“Bu il səhiyyə xərclərinə ayrılan vəsait ötən ilin dövlət büdcəsinin xərclərindən 3,6 milyon manat çoxdur. O cümlədən, bu il səhiyyə xərcləri üçün ayrılan vəsaitin 173,9 milyon manatı məqsədli proqram və tədbirlərin maliyyələşdirilməsinə sərf ediləcək. Vərəmlə mübarizə üzrə tədbirlər proqramının maliyyələşdirilməsinə 5 milyon manat, NİV/AIDS-in qarşısının alınması və onunla mübarizəyə 3 milyon manat, səhiyyə müəssisələrinin yenidən qurulması və əsaslı təmirinə 3,3 milyon manat, ana və uşaqların sağlamlığının qorunması üzrə tədbirlərə 2 milyon manat, qanın, qan komponentlərinin donorluğu və qan xidmətlərinin inkişafına dair tədbirlərə 1,6 milyon manat ayrılması nəzərdə tutulub. İlk dəfə olaraq 2013-cü ilin dövlət büdcəsinin səhiyyə xərcləri bölməsində dağınıq skleroz xəstəliyinə tutulmuş insanların müalicə tədbirləri üçün 4 milyon manat vəsait ayrılması planlaşdırılır”.
Azərbaycan səhiyyəsinin “inkişafı” rəqəmlərdə yox, İranla sərhəd keçid məntəqəsində aydın görünür
Yuxarıdakı sətirləri oxuduqca düşünürsən, bəs vətəndaşlar niyə müalicə üçün İran İslam Respublikasına üz tuturlar?. Bəlkə rayonlarda qırmızı lentləri təzəcə kəsilib müasir tibbi avadanlıqla təmin olunan klinikaların fəaliyyəti insanlarımızı o taya göndərir!? Ki, azərbaycanlılar min-bir əziyyətlə qazandıqlarını İran səhiyyəsinə yatırsınlar. Bu gün Təbriz, Ərdəbil və Parsabadın klinikaları, aptekləri azərbaycanlıların hesabına imkanlarını genişləndirirlər. Bu mənada Azərbaycan səhiyyəsinin “inkişafı”nın səbəbləri rəqəmlərdə yox, Biləsuvar və Astara sərhəd-keçid məntəqələrində axtarılmalıdır. Ötən həftə elə bir situasiya yarandı ki, atamın səhhətiylə əlaqədar İrana getməli oldum. Yolum Biləsuvar sərhəd-keçid məntəqəsindəndir. Təsəvvür edin ki, insanlar vaxt itkisinə (oxu: həm də pul itkisi) məruz qalmamaq üçün gecə saat 4-5 radələrində növbə tuturlar. Çünki gün ərzində yüzlərlə insan qonşu ölkəyə müalicəyə, alverə, həm də Məşhəd ziyarətinə gedir. Ancaq əksəriyyət xəstəlikləri səbəbindən İrana üz tuturlar. Niyə məhz İrana? Səbəbini bir az sonra...
