02.08.2012

Həbib Sahir

Esmira Fuad

Həbib Sahir 1903-cü ilin mayında Təbriz şəhə­ri­nin Sürxab məhəlləsində dünyaya gəlmişdir. Atası Mirqə­vam Məşrutə inqilabı zamanı həlak olmuş və 5 yaşlı körpənin tale qapısını yetimlik, öksüzlük adlı sitəm döymüşdür. Həya­tın ilk ağır zərbəsini alan Həbibin bu uğursuzluq bütün ömrü  boyunja sanki onunla birgə addımlamış, ağrı-acılarla dolu kədər­li yaşamının bünövrə daşını qoymuşdur. Çox-çox son­ra­lar xatirələrində belə yazırdı: «5 yaşına çatdım. Kəndimizdə fırtına qopdu. Atam bir payız gejəsi qonaq getdi, bir daha dsnmədi. Yetim qaldıq. Altımıza köhnə keçə saldıq, aclıq gördük, korluq çəkdik, böyüdük...».
O, ilk təhsilini mollaxanada alıb. Hələ 6 yaşı tamam olmayan Həbibi Boyat qəbiləsindən olan anası Fatimə xanım (Bunu şair sonralar ustad Şəhriyarın “Heydərba­baya salam” mənzuməsinə yazdığı nəzirəsində - “Məktəb xatirələri” poemasında da: Anam mənim ortaboylu bir xanım, Siyah saşlı, «Bayat» soylu bir xanım, - deyərək vurğulayıb...) məsciddəki molla məktə­binə gətirib və deyib:
«Axund, Həbibin əti sənin, sümükləri mə­nim». Mol­laxanada ərəbcə təhsil almağa başlayan balaja Həbib buranın sərt qayda-qanunları və mollanın əzazilliyi uc­ba­­tından bir çox çətinliklərlə üzləşir, lakin məhəllədəki «Sərdabə üstü» molla məktəbində molla­ba­jıdan ərəbjə dərs aldığından ərəb dilində yazıb-oxumağı şox tez öyrənir. «Mədaris-i Mötəmidə» və «Rüşdiyyə» məktəb­lərində ibtidai təhsil aldıqdan sonra, «Mədrəse-yi Mübarək-e Məhəmmədiyyə» liseyində ustad Şəhriyarla birgə oxuyur. Şairlə məktəbdən başlanan ünsiyyət və dostluğu sonralar ədəbi əlaqələrinin möhkəmlənməsinə də səbəb olur. 1925-ci ildə orta təhsilini bitirən Həbib fransız dilini mükəm­məl öyrənməyə başlayır. Çünki «Məd­rəse-yi Mübarək-e Məhəm­mədiy­yə»də təhsil alarkən mətin inqilabçı, görkəmli ictimai-siyasi xadim Şeyx Məhəmməd Xiyabaninin baş müavini, məşhur şair və inqilabçı Mirzə Təqi xan Rəfət onun fransız dili və ədəbiyyat müəllimi olmuş, qəlbində bu qədim mədəniyyət dilinə, şeirə, poe­zi­yaya, ümumiyyətlə, böyük ədəbiyyata dərin sevgi oyatmışdı. Çox-çox sonralar yazdığı “Məktəb xatirələri” poemasında o, ustadı olmuş nakam müəllimini, İran və Cənubi Azərbaycan ədəbiyyatında yeni, sərbəst şeir yaradıcılığı yolunda ilk cığır açan novator şairi “Əski ədəb xərabəykən quru yer, Tərvic etdi o ilk dəfə yeni şeir,”- deyə məhəbbətlə yad edir, yüksək dəyər verir:

O əkdiyi ağac el oymağında,
Çiçək açır bu gün Şiraz bağında,
Yeni şerin lap güllənən çağında:
Kimsə deməz Təqi Rəfət kim imiş?
Şeir yazan dərin hikmət kim imiş?
                                    
