Rəşad Ələkbərov
Salam. Mənim adım Zaurdur. Kələkov Zaur. Hmm, deyəsən nə düşündüyünüzü bilirəm axı. Kələkov, kələkbaz, kələk gəlməyi sevən, yalançı, ikiüzlü, “atanşik” və s. Amma atamın – anamın qəbrinə and olsun ki, mənim belə oyunlarla aram yoxdu. Elə bu fani dünyada başıma nə gəldisə ürəyimin təmizliyindən gəldi. Axırı da ki, tavandan asılan iplə bitdi. Amma mən Kələkov, böyüyüb boya – başa çatdığım Bərdənin Çəmənli kəndində, dədəmdən qalma 15 sot torpaqda taxıl əkəndə ağlıma nə tavan girmişdi, nə də ki ip. Elə bütün bu yaramazlıqlar o gündən başladı...
Kəndin digər dəliqanlıları kimi məni də dədəm, bığ yerim tərləməyə başlayanda evləndirdi. 36 yaşım olanda artıq 3 uşaq atası idim. Elə qapımda uşaqlarımın sayına eşit 3 baş inəyim da vardı. Nə başuvuzu ağrıdım, heyvanlarımı, olan qalanımı satdım qoydum torpağa. Dedim taxıl əkəcəm. Əkməyinə əkdim, amma axırı yaxşı olmadı. Taxılı siçan apardı. Hara apardı, bax onu deyə bilmərəm, gərək siçanın özündən soruşasınız...
4 baş ailə, qaldıq ac - susuz. Çox götür qoy elədim dedim, nağarım nətər eliyim. Axırı qərara aldım ki, hamının ağız dolusu danışdığı şəhərə gedim – Bakıya. Şələ - şüləmi yığdım, düşdüm yola. Bakıda bir təhər özümə iş tapdım, tikintidə fəhlə işləyirdim.
Bir gün ustabaşı dedi: “Gündəliyindən filan qədər mənə verməlisən”.
Dedim: “Niyə qardaş?”
Dedi: “Xoşuva gəlmirsə xoş getdin. Sənə iş çoxsa, bizə işçi çox.”
Dedim: “Hardan mənə iş çox. Güc bəla ilə bu işi tapmışam”.
Dedi: “Bax onda mən deyənə qulaq as.”
O gündən əllərim mənə xəyanət eləməyə başladı. Sözümə qulaq asmırdılar. Hər gün qazancımın bir hissəsini ustabaşına verirdim. Tozlu – torpağlı, içi qabarlı əllərim mənə acıqlı – acıqlı baxırdı. Az qalırdı desin: “A kişi bu işi görən mən əllərəm də, istəyir pulu səndən, ver getsin də. Əziyyəti çəkən mənəm də sən deyilsən axı”. Həmin anlarda öz – özümə deyirdim: “Əəəə köpək oğlu, təkcə işləyən məgər sənsən? Bəs bu ayaqlar, ürək, baş. Onların haqqını kim verəcək?”
Elə ilk həftələr idi ki, tikintidə işləyirdim. Bir gün ucuz qiymətə kirayələdiyim evə gedəndə yolda gördüm bir uşaq əlində yırtıq cığara tutub, dizlərini yerə qoyub, hönkür – hönkür ağlayır. Yaxınlaşdım, gördüm qarşısında yerə “simiçka” tökülüb.
Ürəyim dedi: “Ay Kələkov əl boyda uşaqdır, allah bilir indi anasının qorxusundan yazıq uşaq necə həyəcan keçirir. Sən bu uşağa əl tutmasan, gözünün yaşı çətin quruyar”. Mən də bu günə qədər məni peşman etməyən ürəyimin səsinə qulaq asıb, uşağa pul verdim. Sən demə əllərimin ardınca, o gün ürəyim də mənə xəyanət etdi.
Ertəsi günü, o uşağı yenə həmin vəziyyətdə, həmin yerdə gördüm. Ürəyimə dişimin dibindən çıxanı dedim.
Dedim: “Əəəə adam kişi olar, bu əldi, nədə olmasa, toz – torpaq görür. Sənki sinəmdə taxt qurmusan. Sən mənə niyə xəyanət edirsən. Mənə qulaq as dedin, asdım. Axırı da belə oldu?” Ürəyim isə susurdu... Bazar günü tikintidə işimizi daha erkən bitirdik.
İşdən sonra dedim: “Ay Kələkov gələndən bu dənizkənarı bulvar deyilən yer var, ora getməmisən. Get bir az havan dəyişsin”. Elə dəniz kənarında yenicə gəzməyə başlamışdım ki, gördüm bir qızla – oğlan qumru tək baş - başa verib skamyada əyləşib. Gülümsünüb öz – özümə dedim: “Bəşəriyyət sevənlərin, sevilənlərindir”.
1 həftə sonra yenə yolum oralara düşdü. Nə görsəm yaxşıdır? Həmin o qız, başqa bir gədəylə ağız – ağıza verib öpüşür. Öpüşür nədi, az qalır gədənin dişlərini söksün. Özümü saxlaya bilməyib dedim: “Ay ....... sən bu yaşında neçə oğlana ümid verirsən?”
Elə həmin anda anladım ki, dilim də mənə xəyanət edir. Biədəb sözlər işlədir. Üzgün halda yoluma davam etdim.
Yol boyu qarşıma nə qədər qız çıxdısa, hamısı ilə bağlı beynimdə iyrənc mənzərələr qururdum. Beynim də mənə qarşı idi...
Bir gün sonra qəzetlər “36 yaşlı kişi özünü kirayə qaldığı evin tavanından asdı” başlıqlı yazı yazdılar. Amma insanların diqqətini çəkən bu deyildi. Mərhum özünə qəsd etmədən öncə kağız üzərinə belə bir yazı yazmışdı: “Vücudumun özümə xəyanət etdiyi bu dünyada yaşamağın nə mənası?”

Комментариев нет:
Отправить комментарий