14.08.2012

İran zəlzələsinə sözardı

Pərviz Sadıqov (Pero)

İranda baş verən zəlzələ bütün dünyanı sarsıtdı. Amma hadisənin baş verdiyi ölkə məhz İran olduğu üçün millətçilər, fars rejiminə nifrət edənlər, ateistlər, imperialistlər və qeyri-islam ölkələri zəlzələdən istifadə edərək İranı "vurmağa" çalışırlar. Bəs insanlıq hər şeydən üstün idi?
Mediada dalbadal yayılan xəbərlərin hamısının yalan olduğunu deyə bilmərəm. İran hakimiyyəti bəlkə də, Cənubi Azərbaycanda baş verənlərə bir qədər laqeyd yanaşır. Amma yalan məlumatlar da öz yerində...

Əvvəla, zəlzələdən dərhal sonra ABŞ və Avropa seysmoloji mərkəzləri episentri öyrənərək zəlzələnin baş vermə səbəblərini araşdırdılar. Ancaq bəziləri hələ də bunun təbii fəlakət olmadığını iddia edir. Əlinizdə sübut yoxdursa hədər yerə insanların hissləri üzərindən oyun oynamayın, cənablar! Bakıda oturaraq zəlzələnin Rusiya və yaxud ABŞ tərəfindən törədildiyini demək ən azından "zirəddinlik" etməkdir. Sonra günorta saatlarında bəzi saytar yazdı ki, İran Azərbaycanın göndərdiyi maşınları geri qaytarıb. Amma sonra məlum olur ki, bu da yalandır və hətta Azərbaycan ikinci dəfə yardımını göndərdi. İranın dövlət agentliyi də bunu təsdiqləyib Azərbaycana təşəkkür etdi.
Zəlzələnin baş  verdiyi bölgədə insanların narazılığı, qida, su, yataq, çadır, geyim çatışmazlığı təbii haldır. yadınızdadırsa, Vanda baş verən zəlzələ zamanı da insanlar  hökumətdən narazılıq edirdilər ki yardımlar gecikir. Eləcə də, Zaqatala zəlzələsində əgər media doğru-düzgün çalışsaydı, insanların narazılığını duyardıq.
Eynilə, Zaqatalada zəlzələ baş verəndə, insanların yardıma ehtiyacı olanda Bakıda Gül Bayramı keçirilirdi. Elə iki il əvvəl aran rayonlarını sel aparanda da Gül bayramı möhtəşəm şəkildə qeyd edilmişdi. Adını çəkdiyim başı və ayağı bəlalı bayram 3 il əvvəl qeyd olunanda isə, ADNA faiciəsindən 10 gün keçmişdi... İndi isə gəlin, səmimi olaq! O zaman sizin haqqınız çatırmı, İran mediasını hadisələri gec işıqlandırmaqda, TV-sinin yumoristik proqram verməkdə, hakimiyyətinin laqeyd olmasında günahlandırasınız?





Комментариев нет:

Отправить комментарий