09.12.2010

Ölkəni zəhərləyən şirkətlər

Zaur Ağalaroğlu
Professional Oxucu Liqası
                                
                        Məmləkət işğal altında

 Bu gün Azərbaycanda xeyli xarici şirkət fəaliyyət göstərir. Belə nüfuzlu şirkətlərdən biri də BP-dir.
 Bu şirkətin indi ölkəni zibiliyə çevirməsi çoxlarını narahat edir. Artıq mətbuatda da dəfələrlə bu haqda yazılıb. Şirkətin Qızıldiş qəsəbəsi ərazisində Şanxay kəndi yaxınlığında neft tullantılarını saxlama məntəqəsi var. Belə ki, şirkət neftdən ayrılmış müxtəlif zəhərli maddələri həmin kəndin yaxınlığında torpağa basdırır və vaqonlarda saxlayır. Kənd camaatının etiraz xəbərini eşidəndə biz də həmin əraziyə yönəldik.
 Üfunət iyindən dayanmaq olmurdu. Az sonra baş ağrısı və ürək bulanması başladı. Mühafizəçilərlə söhbətdən sonra dərhal ərazini tərk etməli olduq. Kənd sakinlərinin sözlərinə görə, Neft Şirkəti həmin ərazyə gələndən sonra kənddə xəstə uşaqlar doğulmağa başlayıb...
 Məsələdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi də xəbərdardır və işə müdaxilə etsə də, nəticəsi olmayıb. Yuxarı instansiyalara da müraciət olunub, amma hələ ki, bir yenilik yoxdur...
 BP-nin müstəqil ölkədə belə hegemonluq etməsi adama ağır gəlir.
 İllərdir hansısa xarici neft şirkəti ölkəni zəhərləyir. Başqa birisi xaricdən barmağını uzadıb ölkədə dini təriqət yayır. Digəri monopoliya yaradıb keyfiyyətsiz dərmanları əhaliyə sırıyır. Başqa birisi gen kodlarımızı dəyişən ərzaq məhsuları idxal edir. Amma biz susuruq.
 Dünyanın bu murdar düzənində bir ölkə olaraq bütün dünyaya qucaq açmaq, xarici qüvvələrə bu qədər meydan vermək və tolerantlıq göstərmək sonda özümüzü qula çevirir.
 Diqqətlə baxanda, Azərbaycanda bütün mümkün təhlükələrin kökü gedib xarici ölkələrə çıxır...
 Görəsən, onlardan özümüzü qurtarmağa gücümüz yetəcəkmi?

Комментариев нет:

Отправить комментарий