Tural HƏSƏNLİ faktxeber.com
Mart ayının əvvələrindən ölkə qaynayır. Demək olar hamı bulud kimi dolub. Sanki hansısa hadisənin baş verməsini gözləyir. Axı onlar da guruldayıb öz qəzəb yağışlarını tökmək istəyirlər. Əvvəlcə 11-12 mart aksiyaları başladı. Daha sonra 2 aprel hakimiyyətə "Qəzəb günü" elan edildi. Müxalifətdən sonra Azərbaycan hakimiyyətinin həmişə ehtiyyatla yanaşdığı isalamçıların da 10 minlik mitinq vədi verməsi Azərbaycan iqtidarını lap çaş-baş saldı. 2 aprel tədbiri bir tərəfə, indi hakimiyyət 8 apreldə nə edəcəyini də düşünməyə başlayıb.
2 aprelə həm müxalifət, həm də hakimiyyət ciddi hazırlaşdı. Hakimiyyət mitinqin aparıcılarını Bakıda və bölgələrdə həbs etdi. 5-7 sutkalıqla onlar içində olan qəzəb hissini söndürməyə çalışdı. Daha sonra müxalifət lideri Əli Kərimlinin evinin qarşısında biabırçı aksiya keçirdi. Bu aksiyanı izləyənlər sadəcə bu sözü deməklə kifayətləndilər. "Adam kişi olar". Elə məndə deyirəm "adam kişi olar", siyasi mənsubiyyətindən aslı olamayaraq "adam kişi olar", adamın mənliyi, şərəfi olar.
Bütün bunlara baxmayaraq müxalifət bu gün Bakının mərkəzində mitinq keçirdi. Qorxuya düşmüş hakimiyyət isə təkcə müxalifət fəallarını yox islamçıları da həbs etməyə başlayıb. Bəzi islami təşkilatların rəhbərləri və nüfuzlu ruhaniləri artıq məhkəməyə aparılıblar. Bəzilərinə isə həbs cəzası verilib. Təzyiqlər bütün ölkə boyu, bütün fərdlərə tətbiq olunur. Kimliyindən aslı olmayaraq. Amma bütün bunlara baxamayaraq, insanların soz azadlığını öldürməklə, həbs etməklə, təzyiqlərlə əlindən almaq mümkün deyil.
Deyirəm bəlkə bəsdir bu xalqın evinin qaşısında pusqu qurdunuz, telefonların dinlədiniz, yaxınlarına zəng edib qorxutdunuz. Polisə çağrıb "polisə müqavimət" adıyla sutkalığa və ya dövlət çevrilişi etmək adıyla qazamata göndərməniz. Bununla xalq sevgisi qazanmaq olmaz. Bütün bunları kənara qoyub, xalqın səsini eşitmək lazımdır.

Комментариев нет:
Отправить комментарий