Kitab Klubunda Asif Atanın “Yollaşan Aqibət” (Muğam Fəlsəfəsi) kitabının
Təqdimat Törəni keçirildi
Təqdimat Törəni keçirildi
Asif Atanın Mütləqə İnam Ocağı Çiçək ayının 5-i, 33-cü ildə (aprel, 2011) Bakı Kitab Klubunda Asif Atanın “Yollaşan Aqibət” kitabının Təqdimat Törəni keçirdi. Tədbiri Ocaq Yükümlüsü Soylu Atalı giriş sözü ilə açdı. Soylu Atalı Asif Atanı müəllif kimi təqdim eləməyin doğru olmadığını vurğuladı və Onun 60-cı illərdən başlayan ciddi mücadiləsindən danışdı. Moskvadakı Qorki adına Ədəbiyyat İnsititutunda təhsil illərindən başladığı axtarışlarını dilə gətirdi. Asif Atanın özünütəhsillə məşğul olduğunu və Dünya ədəbiyyatını, tarixini, dinləri, fəlsəfəni, musiqini öyrəndikdən sonra Azərbaycanı ayrıca öyrənmək qərarına gəldiyini dedi: “Asif Ata “Azərbaycanımız – Azərbaycanlığımız” dəyər sistemini yaratdı. Burada Azərbaycanın xüsusi hadisə olduğu öz əksini tapır.
Asif Atanın Amalını yaşatmaq üçün çox ciddi çətinliklər, gərginliklər yaşadıq. Bu gərginlikdən üzülmürük. Sevgimizlə bəyan edirik. Biz anlayırıq Asif Atanın dediyi sözün önəmi nədir, bunu anladığımız üçün də bu yükün altına girmişik. Asif Ata sabah üçün bu Ocağı qalayıb. Bugün də Ocağı Onun harayını çəkir”.
Ocaq Yükümlüsü Soylu Atalı Asif Atanın 45 kitab yazdığını və anlamlarına görə 13 cilddə təsnifatlaşdırıldığını dedi. “Yollaşan Aqibət” kitabına daxil olan “Atalıq Xilqəti”, “Ömrüm-Günüm”, “Bədiiyyat” və “Muğam Fəlsəfəsi” kitablarının olduğunu dedi: “Muğam Fəlsəfəsi” 45 kitabdan biridir. Sovet dövründə onun çapına yasaq qoydular. Azərbaycanın bir çox öndə gedənləri sübut eləməyə çalışırdılar ki, muğam musiqi deyil… Muğam həmişə xalqın içində yaşayan və sabaha gedən prosesdir. Muğam fəlsəfəsi Asif Atanın dəyərlər sistemində təsbit bir hadisədir…

Azərbaycan böyük dəyərləri olduğu halda onlara sahib çıxa bilmir. Taleyində siyasi, coğrafi, ruhani pərakəndəlik hökm sürür. Xalqın içində ruhani dəyər yaranmalı, mədəniyyəti formalaşmalıdır ki, xalq öz içinə söykənsin, yaratdıqları xalqın həyat tərzinə çevrilsin. Yad dəyərlər xalqımızın içinə daxil olub etnik kimliyimizə müdaxilə eləməməlidir.
Biz Asif Atanın Yolunu, İşini, təkcə kitablarının çap olunması ilə davam eləmirik. Bölgələrdə, çoxsaylı ünvanlarda onun işini həyata keçiririk. Kitab təqdimatı da onun işlərinin tərkib hissələrindən biridir”.