Hələ tələbə ikən gənc Həbibdə poeziyaya böyük həvəsi, şairlik istedadını görüb hiss edən T.Rəfət o vaxtlar Türkiyədə nəşr olunan «Sərvət-i fünun», «Ədəbiyyat-i cədid», «Rəsmli ay» kimi ədəbi-ictimai jur­nal­­ları ona çatdırırdı. O isə öz növbəsində sonsuz maraq və sevgi ilə Türk ədib və şair­lə­ri­nin, eləcə də Tofiq Fikrətin, Cəlal Sahirin yeni forma və məzmunlu əsərlərini oxuyur, Türkiyə ədəbi mühiti ilə tanış olurdu. Yüksək sənətkarlığı, yeni forma və məzmunu ilə həmin əsərlər gənj Hə­bi­bə güclü mənəvi təsir bağışlayırdı. Bu dərin təsirin nəticəsində Həbib Cəlal Sahirin soyadını özünə sevgi ilə soyad seçir.
Qeyd edək ki, dövrünün tanınmış novator şairlərindən olan Təqi xan Rəfət Təbrizdə «Təcəddüd» (ye­ni­ləşmə) adlı qəzet buraxırdı. Tələbələri isə onun şeirin forma və məzmununda yarat­dığı yenilikdən, yenilikçi fikir və düşüncələrindən ilham alaraq «Ən­cü­mən-i Rəfət» qəzetini yayımlayırlar. «Əncümən-i Rəfət»də şairin sevimli tələbələri Məhəmməd Xürrəm, Həbib Sahir, Təqi Bər­güzar, Yəhya Arianpur daha çox fəallıq göstərir, hətta «Ədəb» adlı yeni qəzet də buraxırdılar. Lakin Xiyabani hərəkatı şah qoşunları tərəfindən xüsusi amansızlıqla yatırıldıqdan sonra qabaqcıl qəzet və dərgilər bağlanır. Bütün bu haqsız­lıqlara, Xiyabaninin öldürülməsinə dözə bilməyən Təqi xan Rəfət Qızıl Dizə kəndində özünü asaraq intihar edir. Lakin sədaqətli tələbələri, o jümlədən, Həbib Sahir novator şairin yaradı­jı­lıq yolunu davam etdirirdilər. Sahir hələ «Məhəm­mə­diy­yə» mədrəsəsində təhsil alarkən fransız dilindən az-az tərcümələr edir, mətbuatda nəşrinə nail olur, fransız ədəbiyyatı ilə maraqlananlara bu ədəbiyyatla qismən də olsa, tanışlıq imkanı yaradırdı. Ancaq Xiyabaninin və müəllimi Təqi Rəfətin şəhid olması, onların faciəli taleyi Sahirin ürəyinə dərin yara vurur, ruhunu sarsıdır. Bu böyük kədər həssas gəncin əbədi qəlb ağrısına şevrilir və ilk qə­ləm təcrübə­sini, ilk şeirini də məhz alovlu vətənpərvər, mətin inqilabşı Şeyx Məhəmməd Xiyabaninin ölümünə həsr edir. Türkiyə­yə, türk ədəbiyyatına marağı isə səngimək bilmirdi. Bu bsyük maraq onu qardaş ölkəyə doğru çəkirdi. 1925-ci ildə orta təhsilini bitirməsi haqda lisey diplomu alır və bir müddət – 1927-ci ilədək Kürdüstanda kürd ağalarının uşaqlarına fars dili və ədəbiyyatından dərs deyir. «Xati­rələr»ində yazdığına görə, Kürdüstanda işlədiyi iki il müddətində az-çox Os­man­lı qızıl lirəsi top­layır və 1927-ci ildə «Rusiya-Bakı-Batum-Tif­lis» yolu ilə Türkiyəyə gedir. Burada «Dəbistan-i İraniyan»da fars dili və ədəbiyyatını tədris edir, eyni zamanda, imtahanlara ha­zırlaşır və İstanbul Universitetinin coğrafiya fakültəsinə da­xil olur. İstanbul ədəbi mühiti ilə yaxından tanışlıq Sahirdə dərin təbəddülat yaradır, dünyagörüşünün formalaşmasında mü­hüm rol oynayır. Burada Tofiq Fikrət, Nazim Hikmət, Cəlal Sahir, Yəhya Kamal, Ziya Paşa və İbrahim Şinasinin əsərlərini, eləcə də İstanbulda fəaliyyət göstərən «Ameri­ka­lıların klubu»nda fransız missioner­lə­rin­dən yeni fransız ədəbiyyatını öyrənir. Bu dönəmdə Sahir şeir yaradıcılığından fərqli olaraq mütaliəyə ciddi yanaşır və bədii ədəbiyyata daha şox vaxt ayırır. Ara-sıra şeirlər, İstanbul türkcəsində bir-iki qəzəl yazsa da, əsasən böyük fransız şairi Şarl Bodlerin yeni səpkili şeirlərini, həmçinin Lamartinin məşhur "Göl" poemasını Azərbaycan türkcəsinə tərcümə edir. Eyni zamanda böyük Sədinin “Gülüstan” əsərini, Hafiz Şirazinin qəzəllərini fars dilindən Azərbaycan türkcəsinə çevirir. Klassik şeir ənənələrindən fərqli, əruz vəznində türk dilində yazıb-yaradan Türkiyənin böyük novator şairi Yəhya Kamalın əsərlərini və fransız ədəbiyyatını o, daha çox oxuyurdu. Çünki bu əsərlər şairin ruhuna daha güclü təsir göstərir, qəlbində təlatüm yaradırdı. Gənc şairin Azərbaycana, onun bənzərsz təbiətinə sonsuz sevgisi, yurd təəssübkeşliyi diplom işində də özünü yansıdır. O, «İran Azər­bay­ca­nı­nın təbii coğrafiyası» adında dip­lom işi yazır və uğurla müdafiə edir. Beləliklə, Həbib Sahir Türkiyədə təhsilini başa vurur və 1933-cü ildə Təbrizə qayıdır. Maarif İdarəsinin təyinatı ilə Təbriz şəhər məktəbində müəllim işləməyə başlayır, coğrafiya fənnini tədris edir və şa­gird­lər üşün dərsliklər yazır. Sahir fitrətən şair doğulmuş­du, ədəbiyyat, poeziya vurğunu idi. Ana yurduna, xalqına və do­ğul­­du­ğu torpağa qırılmaz tellərlə bağlı olan şair Vətənini odlu məhəbbətlə sevirdi. Dərs dediyi şagirdlərə Ana dili ilə bərabər Azərbaycan ədəbiy­ya­tı­nı da dərindən öyrədirdi. Düşü­nür­dü ki, «Ana dili parlaq qızıl açardır, elmlərin xəzinəsin aşandır» ...Həssas şair elm­lərin xəzinəsinin açarı sandığı ana dili uğrunda bütün ömrü boyunca mübarizə aparıb. İnanıb ki, dilini qoruyan xalq, millət milli varlığını, kimliyini də qoruyub saxlayır və nə zamansa itirdiyi azadlığına qovuşur. «Dil günəşdir işıq saçır, Azadlığa qapı açır... Bizim türkü şirin dildir, xoş sədalı, zəngin dildir» - deyən Həbib Sahir üçün yad dil, özgə dil qulağa xoş gəlsə də, boyunduruqdur, boyunduruq isə xalqı gec-tez boğar, keçidlərdə pusqu qurmuş bir quldur kimi var-yoxunu soyar.” Özgə dil xalqın başı üstündə sanki bir cəhənnəm kölgəsi, ölüm kabusudur, hər boynunu üzməyə hazır durmuş cəllad qılıncıdır:

Bizə yad kabusu bax, kölgə salıb,
Bu ölümdür, bu ölüm kölgəsidir!
Yad dili olsa da xoş səsli, yenə
Bizcə ərbab səsi, cəllad səsidir...

1936-cı ildə Təbriz Maarif Nazirliyinin qərarı ilə Sahirin «Coğ­ra­fiye-yi Xəmsə» adlı dərsliyi Zəncanda nəşr edilir və mükafata layiq görü­lür.
1945-46-cı illər inqilabı, 21 Azər hərəkatı şairin həya­tında, dün­ya­görüşündə bir oyanma, intibah yaradır. S.C.Pi­şə­vərinin hakimiy­yə­ti dövründə «Ana dili» dərs kitabını yazır, mətbuatda ciddi məqa­lə­lərlə «Aydın» imzası ilə çıxış edir. Ədəbi yaradıcılıqla da fəal su­rət­də məşğul olur, lakin Şahlıq səltənətinin qoşunları Azərbaycanın qüdrətlənmə­sin­dən ehtiyatlanan xarici havadarlarının köməyi ilə xalq hərəkatını qan dənizində boğur və fədailər hakimiyyəti iti­rir­lər. Milli Hökumət devrilir. Cənubi Azərbaycanda irtica dövrü başlanır. Bu hadisə Həbib Sahirin də dünyasını qaraldır, ürəyini məngənə tək sıxır. Lakin və­tən­daş şair müəllimlik fəaliyyətini davam etdirir, gələcək nəslə tarixin ibrət dərslərini anladır, ana dilini şagirdlərinin beyninə həkk etdirirdi. Bu isə mövcud şahlıq üsuli-idarəsinin, fars şovinistlərinin əsla xoşuna gəlmirdi. Məktəbyaşlı uşaqların-şagirdlərin doğma türkcəni öyrənərək milli ruhda böyüməsi gələcəkdə onların milli hüquq və haqlarını tələb etməsi ilə nəticələnəcəkdi. Ona görə də mövcud irticaçı rejim hökmranlığını saxlamaq üşün bütün mümkün vasi­tə­lər­dən istifadə etməklə bu oyanışın qarşısını almağa çalışırdı. Odur ki, Həbib Sahir haqqında hökm çıxarılır, şair Ərdəbilə sürgün edilir, burada «Sə­fə­viy­yə» məktəbində müəllim işləyir. Uşaqlara Azər­bay­can dilində dərs deməsi, doğma türkcədə danışması, verilən xəbərdarlıqlara əhəmiyyət verməməsi, ona yeni sürgün hə­yatı yaşadır. Şair Ərdəbildən çıxarılaraq Qəzvinə göndərilir. Yenə də ustadı T.Rəfətin yoluna və öz əqidəsinə sadiqlik göstərir. Nəticədə haqqında üşüncü dəfə sürgün hökmü çıxarılır. Mazandarana-Sariyə göndərilir. Lakin burada mal­yariya xəstəliyinə tutulduğundan ge­ri­yə–Qəzvinə qay­tarılır. Yaradıcılığının, ədəbi fəaliyyətinin ən məhsuldar dövrü bu illərə (1933-1946) təsadüf edirdi. Əfsus ki, höku­mət xəfiyyələri «Aydın», «Ülkər», «Ağ» kimi gizli imzalarla yazıb-yaradan şairdən şübhələnirlər və onu doğma şəhə­rin­dən, qaynar Təbriz ədəbi mühitindən ayırırlar. Dərdli şair sonralar yazırdı: «1941-1946-jı ilin payızına qədər məndə şairlik dövranı başladı. Ana dilində bollu-bollu şeir, hekayələr yazdım... muzdumu aldım.. 1946-cı ilin qışında mədrəsədən qovuldum! «Günahım» bu imiş ki, ana dilində şeir və hekayələr yazırdım. Bir müddət sonra məni Ərdəbilə sürgün etdilər. Orada nəzarət altında olub «Səfəvi» məktə­bində dərs deyirdim. Ərbəbildə 3 il yaşayandan sonra «güna­hımı» bağışlayıb Qəzvinə göndərdilər. Qəzvində tam 13 il yaşadım, sonra Tehrana ksşdüm»... Həbib Sahir, nəhayət, 1946-cı ildə, 43 yaşında ikən evlənmək qərarına gə­lir və ağır sürgün həyatını yalqız deyil, ömür-gün yoldaşı Nüsrət ül-mülk Nuri xanımla birgə yaşayır. Uzaq ellərdə sürgünlüyə məhkum edilməsinə baxmayaraq şair bircə anlıq da olsa, doğma Təbrizi, doğulduğu torpağı, bətnindən qopduğu xalqını unuda bilmir, uçan quşlardan, əsən yellər­dən o yerlərə peyğam, salam göndərir, çəkdiyi qürbət acı­la­rı, ayrılıq həsrəti, hicran duyğuları qəlbindən yazdığı şeirlərə, mis­ra­lara süzülür:

