07.09.2011

Eldar Səfərov rayon camaatını niyə təhqir edib?


     Cəlilabadın hesabına milyonlar yığan Eldar Səfərov cəlilabadlıları niyə sevmir?

   “Eldar Səfərov mənim telefonumu oğurlayıb”

Dövlət orqanlarına
Surəti: Qəzet redaksiyalarına

   Yazıb sizə bildirirəm ki, 07.07.2011-ci ildə Cəlilabad rayon Polis Şöbəsinə gəldim. Postda oturan polis serjantından yol polisi inspektoru Nazim İsmayılovu soruşdum. Serjant mənə nədənsə kobud cavab verdi, dedi ki, “çəkil dur o yanda, küçüyün balası küçük”. Mən təəccübləndim, ona dedim ki, “sən boyda mənim 3 oğlum var, ayıb deyilmi?” Bu zaman o mənim üstümə cumaraq yumruq atdı, aramızda münaqişə yarandı. Ardınca Cəlilabad rayon Pols Şöbəsinin rəis müavini Eldar Səfərov serjantlarla birgə mənim üstümə gəldi. Eldar Səfərov qollarımı qandallatdırdı, məni polis şöbəsinin arxasındakı əzilmiş maşınlar olan hissəyə apardılar. Burada Eldar Səfərov məni döyməyə başladı. O mənim qollarımı arxadan qandallatdırdı, başıma, boğazıma və bel hissəmə vurmağa başladı. Əvvəl yumruqla, sonra isə təpiklə mənim qışqırmağıma baxmayaraq var qüvvəsilə vururdu. O məni döyərkən cəlilabadlıların ünvanına sərt ifadələr işlətdi. Dedi ki “Cəlilabadlıların var-yoxunu…! Cəlilabaddan kişi çıxıb?”
   Nədənsə məni KPZ-yə salmadılar, polis şöbəsində adi balaca otağa saldılar. Huşumu itirmişdim, heç bir tibbi yardım göstərmədilər, al qanıma xarman vəziyyətdə səhərə kimi orda qaldım. Səhərə yaxın ayıldım, məni şöbədən heç bir akt tərtib etmədən, baş hissəm, bədənim dağılmış, qan içində evə buraxdılar. Ancaq mənə deyirdilər ki, heç bir yerə yazıb şikayət etmə.
   Bu hadisədən sonra Ramil Usubova teleqram vurdum. Daxili İşlər Nazirliyi guya mənim işimi araşdırdı. DİN Daxili Təhqiqatlar İdarəsinin rəisi gəlib yerində yoxlayarkən faktları təsdiqləsə də, mənimlə razılaşsa da, mənə məktub yazıb ki, belə bir hadisə olmayıb. Əgər Daxili Təhqiqatlar İdarəsi Polisdəki cinayətkarla əlbir olub hər cür fəsadlara yol açacaqsa, onda bu dövlət nə üçündür? Xahiş edirəm, Daxili Təhqiqatlar İdarəsinin rəisi Möhübbət Hüseynovdan soruşasınız ki, onun marağı nə idi bu işi birtərəfli aparıb? Niyə cinayətə yol açırsınız? Və mənə niyə saxta məktub yollayıblar? Daxili Təhqiqatlat İdarəsinin rəisi Möhübbət Hüseynovun mənə cavab olaraq ünlanladığı məktub yalan və məntiqsizliklə doludur. Hətta bu məktubun tərtib olunduğu vaxt da dəqiq göstərilməyib, belə ki hadisə iyun ayında olub, məktuba isə həmin ilin may ayı tarix kimi qoyulub.