Sərhəd-keçid məntəqəsinin saat 17-də bağlanmasını nəzərə alsaq, o zaman yuxu yata bilməyənləri anlamaq olar. Çünki saat 17-ə qədər sərhədi keçə bilməsən, növbəti günü gözləməyə məcbursan. Sərhəd-keçid məntəqəsində növbə sıxlığının yaranmasının ilkin səbəbi insanların sənədlərinin bir sərhədçi tərəfindən yoxlanılmasıdır. Əgər sənədlərin yoxlanışı iki sərhədçiyə tapşırılsaydı, az da olsa iş tezləşərdi. Əslində uzun növbələr müalicəyə gedənlərin vaxt itkisi ilə bərabər səhhətlərindəki problemləri bir qədər də ağırlaşdırır. Doğrudur, sərhəd-keçid məntəqəsində xidmət edən əsgərlər təmənnasız olaraq ağır xəstə olanları digər buraxılış qapısından keçirməklə mənəvi borclarını yerinə yetirirlər. Amma bunun müqabilində rəhbərlərinin də qəzəblərindən sığortalanmayıblar. Yayın isti, payızın yağışlı, qışın qarlı günlərində açıq havada gözləyən insanların əsgərlərə minnətçi düşməsi də anlaşılandır. İran sərhəd-keçid məntəqəsindən fərqli olaraq bizim tərəfdə növbəyə dayanmaq üçün nəzərdə tutulan keçidinin üstü açıqdır. Deməli günəşli, yaxud yağışlı havada İrana keçmək istəyənlər təbiətin çətinliklərindən qoruna bilmirlər. 4-5 saatlıq növbədən sonra sənədlərin yoxlanış prosesi sənə çatır. Sərhədçilərin münasibətində kobudluq yoxdur, sadəcə, biz hələ növbəyə dayanmaq mədəniyyətini tam mənimsəmədiyimizdən istər-istəməz narazılıqlarsız ötüşmək olmur. Əlbəttə, xəstə uşaqlı ananı, yaşlı valideynləriylə qızmar günün altında növbə gözləyən övladları görmək ağırdır. Bunları gördükcə rəsmi medianın, xüsusən telekanalların tez-tez səhiyyəmizin inkişafından boz reportajlarını, deputatların çıxışlarını xatırlayır və... Düşünürsən, bu barədə danışanları susdurmaq üçün Biləsuvar sərhəd-keçid məntəqəsinə göndərmək kifayət edər. Yaxşı olardı, parlament və rəsmi qurumlar insanlarımızın məhz ironiyayla mollakratiya adlandırdığı qonşu ölkəyə getməsinin səbəbini müzakirəyə çevirsinlər. Hər gün özəl klinikaları reklam edənlər İran səhiyyəsinin cəzbedici gücünün nədə olduğunu araşdırıb “kasıb azərbaycanlılar niyə ora üz tutur” sualına cavab versinlər. Əvvəlcədən deyim ki, İran səhiyyə sistemi elə qurulub ki, rüşvətdən söhbət gedə bilməz. Birinci, bu ölkə icbari tibbi sığortaya keçib, ikinci, özəl klinikalardan fərqli olaraq dövlət xəstəxanalarında qiymətlər bir neçə dəfə çoxdur. Ona görə xarici ölkələrdən gələnlər daha çox özəl klinikalara üz tutur. Üçüncü, həkimlərin əksəriyyəti Avropa təhsillidir və nəhayət, savadlı səhiyyə işçilərinin qazanmaq imkanları genişdir. Adi bir misal: gün ərzində 6 klinikada xəstələri qəbul edən həkimin günlük qazancı 2 min dollar civarındadır, amma 13 min dollarlıq avtomobildə gəzir. Sağ əli bizimkilərin başına.
Şeyx Səfi Türbəsi təmirdədir
O tayın Biləsuvarıyla bu tayın Biləsuvarı arasında ciddi fərq görmədim. Germi şəhərinə çatana qədər hava çox isti, yollar bərbad idi. Germidə sərin meh və asfalt yolun hamarlığı sərhəd-keçid məntəqəsinin yaratdığı stressi aradan az da olsa qaldırır. Ərdəbildə isə hava çox sərindir, yerli əhali bunu Savalan dağının qarlı zirvələrinin gətirdiyi soyuq hava kütləsiylə izah edirlər. 1 milyondan çox əhalisi olan Ərdəbildə 9 mərtəbəli yaşayış binası yoxdur, əsasən yerli məhəllələr və 3-4 mərtəbəli köhnə tikililərdir. Həftənin cümə günü istirahət günü olduğundan əksər ticarət mərkəzləri bağlı olur və şəhərin boşluğu diqqəti cəlb edir. Bir məqam da vurğulayım ki, Şah İsmayıl Xətainin məzarı bu şəhərdədir. Hazırda məzarın olduğu Şeyx Səfi Türbəsində təmir işləri gedir. Nəhayət, iki hadisə diqqətimdən yayınmadı: dindar ölkənin bu şəhərində gənclərin azad olması, məsələn, onların əl-ələ gəzməsi və azərbaycan dilində danışmaları. İndi özünüz nəticə çıxardın!
