilən moda nümayişində geyinibmiş. Şəffaf donu 90 min dollara bir adı açıqlanmayan adam alıb. Mat qalmayasan, neynəyəsən? "Niyə bəs böylə bərəldirsən a qare, gözünü, yoxsa"...
 İndi nə deyirsiniz, dünyanın sonuna az qaldığına sizi inandıra bildim, yoxsa bəziləriniz yenə fironluq həvəsindəsiz? İnanıram ki, mənim yazılarımı oxuyandan sonra humanistliyiniz artır. Təki elə olsun.

Комментариев нет:

Отправить комментарий