Vasif Mirələmli rayon polis şöbəsində saxlanılır
Cəlilabaddakı 7 saylı orta məktəbdə qətl törətməkdə təqsirli bilinən 15 yaşlı Vasif Mirələmli barəsində həbs-qətimkan tədbiri seçilib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Onun sözlərinə görə, cinayəti törətməkdə təqsirləndirilən Vasif Mirələmliyə Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində aprelin 6-da rayon məhkəməsinin qərarı ilə 3 ay müddətində həbs-qətimkan tədbiri seçilib: “Cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılmaqla müvafiq ekspertizalar təyin edilib. Rayon prokurorluğunda iş üzrə istintaq tədbirlərini davam etdirilir”. E.Sultanov dedi ki, V.Mirələmli hazırda Cəlilabad Rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasında saxlanılır.
Xatırladaq ki, aprelin 5-də AXCP-nin Cəlilabad Rayon Şöbəsinin sədri Təzəxan Mirələmlinin 15 yaşlı oğlu Vasif Mirələmli rayon sakini, 17 yaşlı 10-cu sinif şagirdi Cavanşir Həsən oğlu Həsənlini bıçaqlaması nəticəsində sonuncu ölüb. Hadisədən bir neçə saat sonra rayon rəhbərliyi T.Mirələmlinin evinin qarşısında aksiya təşkil etmişdi. Bundan sonra T.Mirələmlinin ailəsi Cəlilabadı tərk etmək məcburiyyətində qalıb. Ölən məktəblinin atası Həsən Həsənov isə bu hadisənin siyasiləşdirilməsinin əleyhinə olduğunu deyib.

Комментариев нет:
Отправить комментарий