16.12.2010

NATO-nun gizli qolu- “Ergenekon”

Anar Ramizoğlu
“Filfak” Müstəqil Araşdırmalar Mərkəzi 

Bu təşkilatln əsas məqsədi Amerika maraqlarına qarşı çıxan aktiv şəxsləri tapıb aradan götürmək, solçulara, islamçılara qarşı gizli mübarizə aparmaq, gizli sui-qəsdlər etmək, ölkədə təxribatlar yaratmaq, vəziyyəti həmişə yüksək gərginlikdə saxlamaq olmuşdur

 «Ergenekon» adı ilk dəfə türk mətbuatında 2001-ci il tarixində hallanıb. Bu tarix türk azarı Orxan Pamukun «Qar» romanının bitdiyi tarix ilə heç də tasdüf etmir və bəlli olub ki, məmləkətdə belə bir gizli təşkilat var. Türk Generaliteti (Genel Kurmay Başkanlığı), MİT-lə əlaqədardır. Ölkədə qanunsuz, özbaşına hərəkətlər edir, dövlətə müxalif ziyalıları öldürür- eynən Pamukun «Qar» əsərindəki kimi! Engenkon mövzusunu kim açsa yaxşıdır jurnalistlərin ağzına?- Jandarma generalı Vəli Küçüyün «adamı» Tuncay Güney! Onu ölkə prokurorluğu kiçik bir dələduzluq bəhanəsi ilə həbs edir, az sonra dustağın dili açılır, sonra məsələ öz-özünə çözülüb gedir. İndi həmin bu Tuncay Güney həzrətləri sərbəstdir- uzaq Kanadada bir yəhudi sinaqoqunda ravvin işləyir.
 Pamukun «Qar»dakı qəhrəmanı Hans Hensenə ayrıca diqqət ayıraq. Onun adını deşifrə etdikdə görərik ki, əsl adı Hans Hensen yox, Daniel Hensendir. Bu şəxs jurnalist də deyil, politoloq-alimdir, İsveçrədə yaşayır. Yerli universitetlərin birində dərs deyir. NATO-nun çirkin əməllərini açıb ortaya tökərək bir neçə tədqiqat əsəri yazıb, sübut edib ki, iki NATO var- biri görünən, digəri görünməyən. Biri zahiri, o biri batini. Zahiri NATO-nun iqamətgahları bəlli ünvanda yerləşir- İzmirdə, Romada, Brüsseldə (siyahını uzatmırıq). Gizli NATO-nun qərargahları bir Allah bilir haralardadır. Həmin gizli NATO-nun şərti adı «Qladio»dur. Tam məxfi təşkilatdır, özünün gizli üzvləri, silah anbarları, ordusu, kəşfiyyatı var. Bir sözlə Atlantik Alyansına üzv ölkələrdə həmişə gizli bir paralel hökumət, paralel ordu, paralel kəşfiyyat mövcud olmalıymış sən demə. Yunanıstanda onun adı «Qızıl yun», Fransada «Rüzgar gülü», İtaliyada «Qladio», Türkiyədə «Ergenekon»dur. Bu gizli təşkilatlar həmişə bir mərkəzdən- Vaşinqtondan idarə olunub. Sifarişləri isə belə imiş- kommunistlərə, solçulara qarşı gizli mübarizə aparmaq, onları gizlincə qətlə yetirmək, ölkələrdə təxribatlar yaratmaq, vəziyyəti həmişə yüksək gərginlik şəraitində saxlamaq. Kommunistəlin hakimiyyətə leqal gəlişi təhlükəsi yarandığı vaxt aranı qatmaq, ölkədə hərbi çevrilişlər etmək. Stay Behind- yəni «arxada saxlanılanlar»- «Qladio»nun məxfi şəbəkəsi belə adlandırılmalıymış. Hər hansı bir NATO üzvü Moskvanın işğalına uğrayarsa, bu şəbəkə önə keçməliymiş. False Flaq terrorizm, False Flaq operations- ingiliscə «yalançı bayraq», «yalançı bayraq əməliyyatı» mənasını verən bu kəşfiyyatçı terminlər də «Qladio»ya məxsusdur. «Qladio» öz əməliyyatlarını heç vaxt öz adıyla, öz əliylə deyil, daha çox digər terror təşkilatları vasitəsilə görməli, nəticədə