Ocağımızın dostu Abil Ulusoy gələnləri salamladı. “Muğam Fəlsəfəsi”nin yazıldığı andan onunla tanış olduğunu dedi. Ata ilə təmaslarından, söhbətlərindən danışdı: Muğamın fəlsəfə olduğu haqqında ilk dəfə yazıldığını qeyd etdi: “Asif Ata sənətə baxışında, sənət adamında xanəndəliyin 3 keyfiyyətini qeyd edirdi: Sənətkarda təbii hiss, təbii ağıl və təbii sənət olmalıdr. Hər şeydə bir təbiilik olmalıdır, – Ata təbiri ilə desək. Açımı – müqəddəs, kamilliyə çağıran sənətində yaşayan və sənət vasitəsilə Azərbaycanın bütövlüyünü yaşadan.
Muğamı izhar eləmək – Muğamla bir olmaqdır, insanı ləyaqətə çağırmaqdır. Cəmiyyət adamı olmamalısan, heç bir fəxri ad çərçivəsinə sığmamalısan, hakimə baş əyməməli, öyməməlisən. Çünki Muğam yolu – İnsanın Tanrıçılığı, Allahçılığı yoludur. Muğamı oxuyan da o halda olmalıdır. Hərcayi qəzəllərlə hara çağıra bilərsən?! Hər şey siyasiləşibdi. İndi də Muğam siyasəti yaranıb. Muğamı heç nəyin ayağına vermək olmaz. Muğam ümumbəşəri bir mahiyyət daşıyır. Ocaq Yükümlüsü Soylu Atalının da dediyi kimi, Şərqi mahiyyət daşıyan Muğamın Azərbaycanda xüsusi bir rolu var. O şəkildə biz onu yaşadıb, qoruyub oxumalıyıq…
Bugün Güney Azərbaycan Muğam həsrəti ilə yaşayır. Bugün Güney Azərbaycanda Muğamı ifa eləmək olmur. Muğam həm də Azərbaycanı birləşdirən bir amildir.
Hər birinizə muğam ömrü, – ləyaqətli ömür arzulayıram.

I Respublika Muğam müsabiqəsinin laureatı gənc xanəndə İlkin Əhmədovun ifası ilə tədbir müşayiət edildi.
Musiqişünas Səadət Təhmurazqızı hamını salamladı: “Asif Ata ziyalı, filosof kimi sevilib, xatırlanıb və xatırlanacaq. Onun yaddaşlarda yaşayan çox qiymətli fikirləri var. Bu fikirlər dərin olduğundan onu dərk etmək çətindir”. Səadət xanım Asif Atadan rübailər söyləyərək fikirlərini əsaslandırdı: “Asif Atanın fəlsəfəsi haqqında çox danışmaq olar. Mən musiqi verilişləri hazırlayıram və hər zaman da Atanın fikirlərinə istinad etmişəm. Asif Atanın Muğama qayıdış adlı yazısında bir fikir var: “Ömür sona yetən zaman tapşırırıq körpələrə əsilliyi, məğrurluğu, kamilliyi”. Kamillik sözü sonda gəlir. Muğamın mahiyyətini ifadə edir bu sözlər. Asif Atanın “Rast” muğamına verdiyi qiymətə baxın – Muğamın ülviliyi izah edilir – 3 amil – birincisi, ülvilik nədədir – dünya ilə insanın varlığı, 2-cisi, dünya ilə insanın varlığının təsdiqi, 3-cüsü, dünyadan kənarlaşma yəni ilahi hissələrə qovuşma. Bu fəlsəfi mahiyyəti Asif Ata kitabında açır.

Tədbiri keçirənlərə təşəkkürümü bildirirəm. Bu kitabı ərsəyə gətirən Asif Ata Ocağının Evladı Göylü Atalıya – bu gözəl xanıma təşəkkür edirəm. Bu böyük hörmət və məhəbbətin təsdiqidir. Asif Atanın əməllərini yaşadan insanlar var olsun, onun Ocağını yaşadan Evladları var olsun”.
Əslən Güneydən araşdırmaçı-yazar Ocaqdostu Ağşın Ağkəmərli də belə böyük bir hadisə münasibətilə toplaşmağın özünü xəlqi dəyər hesab eləyərək qeyd etdi ki, “Bizim məqsədimiz, ümumiyyətlə, ondan ibarətdir ki, tarixi torpaqlarımızı bərpa eləyək, tarixi-milli mədəniyyətimizi təkrar həyata keçirək və eyni halda bütövlüyümüzü yaradaq. Bu bütövlüyümüzün mahiyyətində duran üç amil var. O üç amilin biri torpağımızdır, torpaqda var olan mədəniyyətimizdir və dünyabaxışımızdır. Şübhəsiz ki, biz uzun müddət ərzində

dövlətçiliyimizi, demək olar ki itirmişik… Muğam Fəlsəfəsi, bütövlükdə Asif Atanın baxışı bizim kimliyimizi özümüzə qaytarır. Kimliyimizi qaytarmasında millətləşməyə doğru bir proses yaranır. O prosesin nəticəsində dövlətləşmə əmələ gəlir. Dövlətləşmənin nəticəsində bütövləşmə yaranır. O bütövləşmənin yaranması üçün, Azərbaycanın tarixi torpaqlarını bərpa eləmək üçün, didərgin düşmüş xalqlarımızı yenidən özünə qaytarmaq üçün şübhəsiz ki, dilimiz, musiqimiz xüsusi yer tututr.
Nəticə etibarilə, dilimizin kimliyində bir mahiyyət yatır. Musiqimizin kimliyində böyük həyat yatır. Onları bərpa eləmək tək-təkimizin borcudur”.

