06.12.2010

“Muğanın səsi”

    AYB Muğan Bölməsinin poeziya toplusu

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyi Muğan Bölməsinin “Muğanın səsi” adlı poeziya toplusu çapdan çıxmışdır. Bölmədən yalquzaq.com-a verilən bilgiyə görə, topluda AYB Muğan Bölməsinin tərkibinə daxil olan Hacıqabul, Şirvan, Salyan və Neftçalanın 60 nəfər şairinin yaradıcılığından örnəklər yer alıb. “Muğanın səsi” poeziya toplusunu AYB Muğan Bölməsinin sədri Namiq Hacıheydərli toplayıb tərtib etmişdir. Kitabın redaktoru pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev, məsləhətçisi filoloji elmlər doktoru, professor İmamverdi Əbilov, rəyçi ATXƏM İctimai Birliyinin sədri İlham İsmayılovdur. Kitaba tanınmış şair Musa Ələkbərli “Axtarışda olan şair…” adlı ön söz yazmışdır. Bu toplu Muğan şairlərinin yaradıcılığından örnəkləri özündə cəmləşdirən ilk nəşrdir. Topluda imzası bəlli şairlərlə bərabər, ədəbi ictimaiyyətə ilk dəfə təqdim edilən şairlərin imzasının görünməsi toplunun üstün cəhətlərindəndir. “Muğanın səsi” toplusunda yaradıcılığa 18-ci əsrin sonlarında başlamış M.B. Nadim (Hacıqabul), 19-cu əsrin ortalarında başlamış Qasım Həsənoğlu, Məşədi Əmrah (Salyan) kimi klassik şairlərdən tutmuş ilk qələm təcrübələrini edən yeni nəslə qədər olan böyük bir dövr əhatə olunmuşdur.

Комментариев нет:

Отправить комментарий