20.04.2011

Həsən Kərimov ürəyindən əməliyyat olundu

AXCP Ali Məclisinin sədri Həsən Kərimov dünən Türkiyədə ürəyindən əməliyyat olunub. 

Bu barədə məlumatı “Azadlıq”a Həsən Kərimovun xanımı Almaz Kərimova verib. “Bu birinci əməliyyatdır. Bundan sonra növbəti əməliyyat olacaq”,- deyə Almaz xanım bildirib. Onun sözlərinə görə, Həsən Kərimov birinci əməliyyatdan sonra özünü yaxşı hiss edir: “Vəziyyət normaldır. Sadəcə bir qədər halsızdır”.

Almaz xanım qeyd edib ki, Həsən Kərimov Türkiyənin Istanbul şəhərindəki Siyami Ersek xəstəxanasında yatır. AXCP Ali Məclisinin sədri uzun müddətdir ki, ürək xəstəliyindən əziyyət çəkir. Onun səhhəti aprelin 2-də kritik həddə çatıb. Ictimai Palatanın həmin günə təyin etdiyi mitinq başa çatandan sonra Həsən Kərimov AXCP Rəyasət Heyətinin üzvü Rövşən Quliyevlə Səbayel Polis Idarəsinə aparılıb və polislərin qaba davranışı nəticəsində səhhəti pisləşib. Dərhal xəstəxanaya yerləşdirilən AXCP yetkilisi aprelin 5-də evə buraxılıb və aprelin 14-də əməliyyat olunmaq üçün Türkiyəyə gedib.

Комментариев нет:

Отправить комментарий