19.04.2011

POLİS JURNALİSTİ DÖYDÜ

Prezident Adminstrasiyasının qarşısında polis jurnalisti döydü



Döyülüb, təhqir olunan Ramid İbrahimovu polislərin əlindən aksiyaçı qadınlar alıb

FaktXeber.com-un verdiyi məlumata görə, “Mur-Ay” MMC rəhbərliyinin aldatdığı payçılar bu gün Prezident Administrasiyasında (PA) qarşısına etiraz aksiyası keçirdiblər. Bu aksiyadan çəkiliş aparmaq istəyən “Bizim  Yol” qəzetinin jurnalisti Ramid İbrahimov polis çavuşlarının təziq və təhqiri ilə üzləşdiyini bildirir: “PA qarşısında olan aksiyaya polislər zor və təziqdən istifadə edirdilər. Bu zaman huşunu itirən və ürəyi gedən iki qadın oldu. Bunlardan birinin telofonla fotosunu çəkməyə cəhd edərkən çavuş polislərdən biri dizi ilə ayağıma zərbə endirdi. Bir başqası isə mənə hədə-qorxu gələrək dedi ki, sizdən, yəni jurnalistlərdən  kişi olmayıb, olsaydınız payınızı yaxşı  verərdik. Amma, buna baxmayaraq məni yenə döyməyə çalışdılar, amma, aksiyaçı  qadınlar polislərin əlindən məni gücünləri alıdlar. Bu olanlardan adını və soyadlarını deməyən polis polkovnik-leytenanta, mayorlara və kapitanlara müraciət etdim. Onlar həmin polisləri buradan uzaqlaşdırmaqla işlərini bitmiş hesab etdilər. Yenidən onlara yaxınlaşdım və müraciətimlə bağlı hansı tədbirlər görəcəklərini soruşardum, cavabları “başqa neyləməliyik...” oldu. Məni döyənlərin də adlarını və soyadlarını öyrənmək mümkün olmadı. Burada Yasamal rayonundan polisləri də var idi”.

Jurnalist bildirir ki, hələ aksiya yerinə gələn kimi fotoaparatı və diktafonunu Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) əməkdaşları əlindən alıblar: “ Eləcə də, telefonla çəkilişi apardığımı gördükdən sonra bunu da əlimdən zorla aldılar. Ümumiyyətlə, jurnalist fəaliyyəti üçün imkan verilmədi. Mənə dedilər: “Qulağınla eşit, gözünlə gör”. Əks halda özünü də buradan uzaqlaşdıracağıq”.
Reportyor Ramid İbrahimov təhqir və döyülməsi ilə bağlı olaraq hüquq mühafizə orqanlarına müraciət etmək fikrinin hələ olmadığını bildirir: “Buna səbəb bu ilin 9 fevralında PA qarşısında XDMX-nin polkovniki məni döyməsi, bununla bağlı olaraq baş prokuror Zakir Qaralova və daxili işlər nazirinin müavini Vilayət Eyvazova şəxsən məlumat verməyimdir. Eləcə də, həmin gün Səbail Rayon Polis İdarəsinin, 9-cu polis bölməsinə müraciət etmişəm. Amma, hələ də müraciətimə cavab verilməyib”.

Комментариев нет:

Отправить комментарий