13.04.2011

MONO LİZANI GÜLÜMSƏMƏYƏ KİM VADAR EDİB?

Əsər Luvrda nümayiş etdirilmiş və artıq bir neçə əsrdir ki, Cokkondanın gizli təbəssümünü aşkar etməyə çalışan tədqiqatçıların fantaziyasını məşğull edir



FaktXeber.com-un verdiyi məlumata görə, kanadalı ekspertlər "Cokkonda"nın müəmmalı təbəssümünün yeni izahını təklif edib. Leonardo da Vinçinin yaratığı bu əsərin üç qat sürətinin çixardılması nəticəsində, Mona Lizanın həyatı haqqında təsəvvürlər verən gizli konturlar aşkar edilib. Alimlər həmçinin əsərin çəkildiyi tarixi də dəqiqləşdiriblər. “Biz deyə bilərik ki, Leonardo da Vinçinin əsəri Mona Lizanin ikinci oğlunun doğulması şərəfinə çəkilib"- deyə incəsənət tarixçisi Bruno Mottin bildirib.
Qeyd edək ki, bəhs olunan kəşf, əsəri qırmızı şüalarla işıqlandıran bir qrup Kanada alimləri tərəfindən həyata keçirilib . Beləliklə, onlar aşkar edib ki, bu kəşf boyanın xarici təbəqəsi altında gizlənib. Daha böyük təsvir almaq üçün şəkilin iki tərəfdən surətini çıxarılıb. Bu proses bir neçə saat vaxt aparsa da, alınmış nəticələr bir il ərzində analiz edilib. “Üçölçülü təsvir Leonardo da Vinçinin kompozisiyasının ümumi konsepsiyasını izah edən gizli konturları nəzərdən keçirməyə imkan verib”-deyə Ottovadakı Elmi-Bərpa mərkəzinin eksperti Kristian Lahamye söyləyib.

Yeni təsvir Mona Lizanin paltarının üzərindəki nazik şəffaflığını nəzərdən keçirməyə imkan verir. “Bu cür çiyinlikləri 16-ci yüzillikdə dünyaya uşaq gətirməyə hazırlaşan və ya yenicə uşaq dünyaya gətirmiş italyan qadınları geyinərdilər” -deyə Bruno Moti qeyd edib. Bu qənaət şedevr əsərin yaradılmasının tarixini də deqiqləşdirməyə imkan verib. Hər şeyi nəzərə alaraq demək olar ki, Leonardo əsər üzərinde 1503-cü ildə işləyib.
Xatırladaq ki, tarixçilərin fikrincə, rəssam florensiyalı tacirin qadını Liza Cerardininin şəklini çəkib. Onun 5 uşağı olmuşdur. Əsər Luvrda nümayiş etdirilmiş və artıq bir neçə əsrdir ki, Cokkondanın gizli təbəssümünü aşkar etməyə çalışan tədqiqatçıların fantaziyasını məşğull edir.

Комментариев нет:

Отправить комментарий