05.11.2010

Azərbaycan şor-biznesi yenilikləri

Sofya Sadıqlı

Natanın bədəni valeh edir

Şoumuzun Natası, Natavan Həbibi bədənin gözəlliyindən danışıb. O, deyib ki, elə bir bədən qurluşuna sahibdir ki, qarşısında soyunduğu kişini dərhal dəli edir. Müsahibə zamanı o, özündə kökəlməyə və ya arıqlamağa ehtiyac duymadığını deyib: “Mən arıq deyiləm. Dar paltar geydiyim zaman özüm özümə valeh oluram. Artıq heç nə yoxdur! Nəyisə çəkmək, qırışları gizlətmək lazım gəlmir. Əynimi soyunarkən bədən quruluşum, dərim sevgilimin ağlını başından çıxarır… Mən özümü super hiss edirəm!”. Xatırladaq ki, belə açıqlamanı şou ulduzları ancaq bir iki halda verirlər. Bir tək qalanda, bir də solo konsert vermək fikrinə düşəndə. Çünki hər iki halda şou ulduzlarına sponsor gərək olur. İndi Natavan deyilənlərə görə, solo konsert verəcək. Necə deyərlər, xeyirlisinə qismət!
Amma Natavan Həbibi xeyli ağıllı proqnozlar da verib və sevgilisi ilə tam sağlam münasibətlərdə olduqlarını, bu münasibətlərin madiyyat üzərində qurulmadığını bildirib: “Pulum özümə kifayətdirsə, nə üçün ondan pul götürüm?! Mən öz pulumu xərcləyir və gələcək üçün yığıram. Axı 50 il oxumaq fikrində deyiləm. Paltarın əyində yaxşı durmadığı, dərinin, sifətin rənginin dəyişəcəyi yaşadək oxumaq istəmirəm”. Nata üstəlik hər ay paltarlarına 6-7 min manat pul xərclədiyini deyib: “Hər yeni çəkiliş üçün təzə paltar almaq, sonra da o paltarla nə etmək barədə düşünməkdən usandım. Axı yeni paltarı uzaqbaşı bir-iki dəfə toya və ya çəkilişə geymək olur. Sonra onların hamısı evimdə şifonerdə və çamadanlarda qalır. Hər ay paltarlara xərcləyəcəyim 6-7 min manata indi qənaət edəcəyəm”.

3 kişi ilə sevişən şou-ulduz kimdir?

Nadir Qafarzadə Azərbaycan şou biznesindəki qadın ulduzcuqları yıxıb-sürüyüb. Şou verilişlərində, tədbirlərdə bu ulduzları öpüb “bacım” deyən müğənni onların dalınca asıb-kəsib. Guya şoudakı kişi müğənnilər çox əziyyət çəkir, amma qadınlar daha rahat yolla, daha çox pul qazanırlar: “Qadınlar bilir ki, oxumasalar da, özlərinə onları “saxlayacaq” kişi tapacaqlar. Biri gedəcəksə, ikincisi, üçüncüsü gələcək. Bizdə ulduz bədəninə toxunmaq istəyənlər o qədərdir ki…”
Nadir Qafarzadə eyni vaxtda 3 kişi ilə eşq macərası yaşayan qadın tanıdığını söyləyib, amma nədənsə kimliyini aşıqlamayıb: “O, eyni vaxtda 3 kişi ilə sevişir. Bu kişilərin hər biri də həmin xanımın həyatında yeganə olduğunu düşünür. Biri ona mənzil, digəri maşın, üçüncüsü bağ evi alır. Biz hamımız bir-birimiz haqda hər şeyi bilirik. Tam məsuliyyətlə deyirəm ki, bizim ulduz qadınlarımızın yalnız 5 faizinin əxlaq haqda danışmağa haqqı çatır. Digər 95 faizinə isə deyirəm: bəsdi yalan danışdınız! Şübhələri üzərinizdən atmaq istəyirsiniz?! Alınmayacaq!”.

Nisə Qasımova Brilliantın sponsorundan danışdı

Mətbuat konfransı zamanı Nisə xanım göz yaşlarını abi-leysan edib. Sənət yolunda kifayət qədər çətinliklərdən çıxan xalq artisti bu gün də haqsızlıqlarla qarşılaşdığını deyir. Bəzi həmkarlarının sənətkarın ünvanınıa söz atdıqlarına, mesaj göndərdiklərinə toxunan müğənni də dilini dinc qoymayıb və həmkarlarının bostanına daş atıb: “Mən illərlə susmuşam. Hamı elə bilir ki, Nisə xanımın dili yoxdu, danışmaz. Mənimsə dilim var. Sadəcə həmişə öz mədəniyyətimə, əxlaqıma bürünüb susmuşam. Artıq susmayacam! Mənim siqaret çəkməyimi pisə yozanlar yəqin özlərinin kimliyini unudurlar. Mən həmişə demişəm ki, mən siqaret çəkmirəm, dərd çəkirəm. Bəziləri kimi yalandan ərə getməmişəm, özümdən böyük sənətkarlara qarşı hörmətsizlik nümayiş etdirməmişəm. Brilliant Dadaşovanın mənim barədə fikir söyləməyə belə haqqı yoxdu! Bu millət kimin kim olduğunu çox gözəl bilir. Mənim bəziləri kimi nə sponsorum olub, nə də arxamda dayananım. Həmişə məni əzməyə çalışıblar, mən də susmuşam. Daha susmayacam. Hələ danışmaq istəmirdim, ancaq məni buna məcbur edirlər”.

Ledi QaQa, yoxsa Samir baji

Stilist, ekstravaqand müğənni Samir Bağırovun prodüseri və yaxın dostu Samir Əliyev özünü Ledi QaQaya oxşadıb. O, “Bu geyimdə, saç düzümündə  kim məni görürsə, “ay, sən necə də  Ledi QaQaya oxşayırsan” deyir. Amma həmin müğənni qadın olduğu üçün, cavabımda zarafatyana deyirəm ki, onda mən də oldum “Ledi Qaqulya. Həqiqətən Ledi QaQanın imicini çox bəyənirəm. Çox istərdim ki, ən azından adımı brend kimi, onun qədər olmasa da, müəyyən dərəcədə ölkəmizin hüdudlarından kənarda tanıdım. Bunun üçünsə dəb yeniliklərini öyrənir, bilik və bacarıqlarımı durmadan artırıram”. İndi Samir Bağırovun yaxın dostu və adaşının hansı bacarıqları öyrəndiyini dəqiq bilmədiyimizdən bu barədə sizə məlumat verə bilməyəcəyik. Çünki bu bilginin nədən ibarət olduğunu bir Samir, bir də elə Samir bilir.

Hamılıqla  “Evrovision-2010”a

Gələn ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” yarışmasında Azərbaycan təmsilçisi üçün keçirilən milli seçimlərin canlı yayımına noyabrın 15-də artıq start veriləcək.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) ictimaiyyətlə əlaqələr şöbəsi 120-yə yaxın iddiaçı arasından 77 iştirakçı vəsiqə verildiyini deyib.
Sən demə, bu ölkədə hamı ulduz olmaq istəyirmiş. Amma deyilənlərə görə, ən iddialı namizəd Aygün Kazımova ilə Aybəniz Haşımovanın qızlarıdı. Hər iki namizədin anası qan-tər içində iddia edirlər. Görək kim qalib gələcək? Aygün yoxsa, Aybəniz?

Комментариев нет:

Отправить комментарий