Azərbaycan Musiqi Akademiyasının müəllimi Ariz Abduləliyev belə bir tədbirdə iştirak etməsindən məmnunluğunu ifadə elədi. “Muğam Fəlsəfəsi” kitabının nəşr olunmasının uzun tədqiqatların nəticəsi olduğunu dedi. O, Asif Atanın dərs dediyi illərdə proqramda olmayan Şərq fəlsəfəsindən, hec bir yerdə deyilməyən Muğam Fəlsəfəsindən danışdığını qeyd elədi. Ariz bəy Avropada da muğam tədqiqatının aparıldığını qeyd elədi: “Muğam yalnız Şərqə aid hadisə deyil, dünyaya aid hadisədir. Şərq fəlsəfi fikrinin Qərb fəlsəfi fikrinə təsiri hər zaman olmuşdur. Şərqdə bəşəri fəlsəfi ideyalar inkişaf etmişdir…
Muğamda şöbə var – xanəndə həmişə başladığı yerə qayıdır ki, bitirsin – bunun özü fəlsəfi ideyadır. Muğamda daha dərin fəlsəfi mənalar var… Azərbaycan fəlsəfi düşüncəsi, Şərq düşüncəsini ifadə edən Asif Atanın bu kitabı işıq üzü görüb. Bu kitab əlimizdən tutacaq, həm dərs vəsaiti olacaq, həm də alimlər üçün gələcəkdə gözəl tədqiqat əsəri olacaq”.

Memar Səyavuş Dadaş Dəyərlərimiz haqqında danışdı: “Türk mədəniyyətinin dörd qanadı var – xalça dili, miniatür dili, muğam dili və poeziya dili. Bunlar türk təfəkkürünün məhsuludur. Ağa mədəniyyətlər ki, ağalıq eləmək istəyirlər, onları öyrənirlər ki, ağalıq eləsinlər…
Muğam 2 cəhətdən ibarətdir – Xalqın harayı – bunu xalqın əlindən ala bilməyiblər. Xalq yaşadıb bunu. Xalqın aparıcı insanları əsərlər yaradıblar. Yaradıcı insanlar bunun kitablarını yazıblar, yaradıblar.
Muğam bizə bəxş olunan elə bir hadisədir ki, insanları dəyişdirə bilir. İnsanların sifəti dəyişir. Keçmişin ruhu, qüvvəsi buna təsir edir.
Asif Ata ən böyük yükü eləyib. Muğam fəlsəfəsinin üstünə bu, baza kimi yatacaq.
Asif Ata özü bu muğamları çalırdı. “Bilik” cəmiyyətindəki görüşlərində. Çox maraqlı ifalar idi…

Muğam… təbiətin, mücərrəd, ideal qüvvə, kod sistemi qoyub ki, onu yaşada bilir. Əxlaqi-mənəvi irsdir ki, bu xalqı özünə qaytarır. Bu bizim mədəniyyətimizin əsasıdır. Bu məclisə yığışmışıqsa, deməli, onu itirməmişik. Çox sağ olun ki, burdasınız. Sizin məhəbbətiniz havada belə hiss olunur”.
Ocaq Yükümlüsü Soylu Atalı çıxışlardan sonra bəzi fikirlərini bölüşdü: “Muğamın ifası olsa da, Muğamın fəlsəfəsi yazılmırsa, o, davam edə bilmir. Muğam var və xalq yaşayır, necə yaşayır?! Özünəməxsusluğu nə dərəcədədir, nə dərəcədə onun yeri var dünyada?! İfaçılığı heç vaxt inkar eləmək olmaz. Xalqımızda gözəl muğam ifaçılığı var. O, bir məqamdır. Amma xalqın həyat tərzinə çevrilmir o – nədi o dəyişikliyi yaradan? Muğama qulaq asanda nə kapitalizmi, nə sosializmi, nə də demokratiya həşirlərini görürsən…

