12.08.2012

Ramazan

Rahib Alpanlı
Quba

Ramazan
Haqqa könül bağladıq,
Ramazan!
Nəfsimizi dağladıq,
Ramazan!

Səlavat Mustafaya,
O Sadiqi-vəfaya!
Hazırıq hər cəfaya,
Ramazan!

On bir ayın tacısan,
Dərdlərin əlacısan,
Bilməyənə acı sən,
Ramazan…

Dadını bilmək nə xoş,
Tikəni bölmək nə xoş,
İftarda gülmək nə xoş,
Ramazan,

Hamımızın qonağı,
Səbrimizin sınağı,
Utandırdın günahı,
Ramazan.

Комментариев нет:

Отправить комментарий