01.08.2012

XXI əsr Azərbaycan ədəbiyyatı: XXX

Sərdar Tağıyev


Kəndimizdə məktəbə getmədən hərbi xidməti başa vurmuş biri var idi. Yekəpər, savadsız, tənbəl bir oğlan idi. Şəhərlə sıx əlaqədə olduğumu gördükdə vəziyyətimi öz süzgəcindən keçirib dedi:
-Yekə oğlansan, bu qədər şəhərə gedib gəlirsən mənimçün də gətir də o disklərdən!
Bir az anlaşılmaz danışsa da, uşaqlıqdan onu tanıdığımdan nə istədiyini bildim. O, məndən porno disklər istəyirdi. Onu qırmamaq üçün dedim ki, o diskləri tapmaq mümkün deyil. Satışı da, alışı da cinayətdir. “Yaxşı da” deyib razı düşdü. Amma bir gün kəndə onunla bir maşında gəlməli oldum. Yanımda oturmuşdu. Üstündə lüt qadın şəkli olan diski mənə göstərib – «aldım, bəs deyirdin cinayətdir» – dedi. “Gizlincə satırlar. Səndən də aydan ildən bir şey istədim, tapmadın”.

Ona işim düşə biləcəyini düşünərək fərəhləndirmək qərarına gəldim. Dedim, “Sən hara - mən hara! Yerin üstündə tanıyırsan, altını da. Əlbəttə sən tapmalıydın” Sözlərim “seks azarkeşi”nə elə ləzzət elədi ki, ondan sonra harada gördü əlindəki diskləri mənə göstərirdi. Bir müddətdən sonra həmin adamın əlindəki disklərin formatında dəyişiklik gördüm. Açıq-saçıq porno disklər yox, müxtəlif bədii filmlər alırdı. Bir gün də əlində “Titanik” və Anjelina Colinin bir neçə filminin disklərini gördüm. Dedim:
-Deyəsən daha o disklərdən tapmırsan ha!
-Tapıram, zibil kimidi. Amma ləzzət eləmir. Açıq seksin yeri yoxdu. Adamı bezdirir. Filmlərdəki epizodlar yaxşıdır.
Səbəbini soruşduqda mənə aydınlaşdıra bilmədi: “Nə bilim e, ləzzət eləmir daha”
Oxuduğum kitablar haqqında danışmaqdan həmişə zövq almışam. Xoşlayıram ki, biri mənə filan kitabı oxumusan sualını verəndə ona HƏ cavabı verə bilim. İsər xarici, istər azərbaycan ədəbiyyatının nümunələri haqqında həmkarlarımla müzakirə aparıram. Amma ən yeni Azərbaycan ədəbiyyatından oxuduğum nümunələri nəinki müzakirə edə bilirəm, hətta adlarını deməyə utanıram. Hörmət etdiyim biri məndən, “filan əsəri oxumusan, o necə əsərdi?” soruşduqda utandığımdan yeganə çıxış yolum mütaliəmi təkzib etmək olur. Çünki əks təqdirdə mən həmin adamın üzünə baxa bilməyəcəm. Səbəb ən yeni Azərbaycan ədəbiyyatının əksər nümunələrindəki açıq-saçıq epizodlardır. İntim epizodlar çox ədəbsiz təsvir olunur yeni əsərlərdə. Belə təsvirlərə təkcə intim epizodlarda yox əsərin hər hansı hissəsində, özü də tez-tez rast gəlmək olar. Ədəiyyatımız pornoqrafiyaya dönüb. Belə yazıların ailə səviyyəsində mütaliəsindən söhbət gedə bilməz. Yersiz açıq-saçıqlıq dəb halını alır. Halbu ki, ədəbiyyatımızda  intim səhnələrin maraqlı, ecazkar, gizli, əlçatmaz  çalarlarla təsvir nümunələri olub. Etiraf edək ki, açıq-saçıqlıq ədəbiyyatda əvvəllər də olub. Amma, kuliminasiya məqamlarında. İfrat dərəcədə yox. İndi ədəbiyyata qədəm qoyan intim səhnələri çirkin,ucuz təsvirlə başlayır. Bəlkə də illər sonra XXI əsr ədəbiyyatımız XXX (pornoqrafiya) ədəbiyyatı adlandırılacaq.
Bu günkü ədəbiyyatımız eyniylə şou biznesimizi xatırladır. Yazılarında müğənillərin, aktyorların soyunaraq populyarlaşmasını tənqid edən yazarların əsərlərinin bircə “tumanı” qalıb əynində. Bəzilərində heç “tuman” da yoxdu. Yazarlar bəlkə də bu yolla oxucu toplamaq istəyirlər. Buna nail olmaq da rahatdır. Amma belə olduqda böyük bir bədbəxtlik formalaşdırırlar. Əgər, şou biznes əhli televizyalar yolu ilə əhalinin geyimini, estetik mədniyyətini çılpaqlaşdırdısa, yazarlar da kitab vasitəsilə nitqimizi, düşüncəmizi, davranışımızı soyundurur. İkincisi daha pisdir. Burada çılpaqlaşan daha önəmli təbəqədir. Hansı ki, bu təbəqənin kitaba, mütaliəyə marağı və inamı var. Və kitaba öz mənəviyyatını etibar edir. Axı gənc nəsil mütaliəyə yenicə başlayır. Heç olamasa, bismillahı zəhərləməyin də!
Açıq saçıqlıq oxucuları bezdirə bilər. Necə ki, yekəpər kəndçimi bezdirmişdi.
Əksər məsələlərdə bədbinlik, ruh düşgünlüyü,inmasızlıq nümayiş etdirən yazarların seks sahəsində qələmləri itidir. Qələmin iti uc yalnız namusa qeyrətə sancılmağa YARAyır. Elə fəaldırlar sanki, bunlar cəmiyyətdə qarşılarına çıxan kiçik maneələri aşmaq əvəzinə həmin maneənin varlığına sızlayan,  yüzlərlə gəncin həyatında mərsiyyəyaxan obrazında çıxış edənlər deyil! Gərək seksinizədə mane olsunlar ki, bir az sınıxasız?

Комментариев нет:

Отправить комментарий