13.04.2011


Nurlan MƏMMƏDLİ

Xristianlığa qədərki Avropa. Roma imperiyasında cəmiyyət. Əxlaqsızlığın çiçəklənməsi. İsa Məsihin gəlişi

Dini və elmi kitab nəşrlərində, həmçinin digər kütləvi informasiya vasitələrində İslamaqədərki dövr, həmin dövrün insanlarının cəhalət və xurafat bataqlığında çabalaması artıq bir çoxlarına aydındır və tarixi faktlarla işıqlandırılıb. Qadınlardan qul kimi istifadə edilməsi, ona cansız əşya kimi baxılması, cansız əşyaların isə tanrı hesab edilməsi, yeni doğulan qız uşaqlarının diri-diri torpağa gömülməsi kimi iyrənc adətlər, insanlıq əxlaqına sığmayan digər ənənələrin geniş vüsət alması, belə halların cəmiyyətin həyatının ayrılmaz tərkib hissəsi olması və bu zaman Muhamməd (s.a.s) peyğəmbərin sonuncu elçi kimi Allah tərəfindən insanları haqq yola dəvət etməsinin tarixi Azərbaycan gənclərinə artıq məlumdur. Lakin bu zaman ortaya sual çıxır. Bəs VII əsrdən əvvəl bəşəriyyəti haqq yoluna dəvət etmək üçün uca Allah öz elçilərini göndərirdimi? Xüsusilə Qərb cəmiyyətinə, Avropa mədəniyyətinə, hansı ki, müasir tarixçilər sivilizasiyanın əsasının həmin mədəniyyət olduğunu təkid edirlər. Bu hansı mədəniyyət idi ki, hətta indiki tarixçilərin əksəriyyəti hələ də həmin dövrə belə vuğundurlar. Gəlin həmin dövrün tarixinə birgə nəzər salaq.

Bu mədəniyyət tarixə qədim Roma və qədim Yunan mədəniyyətləri kimi daxil olub. İndi isə həmin mədəniyyətlərdən yalnız tarixi faktlar, sayı çox olmayan əyani irslər, qanunlar və danışdıqları, kitablarında qorunub saxladıqları latın dili yadigar qalıb. Xüsusilə Roma mədəniyyətinin əksər hissəsi Yunan mədəniyyətinə hopub və məhz onların vasitəsilə dövrümüzə qədər gəlib çatıb. Bəs görəsən qədim dünyada ən böyük quldar dövlət olan, demək olar bütün dünyaya, bütün insanlara hakimlik edən, yüksək mədəniyyətə sahib olan, sarsılmaz hərbi ənənəyə malik, qanunları müasir qanunların sələfi olan və öz vətəndaşlarına hər cür azadlıq verən, ilk respublika quran Böyük Roma İmperiyasını nə sarsıtdı? Onu Yer üzündən hansı səbəblər sildi?

Bütün yollar Romaya aparır

O dövrdə Roma şəhəri mədəniyyətin və ticarətin paytaxtı hesab olunurdu. Şərqdən, Cənubdan, Şimaldan tacirlər, səyyahlar, hərbçilər, elm adamları buraya axışırdılar. Makedoniyadan,Elladadan, Nubiyadan, İlliriyadan, Qalliyadan, Kaledoniyadan, Finikiyadan, Misirden, Ispaniyadan, Skandinaviyadan buraya xız-dıri, suiti yağı, nadir balıq növləri, sidr ağacından hazırlanan məmulatlar, geyimler, şüşə və qiymətli daşlardan hazırlanmış bəzək əşyaları, silahlar, vəhşi döyüş heyvanları və kölələr göndərilirdi. Roma şəhərində isə vətəndaşlara yeyib-içməkdən, əyləncə və yatmaqdan başqa heç nə qalmırdı. Məhz buna görə də o vaxtkı Romada zəhmətlə başa gələn məşğuliyyətdən savayı hər şey-qarıtçilik, uşaqbazlıq, əkscinsçilik, fahişəlik, fırıldaqçılıq, intriqa, işgəncə üsullariı, əylənce metodları, növbənöv istirahət ocaqları, termlərdə baş alıb gedənəxlaqsızlıq, bunları tənzimləmək məcburiyyətindən doğan qanunlarıin qəbulu və bu qanunları hazırlayan filosoflar zamanın və məkanın tələbi ilə bir-birilə paralel inkişaf edirdi.

