13.04.2011

LUKAŞENKO: TERRORUN ARXASINDA KİMİN DURDUĞUNU BİLİRİK

Belarus prezidenti bu ölkədə baş verən terror aktının arxasında duranların ifşa olunduğunu bildirib



FaktXeber.com-un “Ria Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Belarus prezidenti Aleksandr Lukaşenko Minsk metrosunda törədilmiş terrorun arxasında kimlərin durduğunu bildiyini deyib. Onun sözlərinə görə,  bu gün səhər (yerli vaxtla) saat 5-də, həbs olunan şübhəli şəxslər etiraf edərək, haradan tapşırıq aldıqlarını bildiriblər. Ancaq prezident mətbuata kimlərin bu işin arxasında durduğunu açıqlamayıb.
Qeyd edək ki, ötən Belarusun paytaxtı Minskin metro sistemində partlayış olub. Günorta saatlarında baş verən partlayış nəticəsində 11 adam həlak olub, onlarla insan yaralanıb. Hadisə "Oktyabrskaya" metro stansiyasında baş verib.

Комментариев нет:

Отправить комментарий