Bütün dünyanı təşvişə və qorxuya salan “Wikileas” sirrsiz gələcəyin ilk qaranquşudur. Yalansız dünyanı müjdələyən bu yenilməz şəbəkə qarşısında supergüclər aciz və çarəsiz durumdadır.
Gücləri ancaq Julian Assancı həbs etməyə çatdı,- özü də üzü üzlər görmüş, sürtülmüş üsulla-iki casus qadının əliylə. Onlar dünyanın hər yerində mövcuddurlar, bu şər quşları azadlıq uğrunda mücahidlərin gözünü tökməklə məşğuldur. Azərbaycanda elə oğullar var ki, fahişələrin “bakirəlyini pozduğu” üçün içəridə çürüyürlər.
Assanc özü hələ bir ay əvvəl bu olayın baş verəcəyinin qaçılmaz olduğunu demişdi. Onu yeni dövrün, internet erasının peyğəmbəri adlandıra bilərkmi? Niyə də yox? Əsl peyğəmbərlik buna deyərlər! Peyğəmbər sözünün ehtiva etdiyi monotonluğun çərçivələrini sonsuzluğa qədər genişləndirən bu bilgisayar “xuliqanı” 6 milyardlıq bəşəri vəlvələyə salıb.
Azərbaycan oliqarxiyası ABŞ-la birlikdə “Wikileas” bəlasına çarə axtarır. Onlar bilirlər ki, bu, son nəticədə onların hakimiyyətinə son verəcək, ovuclarının içi kimi bilirlər. Nə qədər ətrafdakı səfalətdən özlərini qalın, hündür hasarlarla ayırsalar da “Wikileas” bütün sədləri aşacaq. Bu, qaçılmazdır. Əzrayılın əlindən qaçıb uşaq bağçasında gizlənən adamın lətifəsini xatırlayın.
Oliqarxlar aysberqin bir parçası deyil, ona dəyib parçalanan gəmilərdir. Bu parçalanmadan heç bir məmur sığortalanmayıb.
Varlı adamların çoxu isə sistemin bir parçasına çevrilib, onlar qaydasız oyunlara o qədər öyrəşiblər ki, haçansa vicdanlarının oyanacağına heç bir ümid qalmayıb.
Ümid təkcə “Wikileas”adır.
Комментариев нет:
Отправить комментарий