15.12.2010

Unutsaq unudularıq

Daşqın Arifoğlu
Azərbaycan Müəllimlər İnstitutu

 İnsan ömrü həyatın yazılmayan qanunları ilə tənzimlənir. Həyatda insanın hansı mövqe tutmasından asılı olaraq ona qiymət verilir. Hərdən həyatdan narazı adamlar pessimit fikirləşir ki , həyatda yaxşı insan yoxdur. Odur ki yaxşı insanlar silsiləsindən olan bir şəxsiyyət haqqinda danışmaq istəyirəm. 
 Yardımlı rayonu həmişə qiymətli və uzun ömürlü insanları ilə tanınib. Buradan çıxan görkəmli insanlar arasında Əliyev Soltan Hüseynəli oğlunun öz xüsusi yeri vardir. 1930-cu ildə Yardımlının qədim yaşayış məskəni olan Avaş kəndində anadan olmuşdur. Uşaqlıq illəri Vətən müharibəsinə təsadüf olunsa da, onda kitaba olan marağı öldürə bilməyib. 1952 ci ildə V.Lenin adına Azərbaycan Dövlət Unuveristetinin (indiki BDU) tarix fakultəsini qırmızı diplomla bitirmişdir. Daha sonra təyinatı üzrə 1954-cü ildə Əlibayramlı rayon (indiki Şirvan) rayonunda Xalq Maarif Şöbəsində məktəblər üzrə baş inespektor vəzifəsinə təyin olunmuşdur. Bir müddət orada çalışdıqdan sonra doğma rayonu olan Yardımlıya qayıtmışdır. Bütün ömrünu bir kollektivə həsr edən Soltan müəllim Avaş kəndində yüzlərlə gəncin cəmiyyədə layiqli yer tutmasına stimul vermişdir.
 Soltan müəllimin mehriban çöhrəsi, yaddaşlara həkk olunan mülayim hərəkətləri çoxlarına ibrət olmuş, bir sözlə canlı etalona çevrilmişdir. Onun yetirmələrindən olan Ərəstun Əliyev, Allahbaxış Orucov, Rafiq Əliyev, Ramazan Abiyev indi də keşməkeşli həyat sürən Soltan müəllimin məktəbimiz üçün gördüyü işlərin misilsiz olduğunu qeyd edirlər.
 Vaxtsız əcəl onu 2007-ci ildə aramizdan apardı. Lakin onun ideyaları, təhsilimiz uşun gördüyü işlər yetirmələri tərəfindən layiqincə aparılır.
Bu da bir yaxşı insanın həyat tarixçəsı... 

Комментариев нет:

Отправить комментарий