Şəfəqlərdə uçan axşam quşları,
Məndən salam deyin gözəl Təbrizə.
Qatar ilə gedən Vətənə sarı,
Arxadaşlar! Bir baş vurun da bizə.

... Duman çöküb üfüqləri qaraltdı,
Mənə qürbət bir cəhənnəm yaratdı...
Xəzan yeli baxçamızı saratdı,
Daha nələr deyim? Dostlar mən sizə...

Sürgün həyatı Həbib Sahirin əsərlərindəki lirik-romantik əhvali-ruhiyyəyə aydın duyulan kədər, qəm notları şskdürdü. Onun dibsiz, sonu görünməyən Vətən eşqi, bsyük Təbriz sevgisi daha da alovlanır. Digər bir şeirində-dörd misralıq dübeytisində bağçada bitən nərgizə bənzətdiyi Təbrizə salam gsndərir, lakin bu dsrd misralıq şeirdə də bütün ömrü boyu tərəfində durduğu, haqlarını müdafiə etdiyi məzlum insanları, əziyyət şəkən, yay-qış isti-soyuq bilmədən işləyən işçilərin, bu fasiləsiz qul əməyinin müqabilində bir komaya belə sahib ola bilməyən evsiz-eşiksizləri, yurdsuz-yuvasızları da unutmur:

Salam olsun Təbrizə,
Bağda açan nərgizə,
Əkinşiyə, işsizə,
Yurdsuzlara, evsizə.

Diqqət şəkən odur ki, şairin əsərlərindən bütün əzəmətilə görünən böyük Vətən məhəbbəti onun digər sevgilərini üstələyir. Bir anlıq düşünürsən ki, Sahirin doğma yurd sevdası fərdi, adi insana olan sevgilərdən çox-çox ucadı və o, bu qutsal sevgi - Azərbaycan uğruna gözünü qırpmadan ölümə gedə bilər... Qəlbində bu bsyüklükdə sevda daşıdığına görə də qoyulan qadağalar, Vətəndən uzaqlaşdırılması, sürgün və təqiblər onu zərrəcə qorxutmur, ana dilində yazıb-yaratmaqdan, bənzərsiz şeir incilərini qələmə al­maq­dan çəkin­dir­mir. Daha böyük əzm və qüdrətlə lirik şeir və hekayələr yazmağa davam edir. Müxtəlif vaxtlarda «Sayəha» (Kölgə­lər), «Əfsaneyi-şəb» (Gecənin əfsanəsi), «Şəqayiq» (Addımlar), «Xuşəha» (Sevinclər) və «Əsatir» (Mif), «Lirik şeirlər», «Seçilmiş şeirlər» (2 cilddə), «Kal meyvələr», «Köv­şən», «Səhər işıqlanır» adlı şeir kitabları işıq üzü görür. Bu kitablar­da toplanmış bədii əsərlərdə tənqid motivləri, real həyatdan, şahlıq üsul-idarəsinin cinayətlərindən, mövcud rejimin əda­lətsizliklərin­dən, xalqın ağır günlərindən, ağrı-acılı yaşayı­şın­dan şika­yət­lənmələr olsa da, əsasən Vətən mülkünün al-əlvan mən­zə­rələri, ana təbiətin əsrarən­giz gözəllikləri, Azərbaycan xalqının qayğılarla dolu kənd həyatı, əməkçi insan bədii-poetik boyalarla, obrazlı şəkildə vəsf olunur. «Səhənd dağı», «Arzu», «Şerin dili», «Bəy və şair», «Mahnı», «Arazın suyu», «Kənd mahnıları», «Salam», «Səhəndə sarı», “Şeir pərisi”, “Həyatdır axar çeşmə”, “Sevgilim” adlı şeirlərində şairin bütövlükdə yaradıcılığına xas olan dərin lirizm, romantik üslub, doğulduğu, boya-başa çatdığı yurda, el-obaya böyük məhəbbət, od­lu sevgi qabarıq şəkildə əks olunmuşdur. Sahir «Səhənd dağı» şeirində başı qarlı, dumanlı, şanlı-şövkətli Vətən dağının el-obanın da­ya­ğı, istinad­gahı, sığınacağı olmasından qürur duyur və bu düşüncələrini fərəhlə nəzmə çəkir. Şeirdə Azərbaycan kəndinin və kəndlisinin həyatı aydın boyalarla canlandırılır. Kənd ca­ma­atı, elat yay aylarında yaylağa çıxır, bu məğrur, qüdrətli dağın ətəklərində çadırlar qurur, çobanlar qoyun-quzu sürülərini laləli düzlərə, yamaclara yayır, qadınlar qış tədarükü görür, hər tərəfdən qoyun-quzu mələşməsi, uşaqların şən qəhqə­hələri, çal-çağır səsləri eşidilir, bir sözlə, həyat qaynayır:

Gəlin qurun çadırları, buraxın,
Otlasınlar otlaqlarda at, qoyun.
Uşaqları buraxınız gəzsinlər,
Od yandırıb qaranlıqda toy tutsun!
Sizin üşün yamacları bəzəyib,
Gözəl quşlar bəsləmişəm Sizlərə
Çıraq kimi qızıl lalə yandırıb,
Yaşıl xalı döşəmişəm hər yerə...

