01.08.2012

Le Figaro: "Suriya ordusu çox peşəkardır"

haber"Üsyançılar ehtiyyatsız iş gördüklərinə görə hər an Suriya ordusunun surprizləri ilə qarşılaşmaq təhlükəsindədirlər"


Le Figaro qəzeti, mənəvi baxımından zəifləmiş və çökmüş bir Suriya ordusu ilə qarşılaşmağı ümid edən müxaliflərin Suriya ordusunun əhvalı və döyüş əhval-ruhiyyəsinin yüksək olması qarşısında şok yaşadıqlarını yazıb.
Bir qrup terroristlə Türkiyədən Hələbə gedən Fransanın Le Figaro qəzetinin müxbiri Adrian Jaulmes, Suriya ordusu ilə silahlı üsyançılar arasında şiddətli qarşıdurmalara şahid olduğunu, bu qarşıdurmalarda Azad Suriya Ordusunin bir çox liderinin öldürüldüyünü bildirib.
Adrien Jaulmes, yazısında qeyd edib: "Mənəvi və təşkilatçılıq baxımından çökmüş Suriya ordusu ilə qarşılaşmağı gözləyən üsyançılar, son dərəcə güclü, nizamlı, döyüş əhval-ruhiyyəsi yüksək bir orduyla qarşılaşınca şok oldular.
Suriya ordusu peşəkarcasına əməliyyatlar həyata keçirir. Yaraqlılar şənbə günü saat 11-də Sahur məhəlləsində müxaliflərin qərargah kimi istifadə etdiyi məktəbin həyətinə avtomobillərlə girdilər. Məktəbin qarşısında komandirlərinin  ölmüş cəsədlərini gördükdən sonra ağladılar. Başqa bir gün terrorçulardan biri ağlayaraq deyirdi: "Bir anda üstümüzə üzərimizə güllələr yağmağa başladı. 1 əsgər belə görə bilmədik. Tez yerə uzandıq. Güllələrin bizə hansı istiqamətdən atıldığını qərarlaşdıra bilmirdik." Üsyançılar ehtiyyatsız iş gördüklərinə görə hər an Suriya ordusunun surprizləri ilə qarşılaşmaq təhlükəsindədirlər."
Bəzi istiqamətlərdə toplanan üsyançıların, Hələb xalqının razılığını əldə edə bilmədiyini yazan qəzet, buna görə də xalqın üsyançıların qərb və şimal-qərb bölgələrinə yerləşməsinə mane olduğunu, üsyançıların isə evlərdə gizlənərək döyüşü uzatdıqlarını bildirib.

Комментариев нет:

Отправить комментарий