15.08.2012

Artan intiharlar

 Vasif Əlihüseyn

Son zamanlar, insanların psixologiyası çox dəyişib. Bir-birini başa düşməmək, yersiz anlaşılmamazlıq və sair. Çoxları isə, bunu qarşısında ki, adamın sağlamlığına ziyan vurmaqla, ya da öz sağlamlığına ziyan vurmaqla son qoymağa çalışır. Özünə qəsd etməklə, bəziləri qarşılaşdıqları problemdən də can qurtarmağa çalışırlar. Etiraf etməliyik ki, biz “İkinci Dünya Müharibəsi”-nin əzab-əziyyətinə qatlaşmış insanların yerinə olsaydıq, bəs neyləyərdik. Çünki babamın və nənəmin mənə danışdıqlarını xatırlayan da, onların nə çəkdiyini yaxşı anlayıram. Problemləri bizimkindən çox, əzabları da nə qədər istəyirsən. Təsüflər olsun ki, son zamanlar gənclərimiz özünə qəsd etməkdədi. Bunu da, hərə bir cür yozur. Kimi sevdiyi qıza görə, kimi evdə olan problemlərdən...

Bu il yay istirahətimi etmək üçün, avqustun 3-ü rayona getdim. Evə çatan da, evimizin yaxınlığında dayanmış maşınları gördükdə, çox təəcübləndim. Burada nə baş verdiyini babama sordum. Babam cavabında, qonşu uşağımız olan, Ağayev Rauf Mirzəcamal oğlunun gecə satlarında özünü asaraq intihar etdiyini dedi. Raufun cəmi 23 yaşı var. Onun nə səbəbdən özünü asması səbəbi isə, hələ heç kimə məlum deyil. Mərhumun yas mərasimində də, iştirak etdim. Valideynlərinə baş sağlığı verdim. Onların nə vəziyyətdə olması hələ də, gözlərimin önündən getmir.
Kəndə qaldığım üç gün müddətində, araşdırmama başladım. Çünki, bu son bir ildə beşinci intihardı bizim üç kəndin gəncləri arasında. Mərhumların hələ bir illiyi tamam olmayıb. Maşlıq kəndindən bir gənc qız və bir oğlan. (adlarını müəyyənləşdirmək mümkün olmadı). Söyüdlü kəndindən Adıgözəlov Ceyhun Xanlar oğlu, 1989-cu il təvəllüdlü. Bizim Muğan kəndindən  Ağayev Tural Mehdi oğlu, 1989-cu il təvəllüdlü və əvvəldə adını vurğuladığım, Ağayev Rauf Mirzəcamal oğlu avqustun 2-də gecə saatlarında özünü asaraq intihar edib.
Intihar hadisələrinin belə baş alıb getməsindən məlum olur ki, intihar edən şəxslər əsəb gərginliyindən əziyyət çəkirlər. Onlar qarşılaşdıqları problemləri həll etməyə acizdirlər və son çıxış yolu kimi, intihara əl ataraq canlarını qurtarmağa çalışırlar. Valideynlər uşaqların belə depressiyaya düşməsinin qarşısını almağa çalışmalı, onları psixoloqlara göstərməlidirlər. Çünki, üç qonşu kəndə, baş verən bu intihar hadisələrindən, gənclər qəbərdardırlar. Ola bilsin ki, intihar edən sonuncular, əvvəlkilərə baxaraq, məhz problemlərdən çıxış yolunun  intihar olduğunu düşünərək, bu yola əl ata bilərlər. Biz gənclərimizin problemləri ilə maraqlanmalıyıq. Əsasən də, onlara yaxın olan valideynlər, onlarla normal rəftar etməli, onları düşdükləri bu problemlərdən çıxarmalıdırlar. Çünki, onlar yaşamalı, yaratmalıdırlar.

Комментариев нет:

Отправить комментарий