04.11.2010

Sionistlər Yaxın Şərq üçün böyük təhkükədirlər

Anar Ramizoğlu
«Filfak» Müstəqil Araşdırmalar Mərkəzi

    Barışığın əsas məqsədi qəsbkar Sionist rejimin Yaxın Şərqdə mövcudluğunu təsdiqləmək və cinayətlərinə bəraət qazandırmaq olmuşdur

 Betsəlim adlı sionist təşkilat yeni hesabatında etiraf edib ki, ötən 19 ildə 7400 fələstinli İsrail hərbçiləri tərəfindən qətlə yetirilib və onların 1537-i uşaqlarla gənclər təşkil edir.
 Bu məlumata görə qeyd olunan müddətdə İordan çayının qərb sahilində fələstinlilərə aid 4300 mənzil yerlə yeksan edilib. Qəzzə zolağında isə İsrail ordusu tərəfindən dağıdılan mənzillərin sayı bundan bir qədər çox olub: 6240 mənzil. Bu hesabat elə bir şəraitdə yayılır ki, Fələstin muxtariyyətinin rəhbərləri son günlər Yaxın Şərq sülh prosesinin əbəs olduğunu və bunun yalnız fələstinliləri fəlakətə sürüklədiyini etiraf etmişlər .
 Sionist rejimin Fələstin xalqına qarşı cinayətləri barədə yayılan hesabat, şübhəsiz ötən 19 ildə təslimçilik prosesinin cərəyan etdiyi zaman məzlum xalqın hansı durumda olduğunu sübut edir.
1990-cı illərin əvvəllərində Yaxın Şərq sülh prosesi başlanarkən bu hərəkətin guya fələstinlilər üçün faydalı olacağı barədə Sionist rejimin Qərbdəki himayədarları və hətta Fələstin Azadlıq Təşkilatının bəzi nümayəndələri tərəfindən pafoslu bəyanat verildi. Lakin zaman keçdikcə aydın oldu ki , bu prosesin fələstinlilər üçün heç bir xeyri olmayıb, əksinə onları daha təhlükəli duruma salıb.
 Sionist rejimlə ərəb ölkələri arasında barışığın əsas məqsədi, qəsbkar Sionist rejimin Yaxın Şərqdə mövcudluğunu təsdiqləmək və cinayətlərinə bəraət qazandırmaq olmuşdur. Amma hadisələrin axarından bəlli olur ki, barışıq prosesi yalnız sionistlərə öz ekspansionist və irqçi siyasətlərini davam etdirməyə, Fələstin xalqını sıxışdırmağa əlavə imkanlar yaradıb. Fələstin torpaqlarında sionist sakinli qəsəbələrin sayının artırılması, Əl-Əqsa məscidinə qarşı hörmətsizliyə rəvac verilməsi və irqçi divarın salınması, elə Yaxın Şərq sülh prosesinin qüvvədə olduğu dövrdə baş verib.
 Bütün bunlar göstərir ki, Sionist rejimin cinayətləri barışıq müzakirələri dövründə nəinki azalmayıb, hətta bir qədər də şiddətlənib. Bu məsələdən nəticə çıxarmaq olar ki, Fələstin müxtariyyətinin artıq Sionist rejim bərabərində təslimçilik yolundan ayrılmasının vaxtı gəlib çatmışdır. İndi Fələstin muxtariyyətinin rəhbərləri etiraf etməyə başlayıblar ki, Sionist rejimlə barışıq olduqca mənasızdır və Fələstin ictimaiyyəti onlardan xalqın intifazə qiyamına qoşularaq keçmişdəki səhvlərini düzəltməsini gözləyir.

Комментариев нет:

Отправить комментарий