05.09.2011

Nədən desəm yazacam....səndən savayı...!!!

Jalə Sadıqova


Nədən desən yazacam...
Qatillərdən, dustaqlardan, canilərdən
Qanunsuz rüşvətxorlardan
ən pis adamlardan belə....
Təkcə səndən yazmayacam...!!!
Hələ mövcüd olmayan şeylərdən...
uzaylılardan,itkin düşənlərdən
Qeyb olanlardan....
daha kimlərdən,daha nələrdən...
Təkcə səndən yazmayacam...!!!
Sevgini sənsiz təsəvvür edəcəm...
ilham alanlardan,
kama çatmayanıardan,
nakam ölənlərdən,
Leylidən,Məcnundan...
daha nələrdən yazmayacam...
Təkcə səndən savayı...!!!
Mənə layiq olmayanlardan,
gücüm çatmayanlardan
ünüm yetməyənlərdən..
korun görə bilmədiyi mənzərədən,
karın eşidə bilmədiyi sədadan,
Hər şeydən yazacağam...
təkcə səndən yazmayacağam..!!!
Qələmim sınsa da,
səbrim tükənsə də,
dilmlə yazacağam...
yaddaşıma həkk edəcəm
Mən yorulmayacağam
dərdlərimi yozacağam...!
Təkcə səndən yazmayacağam...!
mənim üçün,artıq bir heçsən..
qara qəpiyə belə deyişməyəcəm səni..!
könlümdə yer ayırmayacağam sənə..
sürətini,varlığını unudacağam!
ölmüş bir insan kimi qələmə verəcəm səni
heç məzarına da gəlməyəcəyəm...
o qədər nifrətə layiqsən ki,mənliyimdə
səni vicdansızlara belə,satmağa razıyam..!!!
hər şeydən danışacağam,səndən savayı..!!
Döşənəcəksən ayaqlarıma
səni ayaqlarımın tozuma belə
rəva bilməyəcəyəm....
adlayib üstündən keçəcəm...
səsləmə məni arxadan!!!
onsuzda baxmayacağam,
sən o qədər yadsan ki mənə,
yad səslərə boylanmıram...üzülmə!
Hər şeydən yazacağam,sendən savayi!!!
Xəyallarıma, arzularıma
keçmişimə, gələcəyimə...
qadağan edəcəm səni anmaya
yandırıdn məni...bir bilsən necə yandırdın?!
yanmağımdan yazacağam..!!!
Dərdi dərd üstə qoyub,udacağam
yarama özüm məlhəm sürtüb,
üst-üstə bağlayacağam....!
Səni anmamaq üçün,hər şeyə əl atacam!
Təki səni anmayım...
Ey bir zamanlar başımın tacı olan
indi heçnəyimsən...!!!
bir yayarsız əşya kimi
ALLAH bilir hansi güncdəsən..!
Dərdlə doğulanım..
səni hara yazım ki,əbədilik qayıtmayasan..!
yox...daha yoruldum SƏNDƏN YAZMAYACAM!!!

Комментариев нет:

Отправить комментарий