CANayaxın
Pərvizlə necə tanış olmağımız xatirimdə deyil. Elə tanıyan gündən bu susqun, azdanışan, gözlərində
dərin bir kədər yükü gəzdirən adama qanım qaynayıb. Necə dostlaşmağımız da
yadıma düşmür. Elə bil yüz illərdir bir-birimizi tanıyırıq. Amma çox qəribədir
ki, harda, neçə dəfə görüşməyimiz, nədən danışmağımız isə demək olar ki, bütün
detallarıyla yadımdadır.
Pərvizdə insanı özünə bağlayan qəribə bir istiqanlılıq olsa da, kənardan baxanların bunu hiss etməsi çox çətindir. Pərvizlə könül söhbətlərində duyulur bu canayaxınlıq.
Ağayanalığı, az danışan olması, fikirli görkəmi, kədərli duruşu bəlkə də kimlərsə üçün itələyicidir. Bəlkə də, Pərvizin kənardan görünən adamayovuşmaz, qaraqabaq obrazı bu səbəblərdən yaranıb. O öz hüzünlü baxışları, kədərli ovqatı, böyük içi ilə insanı söhbətinin təsirinə salmağı yaxşı bacarır. Pərviz dinləməyi də, səbrlə çözümləmə yapmağı da bacarır. Yetər ki, onunla ünsiyyətə körpü salmağı bacarasan. Onunla bütün mövzularda danışmaq mümkündür. Hətta onun yanında saatlarla susa, danışmaya da bilərsən. O yenə də səni anlayacaq. Hərdən elə düşünürəm ki, Pərvizin yazıçı missiyasından kənarda insanları anlmaq və başa düşmək missiyası da var.

İçinizi
kirlətməyəcək qədər saf...
Pərviz məndən 12 yaş böyük olsa da, yaş baryeri ünsiyyətimizə problem
yaratmır. Mənə elə ürəklə,
içdən "qardaşım" deyir ki, Pərvizin öz, doğmaca "abim"
olduğuna bütün ruhumla inanıram. Pərviz mənim üçün elə adamlardandır ki, onunla
ünsiyyətdən yorulmuram, bezmirəm və söhbəti yarımçıq qoyub qaçmaq istəmirəm.
Pərviz bu şəhərin maraqlı olması üçün buralara xüsusi olaraq seçilib
göndərilmiş adamlardandır. Onun bu şəhərdə var olmağında mənim üçün mistik nə
isə var. Əslində bütün can dostlarım, sevdiyim, dəyər verdiyim insanlar məni bu
şəhərə bağlayan səbəblər silsiləsidir. Eləcə də, Pərviz. Onu bütün doğmalarım
qədər çox sevirəm. 3 milyonluq şəhərdə insanlardan qaçmaq istəyəndə rahat-rahat
ona sığına bilirəm. Onunla ünsiyyətdən çəkinməyin. Kənardan nə qədər adamayovuşmaz
görünsə də, ünsiyyəti, istiqanlılığı doyumsuzdur. O sizin tənhalığınıza
toxunmayacaq qədər qayğıkeş, içinizi kirlətməyəcək qədər safdır. Onun
söhbətinin energetikası uzun zaman canınızda qalsa da, sizi yoracaq energetika
deyil. Qayğılardan danışa-danışa insanı qayğısızlaşdırmağı, dərdləşə-dərdləşə
səndəki kristallaşmış dərdi əritməyi bacarır Pərviz. Onun varlığı, uzun müddət
üz-üzə oturmasaq da internet üzərindən qurduğumuz virtual ünsiyyət belə mənə
stimul verir. Belə bir dostu olan qələm adamı, bütün müqəddəs qüvvələrə, böyük
enerjiyə minnətdar olmalıdır.