Sahirin lirik-romantik şeirlərində oxucu ana torpağa, təbiətin ecazkar gözəlliklərinə vurğun, romantik, xəyal­pər­vər bir şairlə – gözəllik aşiqi ilə qarşılaşır. Bu bədii lsvhələr, lirik ricət və təsvirlərlə süslənmiş, sanki həzin bir musiqi və incə rəssam təbi duyulan şeirləri şair əsasən gənclik dövründə, 1946-cı ilədək qələmə almışdır. Ancaq istər təbiət gözəlliklərindən, istərsə də insanın daxili, ruhani dünyasının özəlliklərindən, zənginliklərindən yazsın, fərqi yoxdur, Həbib Sahir bütün yaradıcılığı boyu yeni şeir ənənələrinə sadiq qalır, əsərlərini daha çox sərbəst vəzndə qələmə alır. Onun əruz vəzninin qoyduğu məhdudiyyətlərdən sıçrayaraq çıxdığı qəlibsiz, çərçivəsiz şeirlərindəki azadlığını, bədii fikrinin, şahə qalxan duyğularının ifadəsindəki sərbəstliyini və oxucu ruhunu oxşayan dərin şeiriy­yətini dövrünün ədəbiyyat biliciləri də yüksək qiymətləndirmiş və təqdir etmişlər. Məhəmməd Rza Rafipur “Həbib Sahirin novatorluğuna bir nəzər” məqaləsində yazmışdır: “Sahirin poeziyası məşrutə dövrünün poeziyası və Nima Yuşicin müasir şeirləri arasında bir ksrpüdür.” Hüseyn Sədiq isə şairin hansı dildə, vəzndə və üslubda yazmasından asılı olmayaraq onun bsyük ruha sadiq qaldığını, kskündən və tarixindən qopmadığını vurğulayır və konkret fikir ssyləyir: “Farsdilli poeziyasında da Sahirin sırf Azərbaycan şairi olduğu görünür (“Həbib Sahirin novatorluğuna bir nəzər”, Peyk azəri, 1370, isfənd ayı, s.44).” Bir sıra tədqiqatçılar sərbəst vəzndə yazıb-yaradan Sahiri, haqlı olaraq, Cənubi Azərbaycan ədəbiyyatında «Sərbəst şeirin atası» adlandı­rırlar. Güney Azərbaycanın gsrkəmli ədibi Gənjəli Səbahi Həbib Sahirə həsr etdiyi «Dərin duy­ğular şairi» adlı məqaləsində isə onun böyük sənətinə, dərin romantizminə, insanın iliklərinə işləyən əfsunlu lirizminə heyranlığını ifadə edir: «Bədii təbiət təsvirləri ilə bəzənmiş şeirlərini gənclik dövründə qələmə almasına baxmayaraq, burada Sahir mahir bir qəvvas kimi dənizin dərinliklərinə cumaraq söz incilərini toplamış, məharətlə xəyal pərilərinin tellərinə düzmüş, ana təbiətin füsunkar gözəlliklərini vəsf etmişdir. Şeirlərini oxuduqca insan özünü bir rəssamın yaratdığı bənzərsiz tabloların qarşısında hiss edir. Şairin yaradıcılıq qüdrəti adamı heyran edir. An­caq tamaşadan doyub məna axtarırkən istər-istəməz daxi­lin­də bir sual baş qaldırır: - Məgər sənət sənət üçündür? Yaradılmış əsərlər tamaşa üçünmü yaradılır?» G.Səbahinin fikirləri və Sahirin poeziyasındakı dərin şeiriy­yətə heyranlıqdan doğan sualları maraqlı, həm də düşündürücüdür. Axan suların laylaya bən­zər şırıltısını, əsən yellərin yaşıl zəmiləri hərə­kətə gətirməsini, ay işığının buludlar arxasından boylanaraq dumduru, gümüş sularda əks olunmasını, çəmənlərdə ətir saçan güllərin eşqi ilə cəh-cəh vuran bülbüllərin avazını, hətta süsərilərin cingiltili səslə ötməsini, dağları, dərələri, yaşıl ormanları və s. yüksək poetik ustalıqla təsvir edən şair oxucuda öz torpağına, ana təbiətə, boya-başa çatdığı el-obaya, bətnin­dən qopduğu xalqa məhəbbət, sözün əsl mənasında, böyük sevgi aşılayır, qəlbində lirik, kövrək duyğular oyadır. Hər bir incəsənət əsərində kamil bədii gözəlliklə yanaşı dolğun məna, sərrast fikir də ifadə olunma­lı­dır. İncə, zərif hiss və duyğularını, ideya və məqsədlərini öz əsərlərində əks et­di­rən şair, yazar bədii təsvir vasitə­lərindən həmin ideya və məq­sədlərin, fikirlərin daha təsirli, daha sirayətedici ifadə olunması üçün yerli-yerində istifadə edir. Həbib Sahir məhz bu yaradıcılıq yolu ilə inamlı addımlar ataraq yüksək bədii dəyərə malik orijinal əsərlər yaratmışdır. Təbii ki, onun əsas motivi ana təbiətin gözəlliyi, varlığın, həyatın sirləri, qəribəliyi, anlaşılmazlığı olan lirik-romantik səpkili şeirlərində təkrar­sız bədii lövhələr, lirik ricətlər və ecazkar təbiət mənzərələrinin bədii təsviri ilə yanaşı, xəyali surətlər, obrazlar da özünəməxsusluğu ilə diqqəti cəlb edir. Şairin şeirlərinin əsas mövzusunun isə Vətəninin, Asərbaycan təbiətinin təkrarsız gözəlliyi, möcüzəli təbii mənzərələri və bu gözəlliklərin qoynunda, əsrarəngiz mühitdə soydaşlarının çarəsiz bir durumda, taleyə boyun əyərək yazıq-yazıq yaşaması olduğu görünür...
«Çöl yollarında» və «Şeir pərisi» kimi şeirlərindən gətir­diyimiz nümunələrdə həm də şairin masmavi, cazibədar xəyal dünyası yansıyr:

Xəyal  rəngli bir pərdədir, mərmuz, gözəl bir cahanın,
Əsrarəngiz gözəlligi o pərdədə çiçək açar...
Bir üfüqdür füruzə rəng, bəzəmişdir şəfəqləri...
Mavi, dərin asimandır, ondan doğan məhitablar.

«Şeir pərisi»ndə Həbib Sahir oxucusunu yaz günəşinin batması ilə ətrafa çökən toranlığın yaratdığı hüznlü bir səssizlikdə, qərib axşamlarda şair qəlbində baş qaldıran romantik duyğularla baş-başa qoyur:

Gün batarkən qızıllı xəyallarda,
Gül açardı yazın gözəl axşamı.
Uzadardı mənə şerin pərisi
Şərab ilə dolu altın bir camı...

Ay doğarkən kölgələnmiş sularda
Ayın gümüş işıqları titrərdi...
Dağ çiçəyi verən nazlı qız mənə...
Şərab ilə dolu bir cam verərdi.

Yaradıcılığının ilk dövründə Sahirin bəzi lirik-romantik şeirlərin­də hətta bir pessimizm, ümidsizlik, gələcəyə inam­sızlıq, bədbinlik notları da aydın duyulur. Şair sanki ona acılar yaşadan, arzularını solduran həyatla vidalaşmaq istəyi duyulur:

Yat bu viranədə, həsrətlərə qatlan, gülmə!
Gülmə! Solsun ürəgində aşılan lalələrin,
Ki sönsün o günəş rəngli, o xoş zülfi-tərin...

Lakin «Gülmə!» şeirindəki bu küskünlük, ümidsizlik, çətinlik və səfa­lət, yoxsulluq içində keçən ağır həyatdan doğan ruh düşkünlüyü, dünyanı tərk etmək - ölüm arzusu «Son söz» şeirində daha da qabarıqlaşır:

Nə söyüd kölgəsi altında, nə çay nəzdində,
Nə yaşıl bağlar içində məni basdırma, sakın!
Və nə mərmərdən olan bəqədə həbs eylə məni,
Qoy göy altında yatım, bir dərədə dağa yaxın!..