   Eldar Səfərov uzun müddətdir ki, cəlilabadlılara qan uddurur. Çoxlu şikayət məktubları yazılsa da, mütaraciətlər edilsə də, ört-basdır edilir. Mənim 3 uşağım var, onlar vətən xidmətində dayanacaq, qarabağlı Eldar Səfərov kimilərin əvəzinə Qarabağ uğrunda vuruşacaqlar. Qarabağlı Eldar Səfərov mənim rayonumda pul yığacaq, mənim balalarım isə Qarabağ uğrunda vuruşacaqlar? Bütün rayon polislərində məsul vəzifələrə ancaq qarabağlılar göndərilir. Mən Ramil Usubovdan soruşuram: nə vaxta kimi rayonlara Eldar Səfərov kimi qarabağlı məsuliyyətsiz polis işçiləri doldurulacaq? Məgər Naxçıvandan, Bakıdan, Şəkidən dəyərli kadrlar yoxdurmu? Yoxsa DİN-də ancaq qarabağlılar olmalıdır? Eldar Səfərov uzun illərdir ki cəlilabadlılara qan uddurub var-dövlət yığır, xəbəriniz varmı? Arxivi açın, görün bu adamın qanunsuz əməlləri haqqında nə qədər şikayət məktubları gedib, hamısı baxılmamış buraxılıb. Bu cür adamlar dövlət üçün olduqca təhlükəli ünsürlərdir. Dövlət bu cür ünsürlərə qarşı diqqətli olmalıdır.
   Eldar Səfərov həm Cəlilabaddan milyonlar qazanır, həm də cəlilabadlılar söyür. Onun görünür öz anadan olduğu rayondan xəbəri yoxdur. Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir. Mənim rayonum bu yaxınlarda 3 qəhrəman şəhid verdi. Eldar Səfərov, sən onda bəs hardaydın? Bizim qəhrəman oğullar torpağı satıb gəlməyiblər. İndi hamınızın cibində veteran knijkası var, amma müharibbə vaxtı bilinmirdi haradasınız. Rayonumun onlarla Qarabağ veteranı bu gün nəinki veteran knijkası, heç hərbi biletini də geri ala bilmir, amma bunlar ortaya düşüb qəhrəman kimi gəzirlər.
   Eldar Səfərov çörəyimizi yeyir, özmüzü də vəzifə səlahiyyətlərindən istifadə edərək söyür, döyür. Cəlilabadın çörəyi onun gözündən gəlsin! O, başqa heç bir rayonda bu qələti eləyə bilməzdi. Cəlilabad arıq eşşəyin yaylağı olub gedib. Xahiş edirik ki, dövlətimiz özü bu işə qarışsın və bura başqa rayonlardan məsul işçilər göndərilsin. Polis sistemi bunlarçün deyil!
   Eldar Səfərov qaçqındırsa, canımızı almalıdır? Elə gəzirlər ki, elə bil bunlardan başqa qəhrəman yoxdur. Rayonda kimə gəldi şillə atır, kimə gəldi pis söyüş söyür. Eldar Səfərov mənim iç-çalatımı vurub əzib, indi də ağrılardan əziyyət çəkirəm, səhhətim günü-gündən pisləşir. Mən bütün respublikanın yaxşı insanlarını köməyə çağırıram. Ona bu statusu kim verib? Məgər biz Heydər Əliyevin yaratdığı dövlətdə yaşamırıqmı? Eldar Səfərov niyə dövlət içində dövlətçilik edərək qanunları ayaq altına atır? Bu adam rayon camaatını dövlətə qarşı qaldırır.
   Hətta telefonumu da Eldar Səfərov oğurlayıb. Əlimdən aldı ki, heç yerə zəng etməyim. İndi ondan telefonumu ala bilmirəm, it-bata düşüb. Telefonumun itməsi barədə Cəlilabad rayon Polis Şöbəsinə ərizə ilə müraciət etsəm də, nədənsə ərizəmi qəbul etmirlər. Bəs onda mən hara müraciət edim? Başqa hökumət varmı?
   Xahiş edirəm ki, mənim məktubumu DİN-ə göndəryin. Qoy bu məktubu Dövlət orqanları araşdırsın. Xahiş edirəm ki, Cəlilabad rayon Polis Şöbəsinin rəis müavini Eldar Səfərov tərəfindən heç nədən döyülməyim DİN Daxili Təhqiqatlar İdarəsi tərəfindən yox, respublika orqanları tərəfindən araşdırılsın və Eldar Səfərov barəsində cinayət işi açılsın.

Nəzərov İlqar Ağababa oğlu             Cəlilabad rayon sakini

Комментариев нет:

Отправить комментарий