10.04.2011

SARKOZİ JURNALİSTƏ: "AĞZINI-BURNUNU QIRARAM"

                                       Fransa prezidentinin qeyrəti cuşa gəldi



FaktXeber.com-un "The telegraph" saytına istinadən verdiyi məlumata görə, Fransada yeni satışa çıxarılan kitabda, prezident Nikola Sarkozinin həyat yoldaşı Karla Bruninin kişi düşkünü olduğunu yazan bir yazıçını "ağızını burnunu qırmaqla" təhdid edib.

Sarkozinin hövsələdən çıxmasına səbəb olan kitabda, 2008-ci ildə "Le Point" jurnalında nümayiş olunan, "prezident Sarkozinin Bruni ilə evliliyində lazım olan 24 tövsiyə" başlıqlı yazı dərc olunan yazı olub.

Məqalədəki tövsiyələrdə deyilir ki, "yeni arvadınızı uşaqlarınızla, ABŞ prezidenti Barak Obama və ya yaraşıqlı kişilərlə tanış etməyin."

"Le Point" jurnalının rəhbəri Franz Olivier Giesbert, yeni nümayiş olunan "M. Le President" adlı kitabda, söz mövzusu yazı ilə əlaqədar Sarkozinin tənqidinə tuş gəlib.

Kitaba görə, Sarkozi Giesbertə zəng edib deyib ki, "Bu məqalə bir zibildir və sənin üzünü dağıdacam."

Kitabın müəllifi isə Fransa liderinin sözlərini ibtidai sinif uşaqlarının sözlərinə bənzədib.

Nicolas Sarkozy biography: extracts from M Le President

Комментариев нет:

Отправить комментарий