06.09.2011

PKK-nı təbliğ edənlər

Minurə Məmədquliyeva adlı şəxs də, PKK terror təşkilatınını sosial şəbəkə vasitəsilə dəstəkləyir və onun təbliğatı ilə ciddi cəhdlə məşğul olur


Tanınmış vəkil Qurban Məmmədov “Xalq Cəbhəsi” qəzetinin parlament müxbiri Ağa Cəfərlinin aznews.az-da dərc olunmuş “Hüquqşünas Qadınlar Assossasiyasının üzvünün PKK ilə nə əlaqəsi var?” sərlövhəli yazısından sonra Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova müraciət edib.

Müraciətdə bildirilir ki, Türkiyə hökümətinin PKK terror təşkilatının zərərləşdirilməsi ilə bağlı son zamanlar göstərdiyi ciddi cəhdlər, bütün dünyada olduğu kimi, Azərbaycanda da, həmin təşkilatı dəstəkləyən bəzi qüvvələri narahat etməyə başlayıb. Bunun nəticəsidir ki, PKK terror təşkilatını dəstəkləyən bəzi qüvvələr həmin təşkilatın təbliğatınını daha da gücləndirməyə, əhalinin düşüncələrinə təsir göstərməyə hər vəchlə cəhd göstərirlər.
Müraciətdə qeyd edilir ki, onlar bu təbliğatı nəinki real həyatda, hətta sosial şəbəkələrdə də davam etdirirlər. Məktubda daha sonra bildirilir:

“PKK-nın bütün dünya miqyasında terror təşkilatı kimi tanınması, həmin təşkilatı dəstəkləyən dövlətləri nüfuzdan salır, bütün dünya ictimaiyyətində həmin dövlətlərə qarşı mənfi rəy formalaşdırır. Bu hal, tək dövlət səviyyəsində PKK-nın dəstəklənməsinə deyil, hətta həmin dövlətin daxilində kimlərinsə bu təbliğatına dövlətin göz yummasına da aid edilməlidir. PKK-nın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən terror təşkilatı kimi tanınması və pislənməsi, ölkə daxilində PKK-nı dəstəkləyən şəxslərə qarşı ciddi tədbirlərin görülməsini vacib edir. Özünü “Hüquqşünas Qadınlar Assosasiyası”nın nümayəndəsi kimi təqdim edən Minurə Məmədquliyeva adlı şəxs də, PKK terror təşkilatınını sosial şəbəkə vasitəsilə dəstəkləmək və onun təbliğatı ilə ciddi cəhdlə məşğul olmaqla məşğul olanlardandır. Belə ki, özünü “Hüquqşünas Qadınlar Assosasiyası”nın nümayəndəsi kimi təqdim edən Minurə Məmədquliyeva www.facebook.com sosial şəbəkəsində aşağıdakı məzmunda yazılar yazaraq, PKK terror təşkilatını dəstəklədiyini açıq-aşkar bəyan etmişdir.
Cənab Baş Prokuror!
Özünü “Hüquqşünas Qadınlar Assossasiyası”nın nümayəndəsi kimi təqdim edən şəxs tərəfindən sosial şəbəkələrdə PKK terror təşkilatının açıq şəkildə dəstəklənməsi və təbliğ edilməsi, Respublikamızda PKK-nı dəstəkləyənlərin sayının çox qısa müddət ərzində artırılmasına gətirib çıxara bilər. Bu isə, nəinki dövlətimizin ölkə daxili nüfuzuna, eləcə də, həm Ümummilli liderimiz Heydər Əliyevin, həm də, onun layiqli davamçısı, möhtərəm prezidentimiz İlham Əliyev cənablarının min əzab əziyyətlə beynəlxalq aləmdə Azərbaycan dövlətinə qazandırdığı nüfuza xələl gətirə bilər.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, sosial şəbəkədə özünü “Hüquqşünas Qadınlar Assossasiyası”nın nümayəndəsi kimi təqdim edən Minurə Məmədquliyevanın şəxsiyyətinin müəyyənləşdirilərək, qanunda nəzərdə tutulan qaydada cəzalandırılması məqsədi ilə lazımi tədbirlər görməyinizi xahiş edirəm”.

Mail Ağaxanov                  modern.az

Комментариев нет:

Отправить комментарий