Pərvizdən yaza-yaza Rafiq Tağını xatırlamaq
Pərvizdən yaza-yaza Rafiq Tağını xatırlamaq
Pərviz haqqında, onun şəxsi keyfiyyətləri haqqında uzun-uzadı yaza
bilərəm. Ancaq onu azacıq da
olsa təqdim eləməyə, xarakterizə etməyə yuxarıdakı cümlələrin müvəqqəti olaraq
kifayət edəcəyini düşünürəm. Pərviz ruh adamıdır. Onun haqqında təmtəraqlı
cümlələr yazmaqdan, mədh etməkdən çəkinirəm. Birdən zəng edib yüngülcə ərklə,
özünəməxsus tonda məni danlaya bilər. Hətta hal-hazırda bu yazını yazdığımı
bilsə zəng eliyib mənə təpinər, bəlkə də "yazma, qardaşım" deyər. Ona
görə də, əndazədən çıxmaq istəmirəm. Çünki, abim olaraq məni yüngülcə danlamaq
hüququnu Pərviz özündə saxlayır. Abi danlağı eşitməmək üçün onun şəxsi haqqında
olan düşüncələrimi bura qədər yetərli hesab edib, elə burdaca onun yaradıcılığı
haqqında düşüncələrimə keçmək istəyirəm. Əminəm ki, burda ən pis halda redaktor
danlağı eşidə bilərəm. Pərviz haqqında daha çox şey bilmək istəyən oxucular da,
yəqin ki, məni məzur görər. Onu daha yaxından tanımaq üçün təkcə ünsiyyət
kifayət deyil. Onu mütləq oxumaq, nədən və necə yazdığını bilmək lazımdır.
Mərhum yazıçımız, indiyə qədər gördüyüm ən saf adamlardan bəlkə də birincisi
Rafiq Tağı Pərvizin 12 il öncə çap olunmuş "Öləngi" kitabına yazdığı
ön sözə, aşağıdakı fikirlərlə başlayır: "Pərvizdən söz demək, türklər
demiş zor bir iş... Zaman onun yaradıcılığına insafsızlıq edib, uzun sürə onu
görmək istəməyib. Heyhat, onsuz da zamanda zövq yox..."Qəribədir, mən indi Rafiq Tağı bu cümlələri yazanda Pərvizin olduğu yaşdayam. Amma aradan nə az, nə çox 12 il keçib, amma Pərvizə qarşı zamanın və insanların münasibəti çox az dəyişib.
Əslində bu 12 ildə ölkəmizdə heç nə dəyişməyib. Ədəbiyyata da, insanlara da, yazara da münasibət 12 il əvvəl olduğu kimidir. Yenə bir dəstə, yalmanmağı yaxşı bacaran adam, bir neçə BÜTün şəninə tərif yağdırmaqdadır. Pərviz haqqında 12 il əvvəl deyilən yuxarıdakı fikirlərin müəllifi Rafiq Tağını qəddarcasına qətlə yetiriblər. Biz isə onun yoxluğuyla barışıb, susub içimizə yığılmışıq. Qatil hələ də tapılmayıb. "Öləngi" haqqında Rafiq Tağının yazdığı başqa bir fikir də var, adamı şillə kimi tutur: "...sən demə, zaman heç ədalətli də deyil..". Hə ustad, zaman heç də ədalətli deyil. Bir də, insanlarda heç ideya şəklində də ədalət qalmayıb. Zamanın ədalətsizliyi haqqında düşüncələrimi sənin ölümün bir daha möhkəmləndirdi, ustad!
