05.11.2010

Şeyximizi iftiralardan qoruyaq!


 Bəzi mətbu orqanları Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadəni ləkələmək üçün haqqında böhtan xarakterli yazılar verməkdədirlər. İstər-istəməz onu gözdən sala biləcək ciddi bir kompaniyaya sürüklənir. Aydın görünür ki, çox incəliklə işlənmiş bir kompaniyadır. Sıradan bir jurnalistin bu cür sistemli kompaniya hazırlaması mümkünsüzdür. Sifarişçilər və icraedicilər daha dərin qatlarda gizlənirlər. Ekspertlər də təsdiq edirlər ki, mətbuatda aparılan bu şərləmə kompaniyası xarici düşmənlərin Azərbaycan xalqının mənəviyyatına və əxlaqına qarşı planlarının həyata keçirilməsinə xidmət edir. 
 Xalqın gözü tərəzidir. Şeyxin bütün həyatı və fəaliyyəti şəffafdır. Zənnimcə, hər şeyə başdan-ayağa qara yaxmaq olmaz. Milli-mənəvi dəyərlərimizin içində toxunulmaz bir subyekt də olmalıdır- o isə indiki şəraitdə məhz Şeyxdir. Şeyxin şəxsi keyfiyyətləri ona qarşı aparılan kompaniyanı heçə endirir. Dünyanın heç bir ölkəsində Şeyx miqyasında olan dini xadimə qarşı belə əsassız, naqis hərəkətlərə yol verilməz. Dünyanın ən demokratik ölkəsində belə, jurnalistlər öz dini rəhbərlərinə iftira atmazlar. Məsələyə dərindən yanaşsaq görərik ki, bu təhqirlər Şeyxə qarşı deyil, bütün Azərbaycan müsəlmançılığına qarşı yönəlib. Bu adamların məqsədi hal-hazırda balansı saxlamağın yeganə qarantı olan Şeyxi sıradan çıxarıb ölkədə xaos yaratmaqdır. 
 Şeyxə qarşı şər kampaniyası bütün Azərbaycana qarşı aparılan təxribatın bir qoludur!
 Şantajçıların ittihamlarından biri də budur ki, ölkədə sünni-şiə ədavəti salınır və bu işin başında Şeyx dayanır. Gərək adamın Allahı ola. Biz Banqladeşdə yaşamırıq ki, biz də Azərbaycandayıq! Heç yerdə belə çağırışlar eşitməmişik. Belə söhbətləri qəzet səhifəsinə çıxarmaqla suyu bulandırmağa, müsəlman birliyinə xələl gətirməyə çalışırlar. Niyyətləri bəllidir…
 Şeyx öz ağsaqqal, müdrik addımları ilə dəfələrlə vətəndaş qarşıdurmasını qan tökülmədən, sülh yolu ilə aradan qaldırıb. İctimaiyyət dəfələrlə respublikanın taleyüklü anlarında Şeyxi qabaqda görüb, istər 20 yanvarda, Qarabağ savaşında, başqa ölkələrdəki müsəlmanları da müdafiə edib. Bu gün bir çox müsəlman dövlətlərindən fərqli olaraq dini zəmində toqquşmaların, müharibənin olmamasının da səbəbkarı məhz Şeyxdir…
 Digər tərəfdən Şeyx bütün müsəlman dünyasında tanınmış din xadimidir. Dünyada sülhün, sabitliyin bərqərar olmasında onun xidmətləri danılmazdır.
 Qeyd edək ki, ictimai rəy ilk gündən öz sözünü deyib, ölkənin tanınmış simaları bir-birinin ardınca bu kampaniyanı pisləyən açıqlamalar veriblər. Bu açıqlamaların bir çoxunun əsəb gərginliyi içində yazıldığı da hiss olunmaqdadır…
 Çünki haqq-ədalət Şeyxin tərəfindədir!
 
Zaur Ağalaroğlu           Professional Oxucu Liqası  

Комментариев нет:

Отправить комментарий