11.12.2010

“Kaspi” qəzeti milli qəhrəman Mübariz İbrahimovla bağlı müsabiqə elan edib

«Kaspi» qəzeti Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Vətənpərvərlik mövzusunda bədii əsər və publisistik yazı müsabiqəsi elan edir. Məqsəd Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsinə töhfə vermək və vətənpərvərlik mövzusunu geniş yaradıcı ictimaiyyətin diqqətində saxlamaqla daha da kütləviləşdirməkdir.

Birinci yer – 1000 manat
İkinci yer – 500 manat
Üçüncü yer – 300 manat

Eyni zamanda, hər biri 200 manat olmaqla 5 həvəsləndirici mükafatın verilməsi nəzərdə tutulub.
Müsabiqəyə hekayələr, şeirlər və publisistik məqalələr qəbul olunur. Həcmə görə məhdudiyyət yoxdur. Əsərlər yalnız vətənpərvərlik mövzusunda yazılmalıdır. Çap olunmuş əsərin sonunda mütləq «Yazı «Kaspi» qəzetinin Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Vətənpərvərlik mövzusunda bədii əsər və publisistik yazı müsabiqəsinə təqdim edilir» cümləsi yazılmalı və müəllif tərəfindən «Kaspi» qəzeti redaksiyasına təqdim olunmalıdır. Materiallar poçt vasitəsi ilə də göndərilə bilər.
Yazılar dekabrın 31-nə kimi qəbul olunur. Nəticələr fevralın 7-də Mübariz İbrahimovun ad günündə keçirilən təntənəli tədbirdə açıqlanacaq.
Əsərlər adları yalnız fevralın 7-də açıqlanacaq professional münsiflər heyəti tərəfindən dəyərləndiriləcək.

Yazıların təqdim edilməsi üçün ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, 25-ci bina. Azərbaycan Mətbuat Evi. «Kaspi» qəzetinin redaksiyası. Əlaqə telefonu: 510-61-93

Комментариев нет:

Отправить комментарий