08.12.2010

ABŞ-İsrail hegemonluğu

Vüqar Ağazadə 
Professional Oxucu Liqası
Azərbaycan Dövlət İqtisad Universiteti


Birləşmiş Millətlər Təşkilatı bu günə qədər Amerika və İsrailin mənafelərinə zidd bir dəfə olsun qərar, qətnamə icra etməyib

 Bu günlərdə Fələstin xalqı İsrail terroristləri tərəfindən soyqırıma məruz qalır. Dünyanın bütün xalqları bu soyqırıma qarşı öz şiddətli etirazını bildirir. Dövlət başçıları isə nədənsə xalqdan ayrılır. Maraqlıdır ki, xalqın seçdiyi hakimiyyətin sözü ilə xalqın sözü bir deyil. Görən nə üçün belədir? (Bəri başdan deyək ki, məqsədimiz Azərbaycan hökuməti deyil, çünki bizim hakimiyyət uyğun hadisəyə rəsmi etitazını bildirib.)
 Bu başçılar əslində xalqın seçdiyi başçılar deyil! Elə buna görə də Qəzzə soyqırımına münasibətdə millətlərlə dövlətlər arasında fikir ayrılığı var. Hər bir insan dövlət başçısı seçəndə elə birini seçər ki, öz fikirləri ilə seçdiyi başçının fikirləri uyğun gəlsin. Başqa halda isə vətəndaşın seçdiyi başçının fikri vətəndaşın fikrindən daha üstün və daha sülhsevər olmalıdır. Maraqlıdır ki, bugünkü dünyada dövlət başçılarının əksəriyyətinin fikri sionist İsrail rejiminin fikri ilə uyğunlaşır. Müşahidə edirik ki, əksər dövlətlərin vətəndaşları Qəzzə soyqırımına qarşı çıxır, tökülən qanlara etiraz aksiyaları keçirir. Amma dövlətlər nəinki xalqlarla səs-səsə vermir, hətta xalqı gözyaşardıcı qaz, dəyənək, həbs və sair yollarla sükuta vadar edib İsrail terroristlərinin tərəfini saxlayır. Maraqlıdır, bütün bunlar necə izah olunur?
 Bəlkə bütün bu prezident seçkiləri, səsvermələr, demokratiya və sair iddialar hamısı puçdur? Necə ola bilər ki, bir dövləti xalq seçə və həmin dövlət xalqın haqq mövqeyinin və istəyinin əleyhinə çıxa? Yoxsa bu dövlətləri terrorist İsrail rejimi hakimiyyətə gətirib? Buna görə də terroristlərin maraqlarını müdafiə edib, öz millətlərini haqlı etirazlarına görə döyüb həbs edirlər!
 Həqiqətdə prezident seçkiləri, səsvermələr tülkü yuvasında toxunmuş bir pərdədir. Bu pərdələr xalqların gözü önünə çəkilir. Əslində xalqlar yox, hiyləgər tülkülər İsrail tərəfdarı olan dövlətləri hakimiyyətə gətirib.
 Yaxşı, əgər belədirsə, bu məsələnin İsraillə nə əlaqəsi? Bu suala cavab verməzdən öncə bir neçə nöqtəni nəzərdən keirmək lazım gəlir: Amerika, İngiltərə, İsrail və bu kimi bir sıra yəhudi əsarətində olan ölkələr bir araya gəlib “Birləşmiş Millətlər Təşkilatı” və haqq-ədalətdən, sülhdən danışan bir neçə başqa qurum yaradıb. Amerika və İsrail bu qurumlar vasitəsilə əslində öz maraqlarını təmin edirlər. Sübutumuz budur ki, Birləşmiş Millətlər Təşkilatı bu günə qədər Amerika və İsrailin mənafelərinə zidd bir dəfə olsun qərar, qətnamə icra etməyib. Yəni gözdən pərdə asmaq üçün qətnamələr qəbul edilir, amma onların icrası qalır supergüclərin öhdəsinə.
 Onlar İraqda bəşəriyyət üçün təhlükə ola bilən “nüvə silahı” adı ilə bu ölkənin təbii sərvətlərini çapıb-taladılar. Hanı nüvə? Hanı bəşər üçün təhlükə? Ey “Birləşmiş Millətlər Təşkilatı”! Görmürsən qan içində çabalayan Fələstin körpələrini? Görmürsənmi qana bulaşmış fələstinli qadınları? Görmürsənmi müsəlmanların soyqırımını? İraqda atom bombası olduğunu iddia edib, haray qopardınız ki, bəşəriyyəti təhlükə gözləyir, kütləvi qırğın ola bilər. Məgər Fələstində qırılanlar insan deyil? Məgər bu təşkilat təkcə Amerika və İsrailin mənafelərinin müdafiəsi üçündür?
 Qayıdaq yuxarıdakı suala. Saxta seçkilərlə taxta oturan israilpərəst, qərbpərəst, amerikapərəst qüvvələrin hakimiyyətə gəlməsində sionistlərin nə kimi xidmətləri var? Terroristlərin saxta demokratiya şüarları səbəb olur ki, hər bir ölkədə prezident seçkilərində İsrail, Amerika, İngiltərə tərəfindən hiyləgərcəsinə təşkil olunmuş beynəlxalq müşahidəçilər qrupu, əslində bir dəstə artist ölkələrə səfər etsin. Təsəvvür edin ki, prezident seçkiləri başlayır. Saxtakarlıq üçün kəndlərdə, uzaq düşmüş şəhərlərdə, şəhər mərkəzindən kənardakı seçki məntəqələrində nəticələr öncədən hazırdır. Şeytana dərs verən İsrail, Amerika, İngiltərə bütün bu saxtakarlıqlardan xəbərdardır. Məgər onları aldatmaq olar? Onlar hakimiyyətə saxta yolla gələsi partiya ilə pərdə arxasında razılaşırlar ki, beynəlxalq müşahidəçilər kəndlərdə, uzaq rayonlardakı seçki məntəqələrinə göz yumacaq. Müşahidəçilər paytaxtda hamının gözü önündə olan seçki məntəqələrinə aparılır. Sonra isə bütün dünyaya informasiya vasitələri ilə yayırlar ki, filan ölkədəki prezident seçkiləri demokratik oldu, müşahidəçilər heç bir qanunsuzluqla qarşılaşmadılar.
 Bu hakimiyyət Qərbin qulu olmasın neyləsin! Onlar buynuz göstərən partiyanı elədiyi saxtakarlıqlara görə tam təzyiq altında saxlayırlar.
 Bəli, elə bu səbəblərdəndir ki, dünyanın əksər xalqları Qəzza soyqırımına qarşı etiraz səsini ucaltdığı halda, hakimiyyətə saxtakarlıqla, İsrail və Amerikanın himayəsi ilə gələn hökumətlər öz xalqlarının yox, İsrailin tərəfini saxlayır. Bu dövlətlər son məqamda öz millətlərini terrorist İsrailə xatir güllələyərlər də! Əslində belə başçılar İsrailin ala gözünə aşiq deyil. Onlar bu müvəqqəti dünya həyatında eyş-işrətə, ləzzətli süfrələrə, bahalı maşınlara xatir bütün alçaqlıqları qəbul edir, Qəzzə soyqırımına göz yumurlar. Bu qədər məzlum qanına göz yuman dövlət başçıları hakimiyyəti əldən verməmək üçün çox şeyə göz yumurlar. 

Комментариев нет:

Отправить комментарий