Ərdəbil taksiçiləri azərbaycanlıların hesabına dolanır
Şəhərə çatanda Bakıdan xəbər aldıq ki, İranda qiymətlər artıb, mənbənin Azərbaycan televiziyaları olduğu bildirilirdi. Doğrusu, sərhədi keçəndə İran milli valyutası tümənin manat və dollara nisbətən enib-qalxması narahatçılığı sezilirdi. Amma bu “oynamanın” qiymət artımına xüsusi təsiri hiss olunmurdu. Məsələn, 2 ay əvvəl qaldığımız hoteldə qiymət dəyişməmişdi: səhər naharı daxil olmaqla iki nəfər bir günlüyə 15 manat ödəniş edir. Əgər çay içəcəksənsə, 1 manat da ödəməlisən. Biləsuvardan Ərdəbilə 180 kilometrlik yolun gediş haqqı 10 manatdır. Bir məqam xüsusi qeyd olunmalıdır ki, o taylı taksi sürücüləri Azərbaycandan gedənlərin hesabına ailələrini dolandırırlar. Onlar bizimkiləri müşahidə edir, yəni həkimə aparırlar, dərmanların alınmasına yardım edirlər (nəzərə alın ki, azərbaycanlılar İran milli valyutasının məzənnəsini bilmirlər, ucuz hotel tapmaq elə də asan məsələ deyil). Müşahidəçinin 2 günlük xərci isə 50-80 manat arasıdır. Bəli, Təbrizlə müqayisədə Ərdəbildə, Ərdəbillə müqayisədə isə Parsabadda səhiyyə xidmətləri və dərmanlar ucuzdur.
Sərçeşm küçəsində quzeyli qaynarlığı
Hər gün Ərdəbilin Sərçeşm küçəsində Azərbaycandan gedənlərin çoxluğu sezilir. Şəhərin klinikaları və aptekləri bu küçədə yerləşir. Xüsusən bizimkilərin telefonla, yaxud yaxınıyla yüksək səslə danışmaları bu adamların quzeydən getdiklərinin göstəricisidir.
İndi keçək konkret səhiyyə qiymətlərinə: böyrək və prostatın UZİ qiyməti-7 manat 50 qəpik, prostatın qan analizi- 27 manat, ayağın rentgenə salınması üçün ödəniş-23 manat. Prostat həkiminə ödəniş-15 manat, prostat dərmanları dərmanlarının qiyməti-10 manat. Nervpotoloqa ödəniş-18 manat və yazdığı dərmanların qiyməti-23 manat. Fakt budur ki, bu rəqəmlər Bakıda olduğum klinikalar və həkimlərin yazdığı firma dərmanlarının qiyməti ilə müqayisədə çox aşağıdır. İkinci, İrandan bir neçə ay əvvəl aldığım dərmanların təsiri Azərbaycanda satılan dərmanlardan daha müsbətdir. Ən əsası insanlarımız İrana üz tutmasında üç amil rol oynayır: həkimlərin düzgün diaqnoz qoymaması, dərmanların keyfiyyətsizliyi və ən əsası ucuz səhiyyə qiyməti.
Müalicəyə gedənlər bir araba yüklə qayıdır
Və geriyə qayıdışda sərhəd-keçid məntəqəsində qarşılaşdığımız əvvəlki əzabı bir daha yaşamalı olursan. İnsanların növbəsiz keçmək istəyi, xəstə uşaqlarını göstərib “məni özünüzdən qabağa buraxın” deyərək yalvarışlı baxışları yaddaşımda ağır iz buraxır. Xüsusən İran sərhədçilərinin onların üstünə qışqıraraq sıraya qaytarmasını görmək dəhşətdir. Ən üzücü hal isə müalicəyə gedənlərin, yaxud yaxınlarını aparanların bir araba yüklə qayıtmalarını görməkdir, anlamaq olmur, bu adamlar alver üçün gedirlər, yoxsa həkimə? Axı, İran İslam Respublikasında satılan məişət əşyalarını Sədərək bazarında da tapmaq olar, düzdür, bir az baha qiymətə…
Natiq CAVADLI bizimyolinfo.com

Комментариев нет:
Отправить комментарий