21.04.2011

Fyodr Dostoyevski və Aygün Kazımova

Hüsamə bin Sərxan                       husamasarxan@mail.ru

“Sizi təhqir edənləri bağışlayın, onlarla barışın”. 
                                                                                                 (F.M.Dostoyevski)
  
1.Məddahlıq ümumbəşəri cinayətdir. Professional Oxucu Liqasının rəhbəri İbrahim Sel deyir ki, “Dostoyevskini oxuyarkən öz millətinə nifrət edirsən.” Amma “bəşəriyyətçiliyi moda” hesab edən Dostoyevski özü belə deyirdi: “Bəşəriyyət üçün çalışmaq lazımdır.Ancaq bir Rusiya üçün deyil, bəşəriyyət üçün! Yalnız Rusiyanı düşünmək məhdud vətənpərvərlikdir”. Məhz böyük vətənpərvərliyi sayəsində Fyodr Mixayloviç çarın əmri ilə dörd il katoqa cəzasına məhkum, katorqa cəzasından sonra isə altı il yeddinci Sibir batalyonunda xidmət etməyə məcbur edildi. Məşəqqətli soldat həyatına tab gətirməyən şair 1854-cü ildə “Avropa hadisələri” adlı bir şeir yazdı. “Rus çarının “ədalətini”, “rus silahının qüdrətini” mədh edən bu şeir böyük yazıçının xilas “resept”i oldu. Bu faktları sadalamaqda məqsədim heç də o deyil ki, Dostoyevskinin məddahlığını qabardım. Əslində məddah olmayanımız yoxdu. Yəni hərəmiz bir cürə yaltağıq və məncə arvada-uşağa, qardaşa-bacıya, yeznəyə-qayına yaltaqlanmaqdansa, ən yaxşısı padşaha yaltaqlanmaqdır. Məmura, deputata, sahibkara, partiya sədrinə, fahişəyə yaltaqlanmaqsa, artıq bəşəri faciədir. Yumurtdadan ötrü toyuğa, süddən ötrü inəyə yaltaqlananlar da kifayyət qədərdir.
Bu mənada İbrahim Sel haqlıdır. Çünki “Yoxsul insalar”dakı Devuşkin, “Oxşar”dakı Qolyadkin, “Cinayət və cəza”dakı Raskolnikov, “İdiot”dakı Mışkin nə “zibil” olsalar da, yaltaq və məddah deyillər. Mənim anlamımda isə məddahlıq korrupsiyadan da betər transmilli cinayətdir.
2. Aygün Kazımova həm də ana imiş... “Mən, hər şeydən əvvəl, əsl azərbaycanlı anayam və hamı bilir tək övladımı necə çətinliklərlə böyütmüşəm”. Bu lirik-poetik sözlərin sahibi xalq artisti Aygün Kazımovadır. Aygün xanım Dostoyevskinin yaratdığı qadın obrazlarının (Varvara, Nastenka, Netoçka, Klara, Nelli və sair) heç birinə bənzəmir. O, heç dünyada mövcud olmuş, olan analara da bənzəmir. Mənim üçün çox maraqlıdır: əgər əsl ana Aygün xanım kimi olmalıdırsa, onda bizim tanıdığımız analar kimdirlər?! Yaxud, tək övladı böyütməyin çətinliyini gözə soxan xanım müğənni, hələ otuz yaşına çatmamış yüzlərlə dul qadının 4-5 uşaqla taleyin və göy-göyərtinin ümidinə qaldığından xəbərdardırmı? Axı o “yüzlər” və onların övladları nə gözəlliklərinə, nə istedadlarına görə ondan və onun İlqarəsindən əksik deyillər. Alimi 150-200 manata can əlləşdirən millət, ona daha nə verməli idi ki, özü və qızı cəmiyyətə nümunə olsun? Facebok sosial şəbəkəsində və müxtəlif saytlarda yerləşdirilən video görüntülər, heç də İlqarənin günahsız mələk olduğunu isbatlamır. Əksinə, ictimai həyatımızda mövcudluq qazanmış eybəcərliyi, mənəviyyatsızlığı əks etdirir.
 Bu xüsusda bir məsələni vurğulamaq yerinə düşər. Əksər insanlar, ANS telekanalının təkrar-təkrar İlqarə məsələsinə qayıtmağını anlaya bilmir. O günləri, “Xural” Oxucusu Rəşid Abbasov emossiyalarını cilovlaya bilməyib, nəhayyət coşdu: “Əəə... qardaş, bu Aygün Kazımbayeva imam-peyğəmbər övladı döy, cəhənnəm-bala, heç İlhamə Quliyeva da döy ki, onu və qızını bu qədər mazata mindirəsən. Mazata mindirincə, aparıb mindirsinlər dayçaya-zada, göndərsinlər kenquruların vətəninə”. Haqlı sözə nə deyəsən? Azərbaycan millətinin cinayətə meyilli böyük bir qismi “Cihayət işi” verlişinə baxa-baxa ana-bacı əmcəyi kəsənə çevrilib. Yaxud, məqsədi-məramı “əxlaqsızlıqdan” yoğrulmuş “Toy olsun” layihəsinin ancaq bir adı var: toy adlı milli dəyərimizi tarixin “yəhudi qəbirstanlığı”nda dəfn etmək... Belə yaramaz, arkadaş! Belə yaramaz, vətəndaş! Belə yaramaz, Milli Məclis! Ona görə Milli Məclisə də üzümü tuturam ki, özündən başqa heç kimi bəyənməyən xalq artisti Əlibaba Məmmədovun “muğamından” öncə, toy adlı milli-mənəvi sərvətimizi gündəmə gətirmək lazım idi.     
 Yazının “DABAN”I: ...Yenə toylar başlandı. Allah pulun və Aygünün yetirsin.

Комментариев нет:

Отправить комментарий