Milli təhlükəsizlik nazirinin müavini kadr islahatları kampaniyasında vuruldu
Nəzərə çatdıraq ki, hakimiyyətin bəyan etdiyi “islahatlar” kampaniyası çərçivəsində Əli Nağıyev vurulan ilk iri vəzifəli məmurdur. O, uzun illərdir bu postda çalışırdı və peşəkar çekist kimi tanınırdı. Əslən Naxçıvandan olan Əli Nağıyevin milli təhlükəsizlik naziri Eldar Mahmudovla münasibətlərinin o qədər yaxşı olmaması haqda da söz-söhbətlər var idi. Nəzərə çatdıraq ki, Əli Nağıyevin adı bir neçə dəfə qalmaqallı biznes məsələlərində də hallanıb. \Yeni Müsavat\
Milli təhlükəsizlik nazirinin birinci müavini, general Əli Nağıyev tutduğu vəzifədən azad edilib. Bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Ə.Nağıyev hakimiyyətin “kadr islahatları” çərçivəsində işdən kənarlaşdırılıb. Onun konkret hansı nöqsanlara görə vəzifəsindən uzaqlaşdırıldığı haqda məlumat ala bilmədik.
Nəzərə çatdıraq ki, hakimiyyətin bəyan etdiyi “islahatlar” kampaniyası çərçivəsində Əli Nağıyev vurulan ilk iri vəzifəli məmurdur. O, uzun illərdir bu postda çalışırdı və peşəkar çekist kimi tanınırdı. Əslən Naxçıvandan olan Əli Nağıyevin milli təhlükəsizlik naziri Eldar Mahmudovla münasibətlərinin o qədər yaxşı olmaması haqda da söz-söhbətlər var idi. Nəzərə çatdıraq ki, Əli Nağıyevin adı bir neçə dəfə qalmaqallı biznes məsələlərində də hallanıb. \Yeni Müsavat\
Комментариев нет:
Отправить комментарий