Roma ordusu

Məğlubedilməz Roma ordusu əsasən iki növdən təşkil olunmuşdu. ə. Süvari kavaleriyadan, hansı ki, başljrını qırmızı saçaqlı dəbilqələr qoruyan döyüşkən patrisilərdən təşkil olunmuşdu və s. Legionlardan, hansı ki, piyada plebey və digər xalqlarıin nümayəndələrindən olan legionerlərdən ibarət idi. Roma ordusunun işgallarında legion qoşunları mühüm rol oynamışdır. Orduda sərt nizam-intizam var idi. Bir legion 50 senturiyadan təşkil olunurdu. Hər senturiya ə00 legionerdən təşkil edilirdi və başında senturion adlanan yüzbaşı dururdu. Ümumiyyətlə ordu çox dözümlü idi. Hərbi xidmət bir peşə idi. Imperiyanının ucqar sərhədlərini qoruyan döyüşçülər orada yaşayıb orada da ömürlərini başa vururdular. Lakin onlarin ə illik gəliri adi roma vətəndaşının 5 illik gəlirinə bərabər idi. Ona görə də vətənlərinə ürəklə xidmət edir, ölümü özlərinə şərəf sayırdılar. Legionların düzülüşü Makedoniyalı Isgəndərin ordusundakı falanqalarını xatırlatsa da, legiondakılar daha çox silahlı və universal əsgər idilər. Biz ona görə Roma ordusu haqda belə müfəssəl məlumat veririk ki, eyş-işrəti sevən bu imperiyaya qarşı digər xalqların nə üçün səsini çıxarmadan uzun zaman rəiyyətlik etdiyi oxucuya tam aydın olsun.

Romada cəmiyyət

Romalı vətəndaşlar ya kasıb plebey, ya da çox zəngin patrisilərdən ibarət idi. Romalı ailə qohumluq əlaqəsinə daha çox əsaslanırdı. Ailənin əsasında matron adlanan qadın dururdu. O ailə adından ziyafətlərdə iştirak edir, ailə üzvlərinin imtiyazlarıni paylaşdırırdı.
Ailədəki uşaqlar məktəbə gedir, orada rəsm, latın dili, hesab və s. öyrənirdilər. Qızlar oglanlarla birgə əyləşirdilər. Yol boyu Roma küçələri ilə keçib gedən məktəblilər səkilərin üstünə düzülən ədəbsiz qadın heykəlciklərini, çılmaq rəsmləri, intim xidmət göstərən qadınları görürdü.

Matronlar qızlarını böyük qonaqlıqlara aparır (bal ziyafətləri sayağı), orada onlara ər seçir, digər qohumluq əlaqələrinin təməlini qoyurdular. Bu cür qonaqlıqlarda müəyyən saatlardan sonra hər kəs paltarlarını soyunur, öz bədənlərinin qüsursuzlugunu və biçimliliyini də nümayiş etdirirdilər. Hətta bir-birlərini bəyənən cütlüklər məxsusi otaqlarda intim münasibətlər qururdular. Cəmiyyətin əksər ailələri namus və sədaqət hissindən uzaq idilır. Qadının istənilən qədər aşiqi, kişinin sayını belə itirdiyi məşuqələri ola bilərdi və hər ikisi bunda bir qəbahət görmürdülər. Romalılarda ər yaxud arvad dəyişmək öz paltarlarını dəyişməkdən belə asan olmuşdu (legale adulterio). İş o yerə gəlib çatmışdı ki, senat hamilə qadınları, bir qədər sonar isə müddətli boşanmaları qadağan edən qanunlar silsiləsi qəbul etməyə məcbur olmuşdu. Lakin pozulan cəmiyyətə bunlar da kömək etmidri. Roma vətəndaşlarının gündəlik həyatı yeknəsəq idi. Qladiator döyüşlərinə baxmaq, fillərin qulları ayaqları arasında əzməsinə tamaşa etmək, cinsi əlaqədə olmaq, yemək, içmək və yatmaq. Qonaqlıq zamanı zadəganlıar ləziz yeməklərdən doya-doya yeyirdi, çox yemək bir ədəb hesab olunurdu və ev sahibinə xoş gəlirdi. Hər bir evdə valmatoriya var idi. Burada doyan qonaqlar qulların köməyi ilə yediklərini qaytarır və sonar gəlib yenidən süfrəyə əyləşirdilər. Cəmiyyətdə intihar halları da artmışdı. Boş bir şeyə görə özünəqəsd az qala hər gün baş verirdi. İnsanlar yeyib-içməkdən, gəzməkdən, yatıb-durmaqdan bezir və özlərini öldürürdülər. Marselin adlı bir romalı qarın ağrısına iki gün səbr etməmiş və özünü öldürməyi qərara almışdır. İnsanlar sanki həyatdan doymuşdular. Özünü öldürmək o biri dünyaya səyahət kimi sevilirdi. Yupiterə heç kəs ibadət etmirdi. Hətta uşaqlarda da müqəddəs bri şeyə inam duyğusu qeybə çəkilmişdi. Mistik qüvvələrə inam, falçılara hörmət artmışdı. Yeni bir dinə, mənəvi saflığa ehtiyac hiss olunurdu və bu özünü çox gözlətmədi… BU, O DÖVR ÜÇÜN BİR SİVİLİZASİYANIN İNKİŞAFA ÇATDIĞI PİK NÖQTƏ İDİ...

Комментариев нет:

Отправить комментарий