Süleyman Nemətov Fəxrəddin Abbası döyüb. O, İsa Qəmbəri, Əli Kərimlini ağır söyüşlərlə söyüb və Fəxrəddin Abbasdan da müxalifət liderlərini söyməyi tələb edib. Fəxrəddin Abbas bundan imtina etdiyinə görə Süleyman Nemətov onun başını divara çırpıb.
Vəkil Əsəbalı Mustafayev dünən AXCP sədri Əli Kərimlinin müavini Gözəl Bayramlı, Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbas və AXCP funksioneri Sahib Rüstəmli ilə görüşüb.

Hər üç müxalifətçi İctimai Palatanın (İP) aprelin 17-də Bakıda keçirdiyi mitinq zamanı saxlanılıb. G.Bayramlı və S.Rüstəmli Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 5 sutka, F.Abbas isə 7 sutka azadlıqdan məhrum edilib.
G.Bayramlı paytaxt polisinin Binəqədidəki müvəqqəti saxlanma məntəqəsindədir. Vəkil Ə.Mustafayev G.Bayramlının saxlanma şəraiti ilə bağlı probleminin olmadığını bildirdi: “Saxlanma məntəqəsində qadın korpusu və qadın nəzarətçilər var. Gözəl Bayramlı həmin korpusda saxlanır. Ona qarşı əsas kobudluq həbs olunan zaman edilib. Polis əməkdaşları Gözəl Bayramlının qolunu bərk burub. Hazırda qolunda, boyun hissəsində və başındakı ağrılardan əziyyət çəkir. Aprelin 18-də səhhəti pisləşib, saxlanma məntəqəsinin rəhbərliyi təcili yardım çağırıb. Həkimlər Gözəl xanıma ağrıkəsici iynə vurublar”.
Vəkil dedi ki, G.Bayramlının işindən apelyasiya şikayəti hazırlayıb: “Apelyasiya şikayətini bu gün (dünən-red.) təqdim edəcəyəm. Çalışacağıq ki, cəzasını azaltmağa nail olaq. Nəsimi polisində saxlanılan Gözəl Bayramlıya, eləcə də digər mitinq iştirakçılarına bir sutka su və yemək verilməyib. Apelyasiya şikayətində polisin qanunsuz hərəkətlərini, qeyri-insani rəftarını da qeyd etmişik. Məhkəmənin buna qiymət verməsini tələb edəcəyik”.
Ə.Mustafayev bildirdi ki, İnzibati Həbs Olunanların Müvəqqəti Saxlama Məntəqəsində saxlanılan Fəxrəddin Abbas Nəsimi Rayon Polis İdarəsində (RPİ) işgəncəyə məruz qalıb: “Nəsimi RPİ-nin rəis müavini Süleyman Nemətov Fəxrəddin Abbası döyüb. O, İsa Qəmbəri, Əli Kərimlini ağır söyüşlərlə söyüb və Fəxrəddin Abbasdan da müxalifət liderlərini söyməyi tələb edib. Fəxrəddin Abbas bundan imtina etdiyinə görə Süleyman Nemətov onun başını divara çırpıb. Fəxrəddin Abbasın alnı partlayıb. Rəis müavini təpiklə onun böyrəklərinə vurub. Alnındakı yara böyükdür, üzündə çapıqlar da var. Aprelin 18-də məntəqəyə təcili tibbi yardım briqadası çağırılıb. Həkimlər Fəxrəddin Abbasa yardım göstəriblər.
Fəxrəddin Abbas Nəsimi RPİ-də 2 nəfərlik otaqda 5 nəfərlə birgə saxlanıb, onlara su, qida verməyiblər. Saxlanılanlar növbə ilə yatmağa məcbur olublar. Bütün bunlar qeyri-insani rəftardır. Fəxrəddin Abbasın işindən bu gün (dünən-red.) apelyasiya şikayəti verəcəm. Məhkəmədə Fəxrəddin Abbasın işgəncələrə məruz qalması məsələsini qaldıracağam".
Ə.Mustafayev deyib ki, müvəqqəti saxlama məntəqəsində saxlanılanlardan ən ağır vəziyyətdə olan S.Rüstəmlidir: “Sahib Rüstəmli Nəsimi RPİ-də saxlanılanda polis onu döyüb, qabırğalarını sındırıb. Yeriyə bilmir. Məntəqəyə təcili yardım çağırılıb, həkimlər Sahib Rüstəmlini rentgen müayinəsindən keçiriblər. Onun vəziyyəti ağırdır”.
musavat.com

Комментариев нет:
Отправить комментарий