13.04.2011

MAHMUD ƏHMƏDİNEJAD: "HAMI AYIQ OLSUN"

"Bölgə xalqlarını bir-biriylə döyüşdürmək istəyirlər. Hər kəs ayıq və şüurlu olmalıdır ki, düşmənin hiyləsi baş tutmasın"-deyə İran prezidenti Mahmud Əhmədinejad bildirib



FaktXeber.com-un "İRNA" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran prezidenti Mahmud Əhmədinejad, ölkənin Sistan-Bəluçistan əyalətinə səfər edib. Səfəri zamanı xalq qarşısında çıxış edən İran prezidenti, bölgədə baş verən son hadisələri xalqların oyanışı olaraq qiymətləndirib.ABŞ, İsrail və müttəfiqlərinə müraciət edən Əhmədinejad, ''Onlar xalqların oyanışı və haqq tələbləri qarşısında məğlub oldular''-deyə söyləyib.

Qeyd edək ki, bölgə xalqları arasında dirçəliş ruhiyyəsinin baş qaldırdığını ifadə edən İran prezidenti, ''Bu həqiqəti görən qüvvələr, saxta, təcavüzkar və işğalçı sionist İsrail rejimini xilas etmək qorxusuna düşüb''-deyə bildirib.  İran prezidenti Mahmud Əhmədinejad xalq qarşısında çıxışı zamanı həmçinin qeyd edib ki:
 "Bölgə xalqlarını bir-biriylə döyüşdürmək istəyirlər. Hər kəs ayıq və şüurlu olmalıdır ki, düşmənin hiyləsi baş tutmasın"

Комментариев нет:

Отправить комментарий