03.11.2010

BİR DƏ VƏRƏQLƏDİM…

Azərbaycan  şeir antologiyası

İsmayıl Bayramoğlu                                                               Azad Yazarlar Ocağı

                               BİR DƏ VƏRƏQLƏDİM

Bir də vərəqlədim oxuduğum kitabı,
Vərəqlərin arasından
qup–quru yarpaqlar töküldü
bir paslı mismar düşdü ayağıma
iki küçə iti ağız–ağıza verib hürdü.

Vərəqlərin arasından
M–X tipli raket tuşlandı üzümə
yeddi mərtəbəli söyüş axıb süzüldü aşağı
ağzında sümük tutmuş bir qadın
dişlərini qıcırtdı üstümə
qırılmamış üç finiş finiş bantı dolandı boğazıma
çiriş kimi qan sıçradı köynəyimə

Vərəqlərin arasından
polislər çixib yatdı pusquya
tapançaya uzanmağa hazır əllər
simi qırılmış tar
kibrit qutusu böyüklükdə şer
iki buynuz çıxdı sora…

Ucaboy
yuvarlaq
üçbucaq qadınlar
barıt dolu çəlləklər
çəkələkli kişilər və qara mantolu keşişlər
töküldü vərəqlərin arasından

Vərəqlədikcə oxuduğum kitabı
hər şey tökülürdü...

Комментариев нет:

Отправить комментарий