İlk baxışdan şairin bədbinliyi, kədəri fərdi, subyektiv təsir bağış­la­yır. Lakin digər əsərlərinə nəzər saldıqda bu kədərin fərdilikdən çıxdığının və ümumən, onu yetirən xalqın, başı müsibətlər, bəlalar çəkmiş millətinin dərdi, kədəri olduğu dərk edilir. Və incə duyğulu, həssas ürəkli şair ilk dsvr yaradıcılığında aydın şəkildə gsrünən xəyal dünyasında, bədbin, pessimist hisslərin təsir dairə­sin­də uzun zaman qalmır, ictimai romantizmə yönəlir, düşüncələrində, həyata baxışında təbəddülat yaranır və real aləmə, gerçək dünyaya qayıdır. təbiətin gszəlliyi, varlığın sirri, qəribəliyi, anlaşılmazlığı ana motiv kimi özünü qabarıq şəkildə gsstərirdi. «Kov­şən» kitabına yazdığı etirafda bu qayıdışı səmimi dillə ifadə edir. «Bir tərəfdə təsəvvüfün rəmzli dünyası, bir tərəfdə isə günəşlə parlayan real aləm gsrdüm. Atımı işığa sürdüm. Mahnı söylədim. Şeir yazdım. Yazdım-pozdum. Yadlar məni dandılar. Ellər məni an­dılar, Alqışladılar. Mən yolumu tapmışam! İşıqlı aləm ordadır. Şən günlər, azad illər ordadır. Dünya belə olmalıdır». Dünyanın, əsl həyatın onu yetirən xalqın, elin-obanın qoynunda, şad günündə onunla bir sevinib, kədərli vaxtlarında da bir qəmlən­məkdə olduğunu dərk edir. Artıq Sahir xəyalında canlan­dırdığını deyil, görüb müşahidə etdiklərini, real həyatı bədii boyalarla əks etdirməyə başlayır, gerçək həyat hadisələrini, tarixi keçmişi şeirə, poeziyaya gətirir, xalqın dərdlərini söyləyən dilinə şevrilir:

Şair qoşdu günə sarı,
Odda görüb xalqı yandı,
O günədək görmədiyi
Bir şox şeylər görüb qandı,

-deyir və yeni həvəslə «qandıqlarını» vəsf etməyə girişir. «Dədə Qorqud» das­ta­nında Buğac boyunu nəzmə çəkir, Məşrutə inqilabına, Xiyabani hərəkatına, 21 Azər hərəkatına poetik münasi­bə­ti­ni bildirir. Onun romantik bir dillə təsvir etdiyi varlıq yaşa­yan, eşidilən və duyulan obrazlara çevrilir və yaddaşlarda qalır. «Biri şiə, bir sünni, Belə millət, sənə zillət»- deyərək xalqın arasında dini məzhəb ayrı-seçkiliyi salan simasız din xadimlərini, səbəbkarları lənətləyir. Sahiri ən çox se­vin­dirən, ruhunu qanadlandıran, yaşamaq, ya­zıb-yaratmaq həvəsini gücləndirən, ilhamına qol-qanad verən 21 Azər hərə­ka­tı­nın qələbə çalması, Gü­ney Azərbaycanda Xalq Demokrat Firqəsinin qələbəsi və S.C.Pi­şə­vərinin Milli hökumətin başına gəlməsi, Vətənin səmasında azadlıq günəşinin parlaması olmuşdur:

Qorxma! Bu mavi göy altında yanan al günəşim,
Və üfüqlərdə gülən al şəfəqin sönməyəcək...
İlk baharın açacaq gül, ötəcək bülbüllər,
Dünyamız bir də bu aləmdə xəzan görməyəcək...

Lakin azadlıq günəşinin üzərini qara buludlar şox tez alır. Azadlıq günəşi qan dənizində boğulur. Yenə zin­dan­ların dəmir barmaqlıqları xalq fədailərini üzünə aşılır, təqiblər, sürgünlər, ölümlər başlanır. Şahın quldur dəstələri xalqın yurd-yuvasını da­ğıt­dı, azadlıq nəğməsi oxuyan ağızlara qıfıllar vuruldu, el-oba­nın azadlığı çalındı, dili yasaq edildi, milli qürur tapdalandı. Sahiri inqilabın qələbəsi nə qədər sevin­dir­miş­disə, məğlub edilməsi də bir o qədər sarsıtdı. Bədbəxtliyə dü­çar edilmiş ellərin dərdinə «Vətən matəmində» şeiri ilə ağı dedi. «Söylə, tanrı» şeirində Ulu tanrıya üz tutub viran edilmiş yurdların, günahsız axıdılan qanların, el içinə salınan ayrılıq, aclıq, nifağın  səbəblərini sorur, vətəndaş yanğısı, kədəri və narahatçılığı ilə baharın bir də ellərin bir də üzünə nə vaxt güləcəyini bilmək istəyir və ən azından buna ümid edir:

Söylə tanrı! Köçüb gedən ellərin,
Bu dünyada bir də üzü güləcək?
Gələcəyə şirin ümid bəsləyən
Könlümüz də aşajaqmı gül-şişək?
Viranə də susacaqmı bu bayquş,
Verəcəkmi bahar dünyaya bəzək?

«Sürgün» poemasında, “Firidun İbrahimiyə”, “Basqın”, «Kənd mahnıları», «Yurd mah­nı­sı», «Atlıların», «Yoldan kənar», «Gecə keçmiş yarıdan», «Məndən sa­lam deyin gözəl Təbrizə», «O taya», «Mahnı», «Haram olsun», “Sazaq əsdi”, “Bir toxucu qıza”, “Axşamçağıdır”, «Xəzanlar» kimi şeirlərində Vətən və xalqı­nın pərişan, kədərli halı­nı, dağılmış evlərin, söndü­rülmüş ocaqların nisgilini, düşmən atlarının tapdağından qaçıb can qurtarmış, qürbət ellərə pənah apar­mış, sürgünə göndə­ril­miş insanların faciəsini yana-yana qələmə alır. «Xəzanlar» şeiri sanki bir tarixdir, bir payızda qələbə çalıb bir payızda ağır məğlubiyyətə uğradılan bir elin romantik əsalətlə təsvir edilən tarixidir... Arzularının qanadlarında xoşbəxtliyə qovuşduğuna inanan, bu xoşbəxtliyin dadını heç bir il də dadmağa aman verilməyən, xəyanət burulğanında boğulmağa məhkum olunan, böyük, şərəfli tarix yaşayan bir xalqın qırılan inamlarının, ölən arzularının tarixinin bu dərəcədə parlaq və aydın, öləsiyə kədər və hüznlə bədii poetik əksi ədəbiyyatda nadir hadisələrdəndir: 

Bir xəzanda yetim qaldıq,
Bir xəzanda
            Sevdalandıq...
Bir xəzanda alovlandıq.
Ən nəhayət, xülyaların havasından qa-
                                               nadlandıq...
            Bir xəzanda parlaq qızıl günəş doğdu,
            Bir xəzanda bulud gəlib günü boğdu...
            Anlayarkən xəzanları zaman bizi qovaladı
            Gəldi zaman, keçdi zaman, Ayrı düşdük
                        yurdumuzdan...
            Həsrət qaldıq sərin-sərin bulaqlara,
                                               gül-çiçəkli otlaqlara.
            Zaman keçdi, biz quruduq
susuz qalan  ağaclar tək,
Təravətdən saldı bizi,
 Bilməm qürbət?
Yoxsa fələk?

