Professional Oxucu Liqası
Azərbaycan Müəllimlər İnstitutu
Əsrin müqaviləsini tərifləyib, göylərə qaldırıb, başımızı qatdılar, bizi kölə kökünə saldılar. Sual olunur, yəhudiyə kölə işləməkdənsə, rusa kölə işləmək yaxşı deyildimi? Dünənə qədər "Nabucco" kəməri haqda da şirin-şirin söhbətlər gedirdi. Biri deyirdi ruslara alternativdi, o biri deyirdi Avropanın şah damarıdı, nə bilim daha nələr. İndi məlum olub ki, kəmərin adı yəhudilərə qarşı çox amansızlıq eləmiş çar Nabucconun adından götürülüb. Lailahəilləlah, durduğumuz yerdə zibilə düşmədik? Ay zalım uşaqları, indiyə qədər yəhudilər yox idi, çar yox idi, yoxsa tarixçilər yox idi? Gərək elə bu gündə bu söhbətin dadını qaçırasınız? İndi mən ağzımı boş qoyum, bəzi adamları Hitler adlandırım, hansısa bir tarixçi günortadan sonra ayılıb desin ki, sən onları yəhudilərin düşməni, elə qalanların da dostu olmayan Hitler adlandırmısan. Mən ölməyim, heç dəxli var? O kişinin adı Nabucco yox, Navuxodonosordu. İtalyan dilində "Nabu- sərhədləri qoru" deməkdir. Sadəcə olaraq bu dildə qısaldılmış halda ona Nabucco deyirlər. İndi Mixailə qısaldılmış halda Mişa, Mişka deyirlərsə, o mütləq ayıdır? Dadsız söhbətdi...
Bu yaxınlarda Bakını toz dumanı basmışdı. Dedilər Türkmənistan tozunu külək gətirib. Sonra bir kənd təsərrüfatı mütəxəssisi dedi ki, mal-qaranın sayı artıb, onların dırnaqları torpağın üst qatını erroziyaya uğradır, onun tozudur. Qaradağda təzə bir zavodun tikilməsi ilə bağlayanlar da oldu. İki gün sonra Lənkəran tərəflər toza büründü. Dedilər Əfqanıstanın tozudu. İndi də Türkiyə toz içindədi. Şırnakda göz-gözü görmür. Bu dəfə deyirlər Suriyanın tozu gəlib. Sözün birbaşa mənasında havanın dadı qaçıb, hamı maskalı gəzməyə məcbur olur. Maraqlıdı, niyə elə toz basan da, toza basan da müsəlman ölkələri olur? Yəqin burada bir hikmət var, hacı...
Heç bilmirəm indi deyəcəyimi niyə dadsız söhbətlər siyahısına salmışam. Deyir Xəzərdə süni adalar yaradılacaq. Turizmi inkişaf elətdirmək üçün tikəcəklərini söyləyirlər. Adalara həm birbaşa avtomobil yolu olacaq, həm də gəmi ilə gediş-gəliş. Xaricdə, torpaq az olan yerlərdə belə süni adalar düzəldilir və milyonçular burada özlərinə tam ada alır, ya da oralarda villalar tikdirirlər. Bizim xaricilərdən nəyimiz əskikdir ki? Amma o adalara çəkdiyimiz xərci korlanmış torpaqlarımıza xərcləsək Azərbaycanı təbii cənnətə döndərmək olardı. Azərbaycanın 80 faizi acından ölür ey, cənab nazirlər, xəbəriniz varmı? Bir qrup etnosadan başqa hamı qan ağlayır. Həmin pulu xalqa yönəltmək vaxtı deyilmi?..
Fasye deyirdi müharibə heç nəyi həll eləmir, məsələni millətlərin öz müqəddəratının təyin etməsi və ərazi bütövlüyü çərçivəsində həll etmək lazımdır, yəni uyuşmayanı uyuşdurmağa çalışır. Brayza deyirdi təzə bir keçid müqaviləsi hazırlamaq lazımdır. Merzlaykov deyirdi ki, Qarabağ ermənilərini də prosesə qoşmaq lazımdır. Həmsədrlər də bizi belə ələ salırdı. Deyəcəm dadsız söhbətdi, mənasız alınar, desəm ki, bu sonaları bu prosesdən uzaqlaşdırmaq lazımdı, çox dadlı alınar, amma kimdi dada baxan?.. Heç bilmirəm indi deyəcəyimi niyə dadsız söhbətlər siyahısına salmışam. Deyir Xəzərdə süni adalar yaradılacaq. Turizmi inkişaf elətdirmək üçün tikəcəklərini söyləyirlər. Adalara həm birbaşa avtomobil yolu olacaq, həm də gəmi ilə gediş-gəliş. Xaricdə, torpaq az olan yerlərdə belə süni adalar düzəldilir və milyonçular burada özlərinə tam ada alır, ya da oralarda villalar tikdirirlər. Bizim xaricilərdən nəyimiz əskikdir ki? Amma o adalara çəkdiyimiz xərci korlanmış torpaqlarımıza xərcləsək Azərbaycanı təbii cənnətə döndərmək olardı. Azərbaycanın 80 faizi acından ölür ey, cənab nazirlər, xəbəriniz varmı? Bir qrup etnosadan başqa hamı qan ağlayır. Həmin pulu xalqa yönəltmək vaxtı deyilmi?..
Yaxşı yadımda döyül, deyəsən Axundovun əsərlərinin birində belə bir epizod var: Baş vəzir şaha məsləhət görür ki, düşmən hücum eləməsin deyən sərhəd kəndlərini məhv eləmək, yolları dağıtmaq lazımdır. Onda düşmən ordusu ac qalacaq, yollarda əziyyət çəkəcək və çıxıb gedəcək. Bizdə də buna oxşar bir vəziyyət yaranıb. İnformasiya yayılıb ki, kolbasa və sosiska məmulatları satışdan yığışdırılacaq. Səbəbini də satışda standartlara uyğun olmayan, tərkibində zərərli maddələr aşkarlanmış, qeyri-gigiyenik şəraitdə hazırlanan kolbasa və sosiska məmulatlarının olmasıdır. Çox mənasız və dadsız söhbətdir. Bitə görə köynəyi yandırmazlar. Adama deyrələr, canın çıxsın, nəzarət elə, keyfiyyətsizin satışını qadağan elə. Daha ucdantutma yox ki.
Комментариев нет:
Отправить комментарий