izləri azdırmalıdır. Ölkədəki sağ-sol qüvvələrin hamısını əslində özü yaratmalı, vaxt gələndə onları Roma qladiatorları kimi öz aralarında vuruşdurmalıdır. Özləri isə «Kolizey»də oturmuş Roma patrisiyaları kimi lap axırda fikrə getməlidirlər- sağ qalmış qladiatorları əfvmi etsinlər, yoxsa edam? İndi bildinizmi dünyanı bürümüş son əlli ilin terror dalğası arxasında kimlər dayanıb? Kimin sifarişini yerinə yetirib sol-sağ radikal qüvvələr? Müxtəlif islamçı «Əl-Qaidə», «Qırmızı biriqada»çılar, PKK kimi terrorçu dəstələri? «Qladio» həmişə onlardan gizli şəkildə bəhrələnib, əməliyyatlarına onların üzvlərini qatıb, idealistləri həmişə qətlə yetirib. Əvəzlərinə həmin terror qurumlarının başına öz cəsuslarını gətirib.
 «Qladio»nun ilk sirri 1989-cu ildə İtaliyada açılıb, böyük istintaq gedib, ölkə parlamentinin sədri Anariotti boynuna alıb ki, bəli, NATO çərçivəsində belə bir təşkilat İtaliyada nə istəyib, onu da edib, qanun-zad, hökumət nədir qanmayıb, kimi istəyib öldürüb, gözü nəyi qaralayıbsa, onu partladıb. Sonra digər Avropa palamentləri qarışıb işə, bu şeytan şəbəkəsi üzərindəki qalın pərdə bir azcıq qaldırılıb. Daniel Hensen başlayıb öz tədqiqatlarını çap etməyə. Avropa parlamenti NATO-nu terrorizmdə günahlandırıb, Bİ-Bİ-Sİ bir film çəkib bu mövzu ilə əlaqədar, adı «Qladio əməliyyatı», sözün qısası, növbə axırda gəlib çatıb bu şəbəkənin Türkiyədəki «Ergenekon» halqasına. Ərdoğanın AKP-si fürsəti əldən verməyib, bu dəfə bilib ki, türk «Qladio»su əvvəllər solçular əleyhinə kullanılıbsa, indi islamçılara qarşı işlədiləcək. Demək, tələsmək, ergenkonçuları həbs etmək lazımdır. Avropa parlamentinin Sovet təhlükəsi aradan getdikdən sonra Amerikanın bu gizli dəstələri öz üzərindən atmaq istəyi Ərdoğanı cürətləndirib. O da Avropadan dəstək alaraq qoşulub bu işə. Yəni bəsdir, biz sizinçün bədbəxt türk solçuları-zad deyilik ki, istədiyinizi edəsiniz.
 Beləliklə, Pamukun «Qar» romanındakı türk «Qladio»sunun gizli niyyətləri ifşa olunur. Avropa parlamentinin Türkiyə üzrə işçi qrupunun başkanı Hust Laqendayk deyir: «Ergenekon» barədə deyilənlərin elə yarısı bəsdir bizə, Türkəyəinin sağlam gələcəyi baxımından onun kökü kəsilməlidir. Biliriki ki, Avropa üzərində Amerika təsirini azaltmaq işində Türkiyə daxil, bütün Avropada «Qladio» dayaqları sarsılmalıdır. Bu səbəbdən Avropa parlamenti də AKP yanlısıdır, Ərdoğanı dəstəkləyir, istəyir ki, gizli NATO qəbrə gömülsün, bircə dənə NATO qalsın öz qitəsi ərazisində.
 Bəli, bu gün Ankarada türk «Qladio»sunun qalan üzvləri də həbs olunmaqdadır. Lakin vaxtı ilə on minlərlə türk kommunistini qətlə yetirmiş həmin qurum türk solunu al-qana boyadığına görə məhkəməyə verilməyib, başqa işləri onun öz başına bəla oldu. Mütəxəssislər «Ergenekon»un səyləri olmasaymış, vaxtilə Türkiyədə böyük üstünlüyə malik olan sol qüvvələrin qələbə çalacağını və bu ölkənin Sovet dövləti ilə birləşəcəyini qeyd edirlər. 

Комментариев нет:

Отправить комментарий