08.09.2011

Yəhudiləri söymək olmaz!

Fransız moda evi Christian Diorun keçmiş baş dizayneri ingilis modelyer Con Qalliano yəhudi əleyhinə açıqlamasından sonra Fransada mühakimə olunub.
Merkez.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, açılmış iki ayrı davada cəmi 6 min avro cəza alıb. Parisdə barladan birində “etnik kök, dini kimlik və irq” məsələlərində təhqiredici açıqlamalar verdiyi üçün mühakimə olunan Qalliano həbs cəzası almayıb, pul cəzası isə ertələnib.
Qərarda Qallianonun şikayətçilərdən üz istəməsinin daha yaxşı olduğu bildirilir.
Qeyd edək ki, məşhur modelyer keçən il Parisdə barladan birində yəhudilərin əleyhinə açıqlamalar vermişdi. Bu video internetdə yayılmış, sonra isə Diorakı işini və öz adını daşıyan markadakı hissələrini itirmişdi.


Nigar Etibar                     merkez.az

Комментариев нет:

Отправить комментарий