22.04.2011

Ermənistanın İsraildə səfiri yoxdur

“Qafqazinfo”nun Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan deyib. Balayanın sözlərinə görə, hazırda Ermənistan İsraildə diplomatik nümayəndəyə malik deyil. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın İsraildə səfir vəzifəsini tutduğu ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib: “Bu qətiyyən həqiqətə uyğun deyil”. Balayan bildirib ki, Nalbandyan nazir vəzifəsinə təyin olunandan dərhal sonra müvafiq instansiyalara məktublar göndərilib. Bu məktublarda Nalbandyanın İsrail, Andorra və Vatikanda Ermənistan səfirinin səlahiyyətinin çıxarıldığı qeyd olunub. Balayan İsraildə Ermənistan səfirinin yoxluğunun səbəbini deməyib. O bunu səlahiyyətlərinə daxil olmadığı ilə əlaqələndirib. Balayan deyib ki, səfiri prezident təyin edir.

Комментариев нет:

Отправить комментарий