Şairin obrazlı şəkildə “Xəzan” adlandırılan payızın simasının, solan və ölən xəzan yarpaqlarının bir rəssam tək sözlə bu dərəcədə dəqiqliklə və yüksək lirik-poetik dillə  sanki rəsmini şəkməsi də bənzərsizdir. «Xəzanlar» şeiri ilə tanış olan oxucu payızda xəzan dövrünü yaşayan yarpaqların sevda rəngini, həsrət rəngini, tutqun, tozlu, hətta qürbət rəngini belə yalnız onun görə bildiyini düşünür, yel əsərkən yarpaqların yağış tək yağdığını, slgünləşdiyini, sanki bir mətnin nəqqaşına döndüklərini, lacivərdə, qızılı günəşin odlu şəfəqlərində min bir rəngə boyandığını o duyub, o görüb, o müşahidə edə, şair fəhmi ilə təhlilini verə bilər! Sahir üşün payız da, xəzan da qızılı rəngdə deyil, həsrət, qürbət rənglidir, “yaslı”dı, “qəmlidi”, “qanlı payız”dı...
Yuxarıda qeyd etdiyimiz kimi, 1946-cı ildən Sahir də sürgün həyatı yaşamağa məhkum edilmiş, bu ellərdə yaz­dığı əsərlərdə qürbətdə aydınlıq, həsrət odunda yanan dərd­daş­ları kimi, gecələr gözünə yuxu getmədiyini, yollara baxmaqdan göz­lə­rinin kökünün saraldığını, şoxla­rının tale ulduzunun ssn­mə­sin­dən və qız-gəlinin matəm libasına bü­rün­məsindən doğan böyük kədərini, hicran əzabını qələmə almışdır:

Qovuldum ah, vətənimdən, elimdən,
İllər boyu nələr gördüm, nələr mən.
Daşdan daşa dəydi başım qürbətdə,
Möhnət oldu yar-yoldaşım qürbətdə...
Su başından bir gün keçdim sübhçağı,
Gördüm sönüb xalqın odu, ocağı.
Qaçıb getdim o cəhənnəm odundan.
Gördüm bütün yerdə ölüm, atəş, qan!

Sürgün olunduğu kənddə onu qonaq edən ev sahibə­sin­dən ərazidə neçə evin olduğunu soruşduqda, gəlinin verdiyi cavab şairin dərdinin üstünə dərd qoyur, kədərini daha da artırır:

Axtarma sən, qonaq, adam bu kəndə,
Qorxudurdu ərbab bizi hər gejə,
Ölüm döyür qapımızı hər gecə!
Kök salıbdır qonaq, şeytan bu kətdə!

Lakin təkcə sürgün olunduğu Ərdəbil, Qəzvin, Mazandaran-Sayə de­yil, bütün ellər bu vəziyyətdədir, hər yerdə xalq aclıq, səfalət, yoxsulluq içindədir.

Hər yer göy ot, hər yer şişək,
Türkmən səhra burasıdır.
Əli xəmirli, qarnı ac
İnsanların obasıdır...

Ustad şair mövcud şah rejiminə qarşı mübarizə aparmaqla yanaşı, geriliyə, mövhumat və xurafata, ehkamçılığa, dərvişsayağı yaşama qarşı da çıxış edərək Güney Azərbaycan türklərini azad, dövrlə, zamanla ayaqlaşan çağdaş bir millət olmağa, türrahata uymamağa çağırırdı. Ona görə də farsca yazan bir sıra Azərbaycan şairlərini kəskin tənqid edir, “Yada qul ol, dərdə alış, farsca danış... Əsirliyi, dərvişliyi təlqin elə uşaqlara, İnansınlar türrahata... deyərək onların qul psixologiyasına uyğunlaşmalarına etirazını bildirirdi. Həbib Sahir "Mən əsir ellərimin şairiyəm" şerində də təhsilli, savadlı Güney Azərbaycan ziyalısının uğradığı  milli faciələrdən bəhs edir, Azərbaycan türklərinin acı qədərinə, alın yazısına etiraz bildirirdi. Kədərli şair azad elin şairi olmaq, heç bir basqı, təzliqlə üzləşmədən ana dilində azad, sərbəst yazıb-yaratmaq istəyirdi:
Binəhayət bu göyün altında

Bizə bir qübbeyi-füruzə də yox.
Yanar əflakda minlərlə çıraq
Bizə bir şam, bir avizə də yox.
Bu qədər ulduz arasında bizə
Yeddi gsylərdə bir ulduz yoxumuş.
Öldülər quşlar aləmdə məgər,
Bizə çatdı o ağlar Bayquş
Qovalarkən məni hər gün möhlət
Qapımı döymədədi hər gecə qəm
Hamı azadə elin şairi var
Mən əsir ellərimin şairiyəm...

Azərbaycan Milli Hökuməti devriləndən sonra şah rejiminə qulluq edən Azərbaycan türklərinin vəziyyətə uyğunlaşmaları ilə heç cür barışmayan şair “Xarabazar eylədi Od diyarını, əfsus, Quru və isti diyardan axıb gələn ordu. Elim əsir oldu,  oymağım köçüb getdi və farslaşan ağalar satdılar gözəl yurdumu,- kimi fikirlərin geniş yer aldığı şeirlər yazaraq mövcud duruma qarşı kəskin etirazını bildirirdi. İlin dörd fəslinə həsr etdiyi «Yay», «Yaz», «Payız», «Qış» adlan­dırdığı şeirlərində də Sahirin ürək ağrısı ilə təsvir etdiyi Güney Azərbayjan kəndlilərinin ajınajaqlı güzəranı, şətin həyat şəraiti dəyişmir. Əlinin zəhməti ilə becərdiyi məhsuldan kəndlinin özünə pay düşmür, bütün­lüklə ərbabın, mülkədarın anbarına dolur. Qışın oğlan çağında da, payızda tarlalarda, bağ-bağçalarda məhsul aşıb-daşanda da kəndlinin süfrəsi boş, çörəyi yavandır. Nə qədər təp töküb, tarlalarda can çürüdüb məhsul becə­rsə də ərbaba, mülkədara borcunu verib qurtara bilmir, əksinə, ildən-ilə borc üstünə borc gəlir:

Heydər baba, kəndli cana borcludur;
Bilmirsən ki, borclu namərd quludur!
Tüstülərsə onun bu gün ocağı
Borca gedər sabah qabı-qacağı...

Vəziyyət nə qədər ağır, acınacaqlı olsa da, Sahir artıq bədbinliyə, pessimizmə qapılmır. Ürəyində xal­qın, Vətənin gələ­cə­yinin aydın, işıqlı olacağına ümidi sön­mür. Düşünür ki, əgər xal­qın igidləri hələ də yaşayırsa və bu igidlərin təpəri, qeyrəti, əli qələmli yazarı varsa, yurdumuz başqa oymaqların işində əri­məyəcək, ana dilimiz assiml­ya­si­ya­ya uğramayacaq. Hə­yatın yaxşılaşacağına ümid bəsləməyə də­yər, gec-tez azadlıq günəşi Vətən səmasında təkrar parlaya­caq­dır!

Şair yenə şeir yazar el üçün,
Qarlar ərir çaylar üçün, sel üçün.
Boz buludlar göyün üzün tutammaz,
Özgə oymaq yurdumuzu udammaz...

