15.08.2012

DEYİRLƏR…

Şəkil:Ramilə Qardaşxanqızı.jpgRamilə Qardaşxanqızı

Deyirlər sən ayrı dünyanın adamısan,
Ayrı dillərdə danışırsan...
Deyirlər mən ayri dünyanin sakiniyəm,
Ayrılıqlar insanı...
Deyirlər səninlə ulduzumuz barışmaz,
Bizim sevdamız baş tutmaz.
Deyirlər mənə görə deyil huyun,
Tayın deyiləm...
Deyirlər incidəcəksən məni,
Məndə dözməyəcəm sənə.
Ağladacaqsan gözlərimi,
Damlalar süsüləcək sinəmin arasıyla...
Deyirlər sonumuz yoxdur,
Sonsuzluqda mənə görə deyil!
Deyirlər unut adını,
Ziyanın yarısından.

Deyirlər hər fəlakət bir nöqtədən başlayır.
Sən mənim o nöqtəmsən,
Mən sənə bir nidaykən...
Bəs sual?
Heç sual verən olmadı,
Sorulmadı sevdamız.
Heç deyən olmadı ki;
Qadın ona dəyər verənin yanında,
Səviyyəsindədir...

Комментариев нет:

Отправить комментарий