10.09.2011

XƏYANƏT EDƏNLƏR

GÜNAY ÜMİD

Əslində susmamışam. Düşünürəm! O qızı, onun kimi milyonlarla gunahlarını sevənləri…
Danışan dodaqların sükutu mənim sükutumdan laldı əslində…
Axı hamımız insanıq, hamımız qəlb daşıyırıq…Elə o da və onun kimi milyonlarla onlar da…
Onların adı xəyanət edənlərdi. Onların sevgiləri günah qoxuyur, məhəbbət nəğmələri gecə tənhalığında ulayan ağı kimidi…Bagışlamayın onları! Əslində mən də bagışlamıram… Amma, axı o da insandı. O qıza da acıyıram , ovutmaq istəyirəm, kölgələnmiş gözlərinin yaşını silməyə axı onun da ehtiyacı var. Onun gözlərinə xəyanət adlanan qaranlığın işığı yenicə kölgə salıb.
Onların həyat fəlsəfəsi bizimkinə bənzəməz! Onların doğruları yalan danışar, onların sevincləri o qədər kədərlidir ki, acıyıram onlara… Bu gecə o qız üçün ağladım da hətda… Çünki, o da onlardan olmuşdu…
Onların inamlarının səsi o qədər yad, sozləri o qədər yalan olur ki… Oda iyrənəcək ! İyrənəcək müqəddəs bildiyin hər şeydən! O an həqiqətə çırıl-çılpaq oyanacaq! Günəşin rənginin əslində xəzəl rəngli olduğunu, yalanın əslində yaşamaq daddığını görəcək. Hər şeyi öz rəngində və öz dadında görəcək! Əynindən soyunduğu ismətin vaxt keçdikcə üşütməyəcək onu! O da onlardan olacaq…
Diqqət eləsən gorərsən ki, üzlərindəki ifadə çox etinasız və bum-buzdu. Onlar əslində heç kəsə güvənmir və bəlkə də hamıdan qorxurlar. Ürəyim ağrıyır onlara. Biz onlardan uzaq gəzməyi, onları lənətləməyi, dinləməməyi, onlara haqq verməməyi öyrənmişik. Biz onlara cəhənnəm sakinləri kimi baxmağı öyrənmişik. Onlar da xəyanətin qucağında batdıqca batıb!
Bəlkə, o qız indi yanımda olsa dinləyərdim onu. Bəlkə heç kəs bağışlamayan günahlarını mən bağışlayardım.
Yox! Bəlkə də, məndə bacarmazdım…Axı mən də onları lənətləməyi öyrənmişəm…
Amma, yenə də ürəyim ağrıyır o qıza. Axı hamımız insanıq, onların da ürəyi ağrıyır axı. Günahlarını sevməyi bacaran yeganə insandı onlar!
Əgər sən də diqqət eləsən onlara məni xatırla, və sükutumun dilində danışmağı bacardığını görəcəksən…

Комментариев нет:

Отправить комментарий