Bütün ədalətsizliklər haqqında yazmaq fikrim yoxdur. Sadəcə demək istəyirəm ki, zaman hələ də Pərvizin yaradıcılığına qarşı ədalətsiz davranır. Sən "Pərvizin əsərlərinə münasibətdə hazırcana geoloq" idin. Mən də sənin izinlə yürüməyə, sənin araşdırmalarını davam etdirməyə qərar verdim. İlk kitabına sən ön söz yazmışdın. Mən isə, ikinci kitabından başladım təhlilə. Özümə, ruhuma doğma olan "Hər sabah yaşam"(Dəfnəli şeirlər) adlı şeirlər kitabından. Mənə elə gəlir ki, Pərviz türk filosofu Cemil Meriçin dediyi kimi, "Öz yaşadığı cəmiyyətin ögey övladıdır". Onun şeirlərinin də, son illərin ədəbi hadisəsi sayılacaq nəsrinin də üstündən təkcə zaman yox, qələm adamları da, oxucular da ədalətsizcəsinə keçir. Bəlkə də Milli Kitab Mükafatının qalibi başqası olsaydı haqqında kitablara sığmayacaq təriflər yazılardı. Amma yazılmadı. Bəlkə də, AYB-nin hansısa taftoloq bir üzvü və ya ədəbiyyata soxulmağa çalışan hansısa bir "nasiri" MKM-də qalib gəlsəydi hələ də efirlərdən düşmürdü. Amma təvazökar, başını aşağı salıb ədəbiyyatla məşğul olan, özünü reklamla məşğul olmayan Pərvizi sanki görməzdən gəlirik. O da fikirli-fikirli susur, son yazdığı romandan imtina edir.
Yox, deyəsn bir az ədalətsizlik elədim. Pərvizin sadiq oxucularına, haqqında dəyərli yazılar yazan qələm dostlarına qarşı bir az insafsızlıq oldu. Şəxsi qənaətimə görə, bütün bunlar çox azdır. Ölkənin ən nüfuzlu ədəbiyyat mükafatını alan müəllifə qarşı bu münasibət məni qane eləmir. Həm AYB-nin, həm də ona müxalif olan AYO-nun müstəqil qələm adamı olan Pərvizə qarşı münasibəti çox soyuqdur. Məncə indiyə qədər Pərvizin oxucularla, gənc fəallarla yüzdən çox görüşü keçirilməli idi. Ancaq, bunlar sadəcə mənim istəyimdir deyəsən. Görəsən ağzı qatıq kəsməyən yazarcıqların mühazirələrini, ədəbiyyata dəxli olan söhbətlərini dinləyən oxucular Pərvizlə görüşmək istəmirmi? Əlbəttə, istəyir. Sadəcə bu görüşü təşkil etməyə gücü çatanlar Pərvizi görməzdən gəlir. Hə, bunlar Pərvizdən qorxurlar. Onun azadlığından, düşüncələrindən, energetikasından, əyilməzliyindən çəkinirlər. Amma "çalxalandıqca zaman nehrə kimi..." düşəcək hər şey yoluna.
Pərvizin poeziyası: "Hər sabah
yaşam"
Pərviz mənə "Hər sabah yaşam" (Dəfnəli şeirlər) şeirlər kitabı
ilə birlikdə "Öləngi"ni də hədiyyə etmişdi. "Yad dildə"ni isə üç dəfə almışam və hər dəfə
bir dostum oxumağa aparıb və bir də geriyə qaytarmayıb. Mən də halallığını
vermişəm. Oxumaq üçün "Hər sabah yaşam" və "Öləngi"i
arasında çox da seçim eləmədim. Şeiri sevdiyim üçün, "Hər sabah
yaşam"dan başladım. Elə ilk şeirlərdəcə Pərvizin poeziyası məni öz cənginə
aldı. Yavaş-yavaş, dadını çıxara-çıxara bir dəfə oxuyub başa çıxdım kitabı.
Sonra işarələdiyim səhifələrə baxmaq, yenidən seçdiyim misralara baxmaq üçün
yenidən başa qayıtdım və kitabı bir həftə içərisində iki dəfə oxudum. Dostumu,
yenidən kəşf elədim. Onun bədii-poetik-fəlsəfi dünyası məni öz ağuşuna aldı və
şeirlər məni başqa bir aləmə götürdü. SÖZün gücü, SÖZün hikməti, şeirlərin
energetikası məni sehrlədi. Oxuduqca, ruhum təzələndi. Pərvizin yaradıcılığını
KODunu, ŞİFRƏsini məhz bu kitabda, daha doğrusu, bir şeirdə tapdım.
