06.12.2010

PEYĞƏMBƏR

TARAS ŞEVÇENKO

Tanrı insanları sevdiyi üçün

Həlim bir peyğəmbər uğurlu bir gün
Bütün xəbərləri çatdırsın deyə

Göydən nazil etdi bir gün ölkəyə

Füsünkar, mənalı, Dneprdən dərin,

Müqəddəs kəlamı o peyğəmbərin

Od kimi qızdırdı buz ürəkləri
Cahillər eşidib bu xoş xəbəri
Ona Tanrı kimi edib itaət
Dedilər-bundadır xeyir, bərəkət
əgər gözlərindən getsə bir yana
fəryad edərdilər onun dalınca

avamlar beləydi-

Lakin asilər
nə lazımdır deyə-bizə peyğəmbər
başqa bir inamla gəldilər vəcdə
başqa bir tanrıya etdilər səcdə
qurdular meydanda böyük tamaşa
yazıq peyğəmbəri basdılar daşa
Bunu uzaqlardan seyr edib həmən
Tanrı qəzəbləndi bu çirkin işdən
Dedi düz yolundan azarsa bir kəs
Tez ona bir buxov bir dəmir qəfəs
Gərəkdir...
Yaratdı qandal, mağara
Xeyrini bilməyən bu insanlara
Elə bil ki göydən bəlalar endi
Of deyən kəslərə olmadı pənah
Həlim peyğəmbərin yerində indi

Zalım şah qoyulsun- buyurdu Allah

Комментариев нет:

Отправить комментарий