11.12.2010

Gəncə çayı, yoxsa tullantıların məskəni

Samir Süleymanlı
Gəncə Media Mərkəzi

 Şəhərimizin mərkəzindən axan Gəncə çayının hövzəsi neçə illərdir ki, bərbad haldadır

Gəncə çayının yaxınlığında  yerləşən, Həsən Əliyev küçəsinin sakinləri çaya atılan məişət tulantılarının buralarda əməlli-başlı zibillik yaratdığını söylədilər. Həmin ərazidə yaşayan Məhərrəm Məsimovun dediyinə görə, bu ərazi neçə ildir ki, tulantıların məskəni kimi tanınıb.
M.Məsimov deyir ki, onlar və qonşular bu əraziyə tullantı atmırlar, bütün bu zibillər çayın yuxarısından axıb gəlir, hətda bəzən digər küçələrdə yaşayan sakinlər də, öz zibillərini bura tökürlər.
 
Bəs bu ərazini zibilləyən vətəndaşlar polis oraqanları tərəfindən cazalandırılırmı?
Bununla bağlı uzun müddət polis orqanında çalışmış Nofəl Hacıyevdən musahibə aldıq. O, bildirdi ki, İnzibati Xətalar Məcəlləsinin 84-cü
  maddəsinə əsasən (xüsusi muhafizə olunan ərazinin zibillənməsi) şərti mailyə vahidinin
10-15 mislindən 50-75 mislinə qədər, 114-cü maddəsinə əsasən (şəhərlərin çirkləndirilməsi) isə şərti  maliyə  vahidinin 60-75 mislinə qədər cərmələr nəzərdə tutulub. N.Hacıyev onu da vurğuladı ki, keçən ilin son altı ayı ərzində adı çəkilən ərazidə 100 nəfərə yaxın vətandaş muvafiq məbləğdə cərmə olunub. Bununla belə zibil tökənləri çox vaxt yaxalamaq olmur. Səbəb isə zibillərin əsasən gecələr tökülməsidir. 
Gəncə şəhər Təmizlik İdarəsinin müdiri Nizami Babayevdən aldığımız məlumata görə,  H.Əliyev küçəsi daxil olmaqla Gəncənin çay kənarı küçələrinin hamsında lazimi miqdarda zibil yeşikləri yerləşdirilib və onlar vaxtlı-vaxtında yığışdırılır. N.Babayev bildirdi ki, çay hövzəsinin zibillənməsinin səbəbi, əhalinin məişət tullantılarını zibil yeşiklərinə deyil, çaya və ya çayın kənarına atmalarıdır: “Biz dəfələrlə əhaliyə xəbərdarlıq etmişik ki, onlar tullantıları zibil yeşiklərinə atsın. Lakin nədənsə, bəzi sakinlər bu xəbardarlığa riayət etmirlər” .
Gəncə şəhər “Ekorenessans” İçtimayi Birliyinin sədri İrşad Abbasov isə bu problemə fərqli yanaşaraq bildirdi ki, Gəncə çayının çirklənməsinin qarşısını almaq üçün hələ kifayət qədər iş görülmür. İ.Abbasov onu da bidirdi ki, yaxın gələcəkdə dövlət tərəfindən Gəncə çayının hövzəsinin abadlaşdırılması nəzərdə tutulur və çox güman ki, bu, sözügedən problemin həllinə yardımçı olacaq.

Комментариев нет:

Отправить комментарий