...Mənə dəfnə yarpağı verin ürəyim bişir/ Qazana
atmağa...
Ürəyinizin bişdiyi bir məqamda Pərvizin şeirlərini dəfnə yarpağı əvəzi,
ürəyin bişən qazana atırsan və bişmiş ürəyini dişinə çəkəcək DİVlərin ağzının
tamı dəyişsin.Pərvizin şeirlərindəki fəlsəfi ştrixlər, obrazlar aləmi oxucunu ovsunlayır. Məsələn, "Dəli adam" şeirində bir az özümü, bir az da dostlarımı gördüm, təsirləndim. "İçi uzaqdan görünən şüşəli adamlar" bir-bir gözümün qabağından keçdi. "Məzardan qalxıb şeir yazanları" düşündüm... Hə, bu mənim şeirimdir... Pərviz bu şeiri görmədən, tanımadan mənə yazıb... Yox, bəlkə də özünə yazıb...Amma olsun, mən çox sevdim bu şeiri... "İçimdə ölüb çürüdüyüm" üçün sevdim bu şeiri. Bu da mənim "dəfnə yarpağım" oldu:
Gizlənqaç oynama Haqnan,
Nə böyüknən,nə uşaqnan
İçin görünür uzaqdan,
Aynalı, şüşəli adam...
Pərvizin şeirdə
yaratdığı "adam" bizlərdən biri deyilmi? Məncə o "adam"
hərdən mənə, hərdən də hər gecə arvadını döyən fəhlə qonşuma bənzəyir. Hərdən o
"adam" atama, hərdən dostlarıma, hərdən sevdiyim qadının qardaşına
bənzəyir. Hərdən düşünürəm ki, mən bu "adamı" tanımıram, amma ona
şeirlər yazmışam nə qədər... Pərviz demiş:
Üzünü görmədiyin adama
Şeirlər yazarsan.
Hərdən elə bilirəm ki, o adamı unutmuşam. Nə vaxtsa sevdiyim, sevmək istədiyim adamı yaddan çıxarmışam. Hə, belə də olur. Pərviz bunu məndən daha yaxşı izah edir:
Demək, beləsi də varmış işin
Üzünü görmədən
Gözdən itirmək
Hələ tapmadığını əlindən yox,
Salıb sözdən itirmək.
Pərvizin şeirlərində realizm, sürrealizm, posmodernizm hətta klassizm də var. Bəlkə də, mən bu meyilləri duymuşam şeirlərdə. Bəlkə də, Pərviz bu "izm"ləri ümumiyyətlə düşünmədən yazır və "izm"lər arası sərhədləri itirir.
"sönmüş söz tamı..."
Pərvizin şeirləri haqqında çox danışmaq olmaz. Bu oxucuya bir az da, yön vermək kimi görsənir mənə. Hər kəs bu şeirləri istədiyi kimi çözümləmək haqqına sahibdir. Pərvizi oxumaq, anlamaq üçün hərə bir açar tapa bilər özü üçün. Mən qətiyyətlə əminəm ki, Pərvizi oxumaq, xüsusilə onun şeirlərini oxumaq müasir Azərbaycan oxucusu üçün çox vacibdir.
Pərvizin "dəfnəli şeirləri" haqqında məndən bu qədər. Sözün tamını hiss etmək üçün, sözə yaxın olmaq üçün Pərvizin şeirləri çox doğru seçim olacaq. Əziz oxucu, məncə bu şeirləri oxumaq, ruhunu təzələməklə heç nə itirməyəcəksən. Mən isə, ağzımda hələ də "dünən gecədən sönmüş söz tamı..." sizə hələlik deyirəm!

Комментариев нет:
Отправить комментарий