Pərviz
Sadıqov (Pero)
Bütün nağıllarda
olduğu kimi göydən üç alma düşmədi...
O üç alma elə
ağacdaca qalmışdı, elə bil kimsə onların saplağını budaqlara möhkəmcə sarımışdı
ki, onlar düşməsin.
Və mənim arzularım elə göydə qalsın...
Ümidimi itirmədim. Əvvəl
gözlədim ki, saplaqlar qurusun, yəqin ondan sonra almalar düşər. Olmadı...
Nəhayət, bu fikrə gəldim ki, yəqin onları
ağaca bağlayan sap quruyanda almalar düşəcək.
Daha çox yağış istədom Allahdan. Arzularımı da o yağışlarla gətirsin. Olmadı...
Pəncərəmi qar tutdu, yağışlar yudu. Yenidən yaz gəldi, yay gəldi, yeni alma-arzular yetişdi. Hər kəs payını götürdü, öz arzusuna çatdı. Başqa alma ağaclarının budaqları pəncərəmi tutdu. Öz arzularımı unutdum. O ağacı da unutdum. Özgələrin arzularına çatmasına sevindim. Artıq öyrəndim, arzularımı göydə unutmağı. Arzularımın yoxluğuna öyrəşdim, cəsarətim evin qapısını açıb, bağa getməyə çatmadı. Ağaclar yarpaqlarını tökdü, səhərə açılan pəncərələrimin birində gördüm ki, bütün almalar göydür, mənə görünən daha iki alma isə qaradır. Arzularım elə göydə çürümüşdü...
Mənə yeniləri lazım
deyildi. Saplağı qurumuş almalarda, köhnə arzularımda qaldı gözüm... \
Yatağımdan görünən
pəncərə canımı tapşırana qədər çürük arzularımı
mənə göstərib istehzayla güləcək.. Ayaqlarımı əvəz edən bir şey də
olmadı...
Комментариев нет:
Отправить комментарий