01.12.2010

AYO-çu yazarlar müsabiqəyə qatılmayacaqlar

Qeyri-obyektiv hallara yol verildiyinə görə Azad Yazarlar Ocağı Milli Kitab Mükafatı Müsabiqəsində iştirak etməyəcək. 

Bu qərara noyabrın 26-da Azad Yazarlar Ocağı idarə heyətinin toplantısında gəlinib. AYO-nun rotasiya üzrə yeni sədri Aqşin Yeniseyin, eləcə də qurum üzvləri Rafiq Tağının, Rasim Qaracanın, Həmid Herisçinin, Azad Yaşarın, Seymur Baycanın və Əli Əkbərin iştirakı ilə keçirilən toplantıda Azad Yazarlar Ocağının Milli Kitab Mükafatı Müsabiqəsində iştirak edib-etməmək məsələsi müzakirə olunub. Azad yazarların yekdil qərarı bu müsabiqədə iştirak etməmək olub. Qurumun digər üzvləri ilə telefon əlaqəsi yaradılaraq toplantının nəticələri haqqında məlumat verilib. Qurumun açıqlamasında deyilir:

"Belə bir qərarın alınmasına səbəb kimi ötən il birincisi keçirilən müsabiqədə bir sıra qeyri-obyektiv hallara yol verilmiş olması dilə gətirilib".

AYO-çuların toplantısında “Qanun” nəşriyyatının direktoru, Milli Kitab Mükafatı Müsabiqəsi münsiflər heyətinin üzvü Şahbaz Xuduoğlu da iştirak edib. Ş.Xuduoğlu qurumun bir sıra üzvlərinin əsərlərini "Ən yeni ədəbiyyat" seriyasından çap etməkdədir.
Milli Kitab Mükafatı Müsabiqəsi-2010 noyabrın 25-də start götürüb. Keçən il mükafatın gənc yazar Elxan Qaraqana verilməsi ədəbi dairələrdə birmənalı qarşılanmamışdı. Sıralarında 40-can müstəqil yazarı birləşdirən AYO da narazılığını ifadə etmişdi.

Комментариев нет:

Отправить комментарий