“Firidun İbrahimiyə”, ”1945-ci ildə”, ”Basqın”, “Qovala düşmənləri”, ”Vətənin matəmində”, “Qanlı payız”, ”Tərəhhata inanma”, ”Otur evdə”, ”Qar yağıb üstümə”, ”Mahnı”, ”Basqın”, ”Yurd mahnısı” və s. şeirlərində isə üsyan, kəckin etiraz, çağırış var.  ...Şair dəryalarca çayları olan el nədən susuz qalmalıdır, nəsimin-mehin qaynağı olan bir yurdun üzərindən niyə qara yellər əsməlidir, nə üçün bu xalq öz cəvahirini bir saxsıya satmalıdır, niyə bunca qara günlər, əsarət mənim xalqımın alnına yazılmalıdır, dünya gülüb-güllənərkən, niyə bizim bağın gülləri solmalıdır?- kimi suallara cavab axtarır və həmin sualların konkret cavabıın tapır: - Qəflət, cahillik, əsarət buxovları-polad zəncirlər...

                                               Əsarətdə yaşadığın,
Keçmişlərin qəflətidir,
                                               Yetər zindan...yetər zəncir,
Zindanı yıx! Zənciri qır!

Və şair hər gün xalqının qapısından işəri girən aclıq və ölümün əsas səbəbkarını da müəyyənləşdirir, ona poetik sözün imkanları ilə ”Vətənin matəmində” şeirində özünə layiq formada don biçir, xalqına: - Evini yıxanı, düşmənini tanı, - deyir, ölkəsinin milli satqınlarını - əmirləri qanadları altına almış böyük düşmənin - imperializmin mənfur simasını açır:

Görürkən qırmızı gün söndü,
İmperializm gülüb sevindi...
İmperializm bizə nə verdi?
-Fəlakət, aclıq və qara gün.
Qan izlərinə bax, bir düşün,
Tanı düşmənini, ilanı!
Sənin əməyinlə bəslənmiş
“Parazit”in ət və qanı...

Həbib Sahir xalqının böyük və keşməkeşli, ağır taleyini bədii sözün gücü ilə yazan çağdaş Güney Azərbaycan poeziyasının ən qüdrətli nüma­yən­­də­lə­rin­dəndir. O, lirik-romantik duyğular şairi, müasir və klassik şeir ənənələrini yaradıcılıqla davam etdirən, həm xalq ruhunda, həm də yeni üslubda, sərbəst vəzndə uğurlu əsərlər yazıb-yaradan görkəmli qələm ustası kimi tanınmışdır. Həbib Sahir şeirin texnikasını, qayda-qanunlarını, tələblərini bilən, modern və klassik şeir ənənələrini təsəvvüf və rəmzlər sistemini dərindən mənimsəmiş ustad sənətkardır. O, az sözlə daha böyük, daha çox məna ifadə etməyi, ana dilimin zənginliyindən, şifahi xalq ədəbiyyatı xəzinəsindən yüksək sənətkarlıqla bəhrələnməyi bacaran qüdrətli şair, söz ustasıdır. Mükəmməl poetik obrazları, bitkin bədii təsvirləri, orijinal peyzaj və mənzərə sistemi onun böyük məhəbbətini, insana yüksək humanist duyğular, bəşəri hisslər, vətənpərvərlik ruhu aşılayan gözəllik və sevgi dünyasından xəbər verir. Sahirin şeirlərindəki son dərəcə uğurlu bədii ümumi­ləş­dirmələr, orijinal təşbeh, epitet və metaforalar təzad, təklif və oksimaronlar bədii-emosional təsir gücünü artırır, onun yüksək müşahidə qüdrətini, hər birimizin baxdığı, lakin görə bilmədiyi həyat hadisə­lərinə əsil şair baxışı, şair yanaşması, təhlilidir...
Sahir güclü bədii təsvir və portret ustasıdır və bütün yarat­dıqları məhz böyük Azərbaycana odlu sevgisini hayqırır. O, Ana dilini də obrazlaşdırır, Vətəni də, ana təbiəti də. Lakin şairin sevərək yaratdığı bu müqəddəs obrazlar silsiləsindən Ana obrazı daha təsirli və yaddaqalandır. «Məktəb xatirələri» və «Nərgiz» poemala­rın­da, «Ana səsi», «Anam üçün», «Peyğam» şeirlərində atasız qalmış uşaqlarını min bir zəhmətlə böyüdüb boya-başa çatdıran anası Fati­mə­nin ksvrək, son dərəjə səmimi, mehriban, qay­ğıkeş, sözlü-söhbətli, ağzı el deyimli, incə səsli, gülümsər çöhrəli parlaq obrazını yaratmışdır. Ustad Şəhriyarın «Heydərbabaya salam» əsərinin təsirilə yazdığı «Məktəb xatirələri» poemasında laylası “ilə röyalarını dərinləşdirən, səsilə xəyalını göylərə yüksəldən, qucağında ona cənnəti bağışlayan” anasına həsr etdiyi aşağıdakı bəndlər bu ali varlığa şairin bir övlad sevgisinin izharıdı:

Anam mənim ortaboylu bir xanım,
Siyah saçlı, «Bayat» soylu bir xanım,
Deyir, gülən, haylı-huylu bir xanım,
Zəncirli güllücələr geyərdi,
«Nuşafərin» nağılını deyərdi...

Anadır ki, yardım edər şairə,
Naxış vurar soyuq, qara bir yerə,
İlham verən bəlkə odur Sahirə,
Anaların qucaqları cənnətdir,
Bu dünyada doğma ana nemətdir.

Sahirin «Nərgiz» poemasında təsvir etdiyi hadisə, yarat­dığı ana obrazı daha təsirli və orijinaldır. Poemanın süjet xətti təsadüf üzün­dən qadın, qız ovçusu, zalım, ağılsız xanın əlinə düşmüş saf, sadə və gözəl kənd qızı Nərgizin amansız ovçunun əlindən qurtulması hadisəsi üzərində qurulmuşdur. Poemada təsvir olunan həyat hekayəsində anasından ijazə alaraq kəndin qızları ilə birlikdə dağ ya­ma­cına pencər-quzuqulağı, kəklikotu, yemlik yığmağa gedən Nərgizin geri qayıdarkən ayağına tikan batır. Qızlar Nərgizin başına gələndən xəbərsiz olduqlarına görə yollarına davam edərək yamacdan xeyli uzaqlaşırlar. Nərgizin tikanı şıxarmağa başı qarışır. Bu zaman ovdan qayıdan Xan onu gsrür, gözü tutur və qızı qaçır­maq qərarına gəlir. Atlılarla Nərgizi qovur, qaçmaqdan əl­dən düşən qız yerə yıxılaraq bayılır. Gözünü açdıqda isə özünü xanın mənhus çadırında gsrür. Axşam düşür, Nərgiz çarəsizlik içində çabalayır, qurtuluş üçün yollar arayır. Elə bu an kasıb komalarında yalqız qalmış zavallı anasını xatır­la­yır. Kino lentiymş kimi ananın halı qızın gözlərinin önündə canlanır:

Gördü evdə ana yalnız oturmuş,
Toxur lampa işığında bir naxış.
Solğun kölgə kimi, qərib o ana.
Qızın bir az qoca gəldi gözünə
Ölüm tozu qonmuş idi üzünə!
Dedi: - Mənim anam deyildi qarı,
Nədən ağarıbdır qara saçları,
Gördü ki, göz qapaqları bükülür,
Göz yaşları naxış üstə tskülür.
Dedi: - Ana, mənim üçün ağlama,
Məraq etmə, təslim olmam mən xana.

Anasının pərişan xəyalı Nərgizi ayıldır, onu qəti qərar verməyə və qurtuluş üçün həlledici addım at­mağa sövq edir. Ara sakitləşib kənd əhli əl-ayağını şsldən-bayırdan yığanda xan ovuna sahib olmaq üçün gəlinin gərdəyinə girmək istəyir. Lakin elə bu zaman Nər­giz əvvəlcədən qoyduğu bıçağı onun ürəyinə sancır və qa­ran­lıq­da qaçıb gözdən itir.
Şair ləyaqətini, ismətini qorumağı bajaran mü­bariz, ağıllı və tədbirli Nərgiz obrazı ilə həm də Azər­bay­jan qadınlarının hüquqsuzluğunu, haqq səsinin eşidilmə­di­yi­ni, eyni zamanda onların ən şətin məqamda, çarəsizlikdə belə düşünərək hərəkət etməyə qadir olduqlarını, müqəddəs saydığı şeylər söz qonusu olunca, qarşılarını heç bir gücün - nə var-dövlətin, nə şan-şöhrətin, nə də qüdrətin kəsə bilmədiyini diqqətə çatdırır. Ustad şair 1878-79-cu illərdə baş verən İran İslam İnqilabının xalqı azad edəcəyinə, bununla da onun acınacaqlı vəziyyətdən, əsarətdən qurtulacağına ümid bəsləyirdi. Hələ inqilaba hazırlıq getdiyi bir vaxtda "Səhər işıqlanır" adlı kitabında inqilab yelinin əsməyə başladığından yazırdı ki, o qanlı və yaslı payızdan (Milli Hskumətin süqutundan stən dsvrü nəzərdə tutur) artıq 32 payız keşib, amma hələ yaralar sağalmayıb... Bununla belə soyuq küllər altında kszlər qaldı... Uzun illərdən, o qanlı faciədən sonra, deyəsən, səhər işıqlanır.Lakin səhər işıqlanmadı. 83 yaşlı şair 1878-79-cu illər İran İslam İnqilabından sonrakı dsvrdə də xalqına vəd edilən hüquq və mükəlləfiyyətlərin gerşəkləşmədiyini, vədlərin eləcə kağız üzərində qaldığını, bu azmış kimi, yenə də basqılara tuş gəldiklərini gsrdü. Gsrdüklərinə dözməyə gücü şatmadı, soydaşları­nın üzləşdiyi ədalətsizliyə və təhqirlərə etiraz aktı kimi, həmçinin Ayətullahlar rejiminin ona qarşı edəcəyi təzyiq və işgəncələri gsz snünə gətirərək Tehran yaxınlığında yerləşən Aria şəhərindəki mənzilinin pəncərəsindən özünü asır. Ancaq mənalı ömrünün müdriklik şağını yaşayan Həbib Sahir 1979-cu il inqilabının da Güney Azərbaycana və onun zülmlər görmüş xalqının həyatına köklü dəyişikliklər gətirməyəcəyini elə ilk aylardanca fəhmlə duymuş, anlamışdı.
Sahir sürgün illərində, Tehranda yaşamalı olduğu za­manlarda da qələmi əlindən yerə qoymamış, zəif lampa işığında, lampanın nefti bitdikdə, hətta qaranlıqda belə yazıb-yaratmış, ədəbiyyatın, Güney Azərbaycan şeirinin inkişafına misil­siz xidmət göstərmişdir. Onlarla şeir və dərslik kitabları nəşr olunsa da, 4 cildlik şeir toplusu, xatirələri, fransız dilindən tərcümələri, «Qız səsi, Qızıl səsi», «Qazan səsi» ro­manı, injəsənət, ədəbiyyat və coğrafiya ilə bağlı məqalələri hələ də çap olunmamış qalmaqdadır. Görünür, əsərlərinin küll halında sağ­lığında çap olunmamasından, bəlkə də həyatda ikən layiq olduğu qiyməti ala bilməməsindən incə şair qəlbi inciyib, ni­ga­ran­çılıq keçirib, unudul­ma­qdan, yaddaşlardan silinmək­dən narahat olub. Bu nigaranşılıq çox yumşaq tərzdə istək­lərini, arzularını vəsf etdiyi əsərlərində də özünü biruzə verir. Qəmli və tufanlı gejələrdə uzun səfərlərə şıxan karvanlara, yolçulara bir fanus - Qütb ul­duzu tək yol göstərmək, səhralarda susuzluqdan yanıb pörşələnən in­sanlara bulaq olmaq istəyən əməlpərvər, xeyirxah şair, bunlar mümkün olmadıqda, heş olmazsa bir sızı, xəfif bir göynərti, həsrət tək ürəklərdə qalmaq, bu dünyada onun ən parlaq izi olan və olacaq şeirlərinin, əsərlərinin oxunması  arzusunu məxsusi olaraq «Arzu» şeirində dilə gətirir. Əslində bu arzu təsəvvüfü, ürfan elminin sirlər və rəmzlər dünyasının bütün gizlünlərinə vaqif olan bir ölümsüz şairin poeziya sənətinin əngin fəzasında bir Dan ulduzu tək parlamaq, Ay tək nur saçmaq, gecələr çıxıb gündüzlər batan, yəni “hər gün ölüb dirilən” Dan Ulduzu, Ay kimi sonsuz olaraq var olmaq arzusunu da yansıdır. Axı, Sahir şairlərin Tanrı dərgahına ən yaxın olan, Ulu Tanrının sevdiyi seçkin bəndələrindən olduğunu da bilməmiş deyildi:

İstərəm qəmli və tufanlı gecə yolşulara,
Bir fanus tək, ya da qütb ulduzu tək rəhbər olam. 
İstərəm yay günü şsllərdə axar bir su olub,
Dum-duru göz yaşı tək yolda çuxur içrə dolam.
İstərəm nəqş və nigarım qala, şerim oxuna.
İstərəm bir gizli həsrət tək ürəklərdə qalam.
Unudursa məni el, çəkməsə tarix adımı,
İstərəm ay təki yurd üstə gecə şövq salam.
                       
Ustad şair Həbib Sahir təkcə çap olunmuş əsərləri ilə Azərbaycan ədəbiyyatı tarixində və elin, xal­qın yaddaşında əbədi yaşayacaqdır.                                   

Əsərləri: “Sayəha» (Kölgə­lər), «Əfsaneyi-şəb» (Gecənin əfsanəsi), «Şəqayiq» (Addımlar), «Xuşəha» (Sevinclər), «Əsatir» (Mif), «Lirik şeirlər», «Seçilmiş şeirlər» (2 cilddə), «Kal meyvələr», «Köv­şən», «Səhər işıqlanır» və s.
           
                                   İstifadə olunmuş ədəbiyyat:

1.Cənubi Azərbaycan ədəbiyyatı antologiyası, 4 cilddə, II cild, Bakı, 1983.
2.Cənubi Azərbaycan ədəbiyyatı antologiyası, 4 cilddə, III cild, Bakı, 1986.
3. Həbib Sahirin novatorluğuna bir nəzər, Peyk azəri, 1370, isfənd ayı, s.44.
4. Məhəmməd Rza Rafipur, “Həbib Sahirin novatorluğuna bir nəzər”
5. Gəncəli Səbahi, “Şeirimiz zamanla addımlayır”, Təbriz, 1978.

Комментариев нет:

Отправить комментарий