01.06.2013

Azərbaycan eşqindən hər yerdə ömrünə qat

Əlixan Qaya

QIZIM SARAYA HƏDİYYƏ

Ay mənim tər çiçəyim
Mənim körpə mələyim
Mənim ulduz-ayımsan
Tanrıdan nur payımsan
Təzə pöhrə qönçəsən
Yaradıb öz nurundan
Tanrı səni pay verib
Bircə çimdik qorundan
Çalış sən özünə çat
Aya-ulduza əl at
Azərbaycan eşqindən
Hər yerdə ömrünə qat.
Ay mənim tər çiçəyim
Mənim körpə mələyim.

Комментариев нет:

Отправить комментарий