03.06.2013

GÖBƏLƏK

Xosrov Barışan

DÜNYAMIZ DANIŞANDA kitabından uşaq şeiri

Vardır başında bir çətir,
Yağışlardan sonra bitir.
Bilirsizmi adı nədir?
Dər onu sən, bışır yemək,
Dadlı, düzlü bir göbələk.

Dəysən ət kimi yumşaq,
Bəh-bəh ilə yeyər uşaq,
Güclənər, qızarar yanaq.
Tez ver ana mənə çörək,
Yeyim yeməli göbələk.


Ancaq bəzi xətərlidir,
Çünkü onlar zəhərlidir,
Hər kəs seçsə hünərlidir.
Yeməyəsən onu gərək,
Sağlığı pozan göbələk.

Gəzdim meşəni, bağları,
Dırmaşdım, aşdım dağları,
Geçdim sərin bulaqları,
Sizə gətirdim bir ətək;
Sevməli, dadlı göbələk.

Комментариев нет:

Отправить комментарий