13.12.2010

İnternetin xeyirli cəhətləri

Yusif Əsəd        
Professional Oxucu Liqası


          Xeyirindən faydalanmaqla zərərinin qarşısını almaq olar

 Virtual mühit xüsusilə yetkinlik dövrünü keçirən utancaq və özünə etibarsız gənclərə şəxsiyyətlərini tanıma və uyğun davranış formalarını seçərək öyrənmə imkanı verir.
Psixoloqların fikrincə, kompüter və internetdən istifadə etmək insanın özünü tanıması və şəxsiyyətini kəşf etməsi baxımından faydalı və sağlamdır. Fərqli mədəniyyətləri tanıma şansı yaradır. Dünyanın müxtəlif  ölkələrində yaşayan və ortaq hobbi, maraq sahəsi olan şəxslər bir-biriləri ilə əlaqə yaradır və ətraflarını genişləndirirlər. Virtual əlaqələr həqiqi dostluğa, eşqə çevrilə bilər. Ancaq bu əlaqələr real həyatda olan münasibətlərə təsir etməməlidir.Virtual mühitdə edilənlər real həyata uyğunlaşdırıla bilməzsə, şəxsiyyətin özünü dərk etməsində və davranışında müəyyən problemlər yaranar. Ona görə də, insanlar özlərini gerçək həyatdan ayırmamalıdırlar.
 Kompüter hərtərəfli təhsil almağa, sərbəst şəkildə özünüifadə etməyə imkan yaradır. Bu gün demək olar ki, hər bir iş texnologiyanın köməyi ilə həyata keçirilir.
 İnternet bu gün elm dəryasıdır, bilik okeanıdır. Hər bir şey haqda internetdə bilgi tapmaq mümkündür. Kompüter çox asan, təsirli və ucuz təhsil verən bir vasitədir. Uşaqların yaradıcı bacarıqları inkişaf edir.  Uşaqların kompüterdən istifadə etməsinə valideyn mütləq nəzarət etməlidir. Valideynin diqqətli olması uşağın yaxşı işlərə cəlb olunmasına kömək edir, kompüterdən yaxşı məqsədlərdən istifadə etmək vərdişi formalaşır.  İnternet mühiti qədər heç bir vasitə insanlar üçün sərbəst fikir yürütmək azadlığı vermir. Müxtəlif  qrupların yaratdığı forumlarda siz özünüzü ifadə edə bilmə davranışı qazanır, tolerantlığı, məsələlərə müxtəlif bucaqdan baxma qabiliyyətini öyrənirsiz.  İnsan üçün mümkün olan bütün əyləncə növlərini demək olar ki, virtual dünyada tapmaq mümkündür. Film, musiqi, oyun, çat və s. insanlara qeyri-adi mühit yaradır. Şəkil, fotoşəkil, film kimi sənət sahələri ilə, incəsənətlə məşğul olanlar üçün gözəl tətbiq sahəsidir. 

Комментариев нет:

Отправить комментарий