Muğamı Asif Ata pillə hadisəsi adlandırır… Çox möhtəşəm ifaçılıq yaranmalıdır – Nəsimidən oxumaq lazımdır. Ali söz lazımdır. Ə. Vahiddən nə qədər oxumaq olar?! Hərcayi sözlər xalqın ruhunu ifadə eləmir. Ali sözlə səsin vəhdəti yaranmalıdır.
Niyə xanəndələr Nəsimidən oxumurlar – çünki Nəsimi deyir ki, Həqq mənəm. Niyə qorxursan? Nəsimi xalqın ruhundan gəlib. Nəsimidən deyəndə muğam göylərə qalxır, onda o əsilləşir. Muğam ali söz yaratmalıdır. Xalqı sarsıtmaq lazımdır, yaxşı mənada.
Mədəniyyətlərin üstümüzə gəlişi var. Saz çalanların çox olması sazçılığın inkişafı deyil. Gərək saz onun ömründə ölməsin. Muğam onu ifa eləyənin ifasında, ömründə ölməsin.
Xalqın içini göstərmək üçün Asif Ata öz Fəlsəfəsini, Dünyabaxışını yaradıb”.

Rəssam Vaqif Ucatay “Ürəyinizdə Günəş olsun!” deyərək sözünə başladı: “Mən o xoşbəxt insanlardanam ki, mənim Asif Ata ilə 7 il ünsiyyətim olub. Ucatay adını mənə Asif Ata verib. Onu görən andan vuruldum o insana. Babək haqqında danışırdı görüşdə. Mənim ifadə edə bilmədiklərimi deyirdi. Onu tanıyandan sonra mənim Leninqraddakı müəllimlərim toz oldu getdi gözümdə…
Soylu qardaş deyir ki, adi söz oxumamaq lazımdı. Rəssamlıqda da bu belədir – rəssamlıqda da təsvirçilik var. Azərbaycanın görəcəyi çox işlər var. Rəssamlığın qarşısında da böyük işlər var… Nə qədər ki, özgələrə, özgə peyğəmbərlərə rəhbər deyəcəyik, bundan da pis günə qalacağıq. Nə qədər ki, Asif Ataya qayıtmayacağıq, mənim xalqım öz zirvəsində olmayacaq.
Asif Atanın belə bir dəyərli kitabının çapdan çıxması böyük hadisədir. Bu gün əslində bizim bayramımızdır, mübarək günümüzdür. Asif Atanı biz dərk etsək, başqaları da dərk edəcəklər…
Atamız var olsun! Millətimiz var olsun! Asif Ata Günəşimizdi, o Günəş daim bizi işıqlandıracaq”.

Şairə Əzizə Ağahüseynqızı duyğularını bölüşdü, Vətənlə bağlı agrılarını, nisgilini dilə gətirdi. Asif Atanın Rübailərindən dedi.
Ziyalı Surxay Qocayev Asif Ata Ocağına, Asif Ata ideyasının törəninə yığılmağın sevincini bölüşdü. Kitabın ərsəyə gəlməsini sevindirici hal kimi qeyd elədi. Zəhməti olanlara şəxsən öz adından minnətdarlığını bildirdi. Güney Azərbaycanla bağlı ağrılarını dilə gətirdi, Azərbaycanın Bütövlüyü haqqında arzusunu bölüşdü.
Tədqiqatçı ziyalı Rafiq Ələsgərov tədbirin keçirilməsindən məmnunluğunu ifadə elədi.
Ocaq Yükümlüsü Soylu Atalı tədbirin keçirilməsinə şərait yaratdığı üçün Kitab Klubunun rəhbərliyinə təşəkkürünü bildirdi və onlara çiçək dəstəsi təqdim elədi. Gələn qonaqlara Asif Atanın kitabı, Ocaqla bağlı başqa ədəbiyyatlar, görüntü diskləri, eləcə də təqvim və “Ruhani Evladlıq” özəl buraxılışı hədiyyə olundu.

Törən Azərbaycan Televiziyası və İctimai Televiziya əməkdaşları tərəfindən lentə alındı. Həmçinin bir çox mətbu orqanlarının əməkdaşları tərəfindən yazıya köçürüldü.
Atamız var olsun!
Təqdim elədi Asif Ata Evladı Nurtəkin Atalı
asifataocagi.com
Комментариев нет:
Отправить комментарий