14.08.2012

Naomi Kleyn - ŞOK DOKTRİNASI (GİRİŞ)


Vüqar Xəzaralının tərcümələri

"İstənilən dəyişiklik müzakirənin predmetinin dəyişdirilməsi deməkdir". Sesar Ayra, argentina yazıçısı Cumpleanos, 2001 г.

BOŞALDILMIŞ –GÖZƏLDİR: DÜNYANIN YENİDƏN BİÇİLMƏSİNİN VƏ YENİDƏN QURULMASININ ÜÇ ONİLLİYİ

...Yer Tanrının üzü qarşısında korlandı, və Yer pis əməllərlə doldu. Və Tanrı yerə baxdı, budur yer korlanıb, çünki hər vücüd öz yolunu yerdə azıb. Və Tanrı Nuha dedi: Qarşımda hər vücudun sonu gəldi, çün yer dolub- daşır pisliklərlə; və budur mən onları yer üzündən məhv edəcəm.
Varoluş 6:11-13 

Şok və titrəyiş qorxu yaradır, insanların əsas hissəsinə, cəmiyyətin müəyyən seqmentinə ya da onun rəhbərliyinə anlaşılmaz qəza və təhlükə duyğusu. Şok və çaşqınlıq təbii kataklizmlər yarada bilər: tornado, zəlzələ, boran, sel, qarşısıalınmaz yanğın, aclıq və epidemiyalar. 
“Şok və titrəyiş: ağalığın tez nail olması yolu” , İraqa qarşı ABŞ –ın döyüş əməliyyatlarının hərbi doktrinası1
Mən Camar Perri ilə 2005 il sentyabrında Qırmızı Xaçın Baton Rujdaki (Luiziana ştatı) böyük sığınacağında görüşdüm. Sayentoloqiya Kilsəsinin gənc gülümsəyən üzvləri nahar paylayırdılar, Perri isə növbədə dayanmışdı. Bundan əvvəl məni, tibbi sığortasız evakuasiya olunanlarla danışmağa görə danlayırdılar, indi isə mən –Kanadanın ağ sakini Amerikanın cənub ştatlarının qaradərili sakinlərinin dənizi içində idim –və bütün gücüm ilə ətrafımdaki insanların aləminə yarımağa çalışırdım. Mən sakitcə Perrinin arxasında durdum və ona sanki əski dostlar kimi söhbət etməyi təklif etdim, o həvəslə razılaşdı.
O Yeni Orleanda doğulub böyümüşdü və artıq bir həftə idi ki seldən zərər çəkmiş öz doğma şəhərini tərk etmişdi. Görünüşə görə onun on yeddi yaşı olardı, ancaq o dedi ki onun iyirmi üç yaşı var. O və onun ailəsi sonsuza qədər onları təhlükəli zonadan çıxarmalı olan avtobusları gözləyirdilər; amma avtobuslar gəlmədi, və onlar qızmar günəş altında yola düşməyə məcbur oldular. Beləliklə onlar burada böyük, adətən farmaseftik sərgilər və “Paytaxt döyüşü: polad barmaqlıqlarda sonuncu döyüş” tipli əyləncə tədbirlərinin keçirildiyi sərgi salonunda peyda oldular. İndi buraya 2000 çarpayı və İraqdan indicə qayıtmış Milli Qvardiyanın qıcığlı əskərlərinin nəzarəti altında narazı və incik insanlar kütləsini dürtmüşdülər. Həmin gün sığınacağa xəbər yayıldı ki, Riçard Beyker, məşhur konqresmen, bu şəhərdən olan respublikaçı Riçard Beyker, bir qrupp lobbiçiyə məruzə etdi :” Nəhayət –ki biz Yeni Orleanın bələdiyyə rayonlarının mənzillərini təmizləyə bildik. Biz bunu edə bilmirdik, amma bunu Tanrı etdi”. Cozef Kanizaro, Yeni Orleanın inkişafı ilə məşğul olan ən karlı adamlardan biri, bu yaxınlarda oxşar fikir ifadə etdi: “Düşünürəm ki, bizim qarşımızda hər şeyi yenidən başlamaq üçün təmiz vərəq var. Və bu təmiz vərəq bizə yeni imkanlar gətirir” 3. Bütün bu həftə boyu Baton-Rujdaki Luiziana ştatının qanunverici qurultayını, bu böyük imkanlardan: vergilərin azaldılması, qanunverici məhdudiyyətlərin azaldılması, ücuz işçi qüvvəsini və “kiçildilmiş və təhlükəsiz şəhəri” istifadə etməyə çalışan çeşidli lobbistlər basmışdı, -praktikada bu kroporativ özəl mənzillərin xeyrinə bələdiyyə mənzillərinin tikilməsindən imtina demək idi. “Təzə başlanğıc” və “təmiz vərəq” barədə söhbətləri dinlədikcə,buradan cəmi bir neçə kilometr aralıda şosse ilə üzü aşağı dağıntılar, kimyəvi tullantılar və insan qalıqlar barədə əziyyətli fikirləri az qala unudmaq olar. Burada sığınacağda Camar ancaq bir şey barədə düşünə bilərdi: “ Mənim üçün bu heç də şəhərin təmizlənməsi deyil. Mən həlak olmuş çoxlu insan cəsədlərini görürəm, hansı ki ölməli deyildilər” O astadan danışmağına baxmayaraq, onun qabağında növbədə duran adam, bizi eşitdi və söhbətə qarışdı: “ Baton –Rujdan olan bu insanlara nə olub? Bu heç bir “imkanlar” deyil. Bu lənətə gəlmiş faciyədir, onlar məgər kor olublar?” 
Bizə iki uşaqlı ana qoşuldu: “Yox onlar kor olmayıblar, onlar sadəcə pislikdə batıblar. Onlar hər şeyi yaxşı görür”.
Yeni Orleanın batmasında yeni imkanları Milton Fridman da gördü, sərhədsiz kapitalizm hərəkatının dahi (quru)su, hansı ki məşhur çağdaş, surətlə hərəkət edən qlobal iqtisadiyyat barədə dərslik yazıb. Doxsan üç yaşının olmasına və saxlamlığının onu tərk etdiyinə baxmayaraq, davamçıları onu çağırdığı kimi Milti dayı, bəndlərin uçmasından üç ay sonra Wall Street Jornal jurnalında şərh yazdı. “ Yeni Orleanda məktəb binalarının əksəriyyəti dağılıb, --Fridman yazır,--həmçin bu məktəblərdə yaşayan uşaqların evləri. İndi bu uşaqlar bütün ölkəyə səpələnib. Bu faciyədir. Amma bu həm də təhsil sisteminin radikal yenidənqurulması üçün yeni imkanlardır”4. Fridmanın cəsarətli ideyası ondan ibarət idi ki, Yeni Orleanın əvvəlki dövlət məktəblərinin bərpasına və təkmilləşdirilməsinə millyardlarla dollar xərcləmək lazım deyil; bunun əvəzinə hökumət gərək ailələri vauçerlərlə təmin etsin ki onları, çox vaxt gəlir gətirən və dövlət tərəfindən subsidiyalaşdırılan özəl təhsil qurumların dəstəklənməsi üçün istifadə etsinlər. Olduqca vacibdir ki, Fridman yazır, bu təməli(fundamental) dəyişiklik müvəqətti olmasın, amma “dayanıqlı islahat” olsun”5. Sağ ideoloqlar qrupu Fridmanın bu təklifini sıcaq qarşıladılar, və onlar yaxınlarda təbii fəlakətin hucumuna məruz qalan şəhər üzərinə yürüşə başladılar. Corc Buç müdiriyyəti Yeni Orleanın məktəblərini özəl məktəblərə çevirmək üçün, on millyonlarla dollar ayıraraq onların planlarını dəstəklədi –o təşkilatları ki, içtimai vəsaiti özəl təşkilatlar idarə edir və öz qayadaları ilə istifadə edir. Özəl məktəblər özünə qarşı olduqca ziddiyətli münasibət yaradır , xüsusi ilə Yeni Orleanda bunu vətəndaş haqları uğrunda mübarizlərin hər uşağın ümumi standarta cavab verən təhsillə təmin olunmasından imtina kimi dəyərləndirən afroamerikalı valideyinlərin əksəriyyətində. Ancaq Milton üçün dövlət məktəbləri sisteminin konsepsiyasının özü sosializmə həddindən artıq çox oxşayır.


Tərcümə etdi: Vüqar Xəzaralı

Комментариев